22 Noyabr 2020, Bazar
20 noy 2020, 14:24 | Maraqlı
Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

 
 Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət  65-75 faiz təşkil edəcək.  

 

Noyabrın 21-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 2-7, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə, gündüz 1-3 dərəcə şaxta olacaq.   

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 21-də Abşeron yarımadasında tutqun və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

Sinoptiklərin xəbərdarlığına görə, noyabrın 23-ü gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. 

Ölkə ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 23-ü axşamadək davam edəcəyi,  fasilələrlə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi şərq rayonlarında intensiv olacağı gözlənilir. Qərb küləyi noyabrın 23-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.



Bakıda birmərtəbəli ev yandı 26 noy 2020, 08:48 “Qarabağ” Avroliqada növbəti oyununa çıxır - AFİŞA 26 noy 2020, 08:40 Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər 25 noy 2020, 22:22 Maradona öldü 25 noy 2020, 22:18 Bayramov Cavad Zəriflə danışdı 25 noy 2020, 22:14 Qurbanov "Sivasspor"la matçdan danışdı: Çətin olacaq... 25 noy 2020, 22:10 İlham Əliyev 2 fərman imzaladı 25 noy 2020, 22:06 Azərbaycanda son sutkada 3469 nəfər COVID-19-a yoluxub - FOTO 25 noy 2020, 19:00 Ermənistanda Naxçıvan-Azərbaycan dəmir yolunun tikintisinə hazırlıq gedir 25 noy 2020, 18:22 Ağdam, Füzuli və Xankəndi hava limanları Azərbaycan aeroportları kimi beynəlxalq reyestrə daxil edilir - RƏSMİ 25 noy 2020, 17:55 Ağdamdan köçən erməni qız: Azərbaycanlı zabit buradakı ermənilərdən daha yaxşı çıxdı 25 noy 2020, 17:23 Abşeronda və Bakının rayonlarında su olmayacaq 25 noy 2020, 16:58 Kəlbəcərlilərin Ərdoğan sevgisi Türkiyə mediasında - VİDEO 25 noy 2020, 16:41 Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti görüntüləri - VİDEO 25 noy 2020, 16:39 Ərdoğan Kəlbəcərin azad olunması barədə: “Hamı bölgədəki yeni reallığa uyğun davranmalıdır” 25 noy 2020, 14:16 Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO 25 noy 2020, 13:47 Dövlət başçısı ermənilərin əsgərlərimizdən kömək istəməsindən danışdı 25 noy 2020, 13:31 Prezident: “Naxçıvana gedən dəmir yolunun bərpası ilə əlaqədar artıq ilkin göstərişlər verilib” 25 noy 2020, 13:02 İlham Əliyev: “Tapşırıq vermişəm ki, Kəlbəcərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın” 25 noy 2020, 12:36 Prezident Azərbaycan xalqını təbrik etdi 25 noy 2020, 12:24 İlham Əliyev xalqa müraciət edir - CANLI YAYIM 25 noy 2020, 12:16 Azərbaycan ordusunun Kəlbəcərə ayaq basan ilk hərbçiləri - VİDEO 25 noy 2020, 12:04 Prezident İlham Əliyev xalqa müraciət edəcək 25 noy 2020, 11:47 Generalın oğlu Paşinyana “eşşək” dedi 25 noy 2020, 11:15 Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO 25 noy 2020, 10:49