Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
8-09-2020, 17:49

Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar bəlli oldu

 Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar bəlli oldu
 

Azərbaycanda hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib.

Bu barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik təhlilində qeyd olunub.

Hər bir ixtisas üzrə müsabiqə vəziyyəti təkcə həmin ixtisası seçən abituriyentlərin sayından deyil, həm də həmin ixtisas üçün ayrılmış plan yerlərinin miqdarından asılı olur.

 

Bir qayda olaraq, abituriyentlərin sayının artması müsabiqə vəziyyətinin yüksəlməsinə, plan yerlərinin artması isə müsabiqə vəziyyətinin düşməsinə səbəb olur. Bu baxımdan müsabiqə vəziyyəti ixtisasın nüfuz səviyyəsini tam ifadə edə bilməz.

Belə ki, ötən il abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Bədən tərbiyəsi və idman” ixtisaslarına üstünlük veriblər.

I ixtisas qrupundan başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İnformasiya texnologiyaları” ixtisasına üstünlük veriblər. Azərbaycan bölməsində I ixtisas qrupunda "Riyaziyyat müəllimliyi” ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.



XƏBƏR LENTİ
20:55 | Prezident İlham Əliyev “Rossiya 1” telekanalında: “Biz işğalçıya qarşı adekvat cavab verməyə məcbur olduq” 16:23 | Zeynalabdin Tağıyevin nəticəsindən Azərbaycana maraqlı dəstək - FOTO 16:03 | Müdafiə Nazirliyindən Ermənistana S-300 XƏBƏRDARLIĞI 15:47 | “Çanakkale Seramik” şirkəti Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 manat vəsait ayırdı 15:31 | Şuşakənddə erməni qərargahı məhv edildi - ANBAAN VİDEO 15:09 | Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL 15:01 | Ordumuzun dron-kamikadzesinin gizlənməyə çalışan düşmənləri məhv etməsinin görüntüləri - ANBAAN VİDEO 13:27 | Sabahın hava proqnozu açıqlandı 13:04 | Düşmənin əks-hücum cəhdi dəf edildi: Ermənilərin meyitləri döyüş meydanında qaldı - RƏSMİ 12:48 | Düşmən hücumu sərhəddəki qızıl yatağına təsir edib? - RƏSMİ AÇIQLAMA 12:33 | Rusiya mətbuatı: Ermənilər Xankəndindən kütləvi şəkildə qaçır 12:17 | Ermənilər İTV-nin maşınına atəş açdı - Avtomobil YANIR 12:01 | Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ 11:28 | Düşmənin “Uraqan” yaylım atəş sistemi darmadağın edildi - RƏSMİ 11:07 | İxtisas seçimi sabah yekunlaşır - Diqqət! 10:45 | Bakıda mağaza yanaraq külə döndü 10:21 | Erməni təcavüzü nəticəsində zərər çəkən mədəniyyət abidələri açıqlandı - RƏSMİ 09:45 | “Azad edilən ərazilərin bir qarışı belə itirilməyib” - RƏSMİ 09:31 | Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə DANIŞDI 09:18 | Füzulinin azad olunması uğrunda döyüş gedir: Düşmənin dörd tankı məhv edildi - RƏSMİ 08:50 | Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ 08:36 | Müdafiə Nazirliyi: “Gərgin döyüşlər davam edir”