Qaynarxətt: (+99470) 997 11 77
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
3-10-2020, 15:06

Havanın temperaturu kəskin enir - XƏBƏRDARLIQ

Havanın temperaturu kəskin enir - XƏBƏRDARLIQ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 22-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.   

Oktyabrın 4-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 14-18, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-13 dərəcə isti olacaq.

Sabah gündüz şimal və qərb rayonlarından başlayaraq 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.


XƏBƏR LENTİ
21:33 | VPN xidmətlərdən istifadə edən şəxslərin NƏZƏRİNƏ - Təhlükə var 21:19 | Anar Eyvazov: “Bəzi sosial şəbəkə istifadəçilərinin fikirləri hərbçilərin həyatına təhlükə yarada bilər” 20:45 | Qartal yuvasına dönür: Böyük qayıdışın ayaq səsləri - TƏHLİL 20:32 | Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib - RƏSMİ 17:53 | Azərbaycanda daha beş nəfər koronavirusdan öldü: 584 yeni yoluxma - FOTO 17:30 | Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO 17:12 | Şəhid ailələrinə və hərbçilərə psixoloji yardım göstəriləcək 16:36 | ADAU rektorunun polşalı həmkarı xaqlımıza dəstəyini bildirdi 16:11 | İlham Əliyevdən işğaldan azad edilmiş torpaqlarımızla bağlı paylaşım 15:42 | İşğaldan azad edilən Zəngilanda Azərbaycan bayrağı qaldırıldı - VİDEO 15:31 | İlham Əliyev Azərbaycan Ordusunun Zəngilan şəhərini və daha 24 kəndi azad etdiyini bildirdi - YENİLƏNİB 15:27 | Mustafa Şentop: “Ermənistanın mülki əhaliyə hücumunu dünya görməlidir” - FOTO 15:17 | Prezident: “Ağıllarını itiriblər, heç kim onları tanımayacaq” 15:02 | İlham Əliyev Azərbaycan xalqına müraciət edir - CANLI YAYIM 14:44 | Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA 12:00 | ADAU-nun Ukraynadakı tərəfdaşları xalqımızla həmrəy olduqlarını bildirirlər 11:30 | Çempionlar Liqasında qrup mərhələsinə start verilir - AFİŞA 11:00 | Trampdan korona açıqlaması: Heç kimin eşitmədiyi... 10:40 | Düşmənin məhv edilən döyüş texnikaları - SİYAHI 10:20 | Ermənilərin yüksək rütbəli zabitləri məhv edildi: Düşmən mövqelərini qoyub qaçır - RƏSMİ 10:00 | Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı - RƏSMİ 09:40 | MN: Melkumyan, Mirzoyan və Asetryan zərərsizləşdirildi