Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
20-07-2020, 14:05

Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir

Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir

 


Bakıda və Abşeron yarımadasında iyulun 21-də havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 23-27, gündüz 34-39, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı - 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub küləyi əsəcək, axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 16-21, gündüz 23-28 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 21-də Abşeron yarımadasında isti temperatur diskomfortu və günün bəzi saatlarında durğun hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

XƏBƏR LENTİ
17:47 | Prezident: “Azərbaycana 100 təcili yardım maşınının gətirilməsi nəzərdə tutulur” 17:25 | Koronavirusa yoluxanların sayı 144-ə düşdü - 3 ölü 17:20 | Azərbaycanda 190 manat avqustda da ödəniləcək 16:56 | Dünyada “Palmali” şirkətinə məxsus təxminən 20 tanker tərk edilib 16:15 | Prezident Tovuza dəyən ziyanın aradan qaldırılmasına bir milyon manat ayırdı 15:29 | Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM 15:12 | Müdafiə Nazirliyi: “Avqustun 9-da keçiriləcək andiçmə mərasimlərində valideynlərin iştirakı qadağandır” 14:33 | İlham Əliyev: “Koronavirusa qarşı mübarizədə müsbət dinamika bizi çox sevindirir” 14:04 | Hərbi qulluqçuların pensiyası artırılacaq 13:39 | Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi 13:22 | İlham Əliyev koronavirusla mübarizə ilə bağlı videoformatda müşavirə keçirib 12:30 | “Beyrutdan 100-150 erməni ailəsini Qarabağa gətirdə bilərik...” 12:08 | "Hamının masaüstü kitabı olmağa layiq lüğət" - Qənirə Paşayeva 11:46 | Ələt-Astara yolunun bu məsafəsi pullu olacaq - Rəsmi AÇIQLAMA 11:31 | Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ: “Rayonlara gediş-gəlişi, iş yerlərini açın!” 11:09 | Avropa Liqasında 1/8 final mərhələsi başa çatır: “İnter” rəqibini gözləyir, “Roma” “Sevilya”ya qarşı 10:46 | Akademiyada ”islahat”a başlayanlar... - Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışır... 10:27 | Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA 10:15 | İşğalçı Ermənistan ordusu atəşkəsi pozmaqda davam edir 09:48 | Bu ilin büdcəsində ən böyük artığın və kəsirin qeydə alındığı aylar - RƏY 09:33 | Deputatlar bu gün 6 məsələni müzakirə edəcək 22:16 | Beyrut bu silahla vuruldu? – Şok video