Qaynarxətt: (+99470) 997 11 77
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
21-05-2020, 22:36

Azərbaycanın ən yaraşıqlı kişisi od püskürdü: “Biabırçılıqdır, bu sahənin də zayını çıxardılar” - ÖZƏL

 
 Azərbaycanın ən yaraşıqlı kişisi od püskürdü: “Biabırçılıqdır, bu sahənin də zayını çıxardılar” - ÖZƏL

"Karantin içi mən qarışıq, bir çox insanları çökdürdü. Bütün işlərim dayandı. Onsuz da maddi baxımdan vəziyyətim yaxşı deyildi, karantin lap çətinləşdirdi”.

Bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 2006-ci ildə "Best model of Azerbaijan” və 2007-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən "Best model of the World” gözəllik və model müsabiqələrinin qalibi Rüstəm Cəbrayılov deyib.

 

Rüstəm karantinin onun həm işlərinə, həm də maddi vəziyyətinə mənfi təsir göstərdiyini bildirib:

"İki aydan çoxdur ki, bütün çəkilişlərim təxirə salınıb. Karantindən öncə bir az pulum var idi, onları da xərclədim. Başqa yerdən də qazancım yoxdur ki, hardansa pul gəlsin. Maddi vəziyyətim heç yaxşı deyil. Gərək karantin tam bitsin, hər yer açılsın ki, işlərimi görə bilim”.

Məşhur model xərclərini minimuma endirdiyi üçün taksidən deyil, ictimai nəqliyyatdan istifadə etdiyini söyləyib:

"Restoranlara getmirəm, harasa gedəndə taksidən deyil, ictimai nəqliyyatdan istifadə edirəm. Ətrafımda hamı bilir ki, hər yerə avtobus, metro ilə gedirəm. Bunda bir qəbahət görmürəm. İnsanlar məni görəndə tanıyıb xoş qarşılayırlar. Hətta kənardan çəkib, "Instagram”da şəklimi paylaşırlar. Heç kim mənə söz ata və ya nəsə deyə bilməz. İki metr boyum var (gülür)”.

"İşimi ucuz satan deyiləm”, - deyən Azərbaycanın ən yaraşıqlı kişisi "Instagram” səhifəsinə gələn reklam təkliflərindən narazı olduğunu dilə gətirib:

"Instagram”ıma reklam təklifi edən şəxslər "dörd yaylıqla ağlayır”. Reklam təklif edənlər nədənsə məndən öz məqsədləri üçün pulsuz istifadə etmək istəyirlər. Elə bil bunlara borcum var.  Müəyyən məbləğ qarşılığında "Instagram” hesabımda reklam yerləşdirirəm. O məbləği də aşağı sala bilmərəm. Reklam təklifləri həddən artıq çoxdur, lakin ortada bir şey yoxdur. Ancaq öz mənfəətlərini güdürlər. Deyirlər ki, karantindir, iş yoxdur, güzəştə gedin.

Seriallarda çəkilmək üçün çox təklif alıram. Onlar da bir ağızdan söyləyirlər ki, gəl, pulsuz çəkil.

"Instagram” səhifəmin aktivliyi kifayət qədər yüksəkdir. Ölkəmizdə fəaliyyət göstərən böyük şirkətlər onların reklamında çəkilmək üçün ən xoşuma gəlməyən addımı atırlar. Yazırlar ki, bizə "Instagram” səhifənin statistikasını yolla. Mənə reklama çəkilmək üçün özümə görə deyil, "Instagram” səhifəmə görə müraciət edirlər. Bunlara aktyor, yaraşıqlı sima, işinin peşəkarı deyil, yalnız "Instagram” hesabında "izləyici”, "bəyənmə” sayların, eləcə də rəylərin çox olması lazımdır. Onları keyfiyyət yox, kəmiyyət maraqlandırır. Biabırçılıqdır! Bu sahənin də zayını çıxarıblar.

Gör, bunlar necə savadsız adamlardır, düşünmürlər ki, 100 manat verib, elə səhifələrini "Instagram”da reklama qoyub, statistikanı on qat artıra bilərlər. Belə şəxslərlə işləyəndə hər zaman problem yaranır. Ona görə, belə şəxslərdən gələn təklifləri uzaqlaşdırıram. Bu sahədə mənim 16 ildən çox iş təcrübəm var. Buna görə, belə yararsız işlər görmək istəmirəm”.

Yaraşığı və xarizması ilə qızların ağlını başdan alan R.Cəbrayılov "Meşəbəyi” layihəsinin uğurlu olmadığını söyləyib, verilişin başqa kanalda yenidən yayımlanacağının anonsunu etdi:

"Telekanalların birində yayımlanan "Meşəbəyi” layihəm uğurlu olmadı. Azərbaycanda kanallar təqdim edilən layihələri özlərinə uyğun etmək istəyirlər. Deyirlər ki, layihəyə bir az şou, şitlik qatın. Orasını-burasını kəsib, dəyişin.

Bu layihəni hazırlayanda məqsədim Azərbaycanın gözəl və nadir təbiətini insanlara nümayiş etmək idi. Bununla yanaşı, göstərmək istəyirdim ki, həmin yerlərə gedib, piknik qurub, gözəl istirahət etmək olar. Bunun üçün isə çox pul xərcləməyə ehtiyac yoxdur.

Kanal layihəmə müxtəlif dəyişikliklər etməyə başladı. Aləm qarışdı bir-birinə. Konkret mənim xasiyyətimə aid olmayan vəziyyət yarandı. Ona görə də, bir-iki verilişdən sonra kanalı dəyişəcəyəm. Sponsorların 99 faizi mənə "Layihə hansı kanalda yayımlanacaq?” kimi suallar verirlər. "Meşəbəyi” kifayət qədər xərci olan layihədir. Çünki layihənin üzərində böyük komanda çalışır. Bu, mənim büdcəmə uyğun olmadığından, hələ ki, çəkilişlər getmir”.


 

XƏBƏR LENTİ
20:08 | "ABŞ özünü Çin Kommunist Partiyasının tiranlığından müdafiə edəcək" - Pompeo 19:49 | Baş Prokurorluq polis və qadının bıçaqlanması ilə bağlı məlumat yaydı 19:33 | Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır 19:08 | Xalq artisti: “Gündəmdə qalmaq üçün abırından, mənəviyyatından keçənlər var” 18:30 | Qərar verildi: İyunun 1-dən etibarən... 18:10 | Azərbaycanda koronavirusdan daha üç nəfər öldü, 202 xəstə sağaldı - RƏSMİ 18:06 | Maska taxmayanların CƏRİMƏSİ MÜƏYYƏNLƏŞDİ: 200 manat... 13:39 | İcra başçısının biznesinə nəzarət edən "Fedya" qəzada öldü - FOTO 13:34 | Balakənə xınayaxdıya gələn Çakır ailəsi geri döndü 12:03 | “Sülh danışıqları elə bərbad vəziyətdədir ki…” – Hərbi icmalçı Qarabağa lokal zərbələr endirməyi TƏKLİF EDİR 11:39 | SON DƏQİQƏ: Azərbaycan neftinin qiyməti dəyişdi 10:45 | Sabah Milli Məclisin iclası keçiriləcək – Gündəlikdə 11 məsələ var 22:00 | SON DƏQİQƏ: TƏBİB statistikanı açıqladı 18:32 | Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxdu - 103 pasiyent sağaldı, ikisi vəfat etdi 17:57 | Bakıda Malların açılacağı tarix MƏLUM OLDU 17:29 | Bu qadağalar hələ də qüvvədədir – SİYAHI 17:12 | Azərbaycanda karantin rejmi uzadılır - RƏSMİ 16:47 | Bu yerlərdə maska taxmaq məcburidir – Nazirlər Kabinetindən yeni QƏRAR 16:33 | Azərbaycan sərhədlərinin bağlı qalma vaxtı uzadıldı – RƏSMİ 16:25 | Xaçmazda kütləvi yoluxma var? – TƏBİB-dən AÇIQLAMA 15:23 | Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video 14:14 | İcra başçısı kartof yığdı, müzakirələrə səbəb oldu – FOTOLAR