22 Noyabr 2020, Bazar
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Tərlan Əhmədov istədi deyə “Neftçi”yə gəldim”

"Neftçi"nin yeni transferi İlkin Qırtımov müsahibə verib.

Xeberekspress.Az qol.az-a istinadən xəbər verir ki, "Keşlə"ni "ağ-qaralar"a dəyişməsinin səbəblərini açıqlayan təcrübəli müdafiəçi azarkeşlərə də mesaj göndərib.

- "Keşlə"dən ayrılmağına nə səbəb oldu: klubun maddi durumu, baş verən məlum qalmaqal, yoxsa "Neftçi"dən aldığın təklif?
- Nə maddi vəziyyət, nə də qalmaqal. Bunların heç biri. Sadəcə, "Keşlə"dən ayrılmaq istəyirdim. 3 il idi ki, bu komandada idim. Klubumu dəyişmək istəyirdim. Ona görə də belə alındı.

- Maraqlıdır, "Neftçi"dən başqa, hansısa klub və ya klublardan təklif almışdınmı?
- Əlbəttə, təkliflər var idi. Yaxşı komandalardan dəvət almışdım. Amma mən "Neftçi"ni seçdim.

- Niyə məhz "Neftçi"?
- Tərlan müəllim məni öz komandasında görmək istədi. Dedi ki, sənə inanıram. Ona görə də "Neftçi"yə keçdim. Özümü yaxşı tərəfdən göstərim, baş məşqçinin inamını boşa çıxarmamalıyam.

- Sən özün Tərlan Əhmədovdan belə bir təklif gözləyirdinmi?
- Düzünü desəm, gözləmirdim. Sağ olsunlar, dəyər verib, təklif göndərdilər. Tərlan müəllim istədi deyə "Neftçi"yə gəldim.

- Baş məşqçi səni komandada görmək istəsə də, "Neftçi" azarkeşləri transferini bir qədər narazılıqla qarşıladılar...
- Sosial şəbəkələri izləmirəm. Amma ordan-burdan eşitmişəm. Çalışacam ki, onların da etimadı doğruldum, başlarını uca edim. Əlimdən gələni edəcəm. Yaxşı nəticə göstərməliyik ki, azarkeşlərimiz
də şad olsunlar.

- Yəqin özün də bilirsən ki, "Neftçi" fanatları həm çılğın, həm də çox tələbkardırlar...
- Əlimdən gələni edəcəm ki, öz oyunumla onların qəlbinə yol tapım.

- Yanvarın sonlarında milli komandanın toplanışı olacaq. Ümumiyətlə, yığmaya çağırılacağını gözləyirsən?
- Hər bir futbolçu milliyə dəvət almaq istəyər. Amma oynamaq lazımdı. Danışmaqla iş bitmir. Əsas odur ki, meydanda özünü göstərəsən. Onlar da sənin oyununu görüb, milliyə çağırsınlar.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qəzada ölən Reyhanın atası da alpinistləri axtarır - FOTO

Ötən il iyunun 28-də yol qəzasında vəfat etmiş dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın atası İlqar Məmmədov da

"Tufandağ"da itkin düşən alpinistlərin axtarışına cəlb olunub.

Xeberekspress.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İ.Məmmədov ötən gün qərargahda görülən işlərlə tanış olan jurnalistlərin diqqətindən yayınmayıb.

Qeyd edək ki, İ.Məmmədov da qaya dırmanma üzrə Azərbaycanda tanınmış simalardandır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Rəşad Sadıqovun ilk sınağı - Albaniya yığması


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının daha bir rəqibi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hazırlıq prosesində 3 yoldaşlıq oyunu keçirəcək Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda Albaniya ilə də qarşılaşacaq.

Yığmamız bu ölkənin U-21 komandası ilə 2 dəfə üz-üzə gələcək. Bu matçlar yanvarın 21-də və 26-da baş tutacaq.

Yanvarın 23-də Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma ilə görüşün keçiriləcəyi isə öncədən bəlli idi.

Artıq hər üç oyunun başlama vaxtı da dəqiqləşib. Qarşılaşmaların hamısı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Günün matçlarını yayımlayacaq kanallar - SİYAHI

Bu gün futbol meydanlarında növbəti oyunlar keçiriləcək.

Milli.Az canlı yayımlanacaq oyunların siyahısını təqdim edir:

Yoxlama oyunu
17:00 Trabzonspor - Luftetari ("Trabzonspor" "Youtube")
19:00 Fortuna - Standard L (Laola 1 TV)

İspaniya kuboku
22:30 Atletiko - Lyeyda (Bein Sports 2)
00:30 Valensiya - Las-Palmas (Bein Sports 2)

İngiltərə, Liqa kuboku
23:45 Mançester Siti - Bristol (Bein Sports 1)

Fransa, Liqa kuboku
00:00 Nitsa - Monako (Bein Sports 3)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Qarabağ"ın futbolçusu Ukraynada "Qızıl istedad" adına namizəd göstərilib

"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Yaroslav Deda vətəni Ukraynada "Qızıl istedad" nominasiyası üzrə qalib adına namizədlər sırasında göstərilib.

Milli.Az report-a istinadən xəbər verir ki, ölkənin istedadlı oyunçuları ilə bağlı hazırlanan yazıda gənc yarımmüdafiəçi vunderkind kimi göstərilib.

19 yaşlı hücumçu 2017-ci ilin yayında "Volın"dan transfer edilib. O, "Qarabağ"ın UEFA Gənclər Liqasında vurduğu hər 3 qolun müəllifi olub.

Qeyd edək ki, "Qızıl istedad" adına 13 namizəd göstərilib. Yaroslav Deda Ukraynanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olsa da, onun yaxın vaxtlarda Azərbaycan vətəndaşlığına keçəcəyi gözlənilir.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Qol buraxmayan qapıçı MƏRCİ UDDU - Bütün xərci sponsor ödəyəcək

İngiltərənin aşağı divizion klubu "Flitvud Taun"un qapıçısı 2018-ci ildə ürəyi istədiyi qədər pulsuz pizza yeyəcək.

Milli.Az xəbər verir ki, İngiltərə kubokunun 3-cü mərhələsində Lesterlə qarşılaşan "Flitvud" qapısını toxunulmaz saxlaya bilib. Klubun sponsoru "Papa Johns" oyundan əvvəl Nil Krisin "Lester"dən qol buraxmayacağı təqdirdə onu 2018-ci ildə pulsuz pizza ilə təmin edəcəyinə söz vermişdi.

Bundan ruhlanan Nil qapıda inamlı dayanaraq oyunun qolsuz heç-heçə bitməsində önəmli rol oynayıb. Qalib təkrar oyunda müəyyənləşəcək. (publika.az)
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
“Çelsi” və “Lester” bacarmadı, “Mançester Siti”dən asan qələbə

İngiltərə FA kubokunda 1/32 final mərhələsi davam edir.

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, ikinci oyun günündə bir neçə Premyer Liqa komandası daha ilk oyunlarını keçiriblər.

İki il əvvəlki çempion "Lester" səfərdə "Fletvud"la bacarmayıb - 0:0.

"Suonsi" üçün də ilk oyun uğursuz alınıb. Komanda "Vulvs" səfərindən qolsuz qayıdaraq taleyini ikinci oyuna saxlayıb - 0:0.

"Uotford" doğma meydan amilindən layiqincə yararlanıb. "Qırmızı-qaralar" qonaq etdikləri "Bristol Siti"ni 3 cavabsız qolla yola salıblar - 3:0.

"Nyukasl" da evdə 3 qola sevinib, amma "sağsağanlar" qapılarında da bir qol da görüblər - 3:1.

"Mançester Siti" isə gücünü "Bernli"yə göstərib - 4:1.

"Sauthempton" səfərdə "Fulhem"dən üstün olub - 0:1.

"Vest Bromviç" də "Ekseter"ə eyni aqibəti yaşadıb, amma iki qolla - 0:2.

"Stok Siti" çempionşip təmsilçisi "Koventri" ilə bacarmayıb - 1:2.

"Bornmut" - "Viqan" oyununda da qalib müəyyənləşməyib - 2:2.

"Haddersfild" "Bolton"da üstün olub - 1:2.

Günün əsas sensasiyası isə son oyunda qeydə alınıb. "Çelsi" səfərdə "Norviç"ə qol vura bilməyib - 0:0.

Reqlamentə görə, qalib gələn komanda növbəti mərhələyə keçir, bərabərlik halında isə görüş yenidən oynanılır.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
Çin klubu Arda ilə danışıqlara başladı


Barselona"nın yarımmüdafiəçisi Arda Turan futbolçu karyerasını Çində davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Çikaqo Fayr" 30 yaşlı oyunçu ilə maraqlanır. Çin klubu artıq A.Turanla danışıqlara başlayıb.

Qeyd edək ki, A.Turanla Türkiyə, İngiltərə və İtaliya klublarının da maraqlandığı iddia olunur.
[rating-type-4]
{likes}
{dislikes}
[/rating-type-4]
"Barselona"nı yıxan sövdələşmə: 1 qəpik ödəmədən sərbəst qalacaq

"Barselona"da forma geyən Lionel Messi Katalonyanın İspaniyadan ayrılacağı təqdirdə 1 qəpik ödəmədən komandadan ayrılacaq.

"Barselona" ilə 2021-ci ilə qədər müqaviləsini uzadan və 700 milyon avroya sahib olan Messi üçün maraqlı bir fakt ortaya çıxıb.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, Messi Katalonyanın müstəqil olması vəziyyətində sərbəst qala bilər. "Barselona" La Liqaya, Fransa Ligue 1, Bundesliqa və Premier Liqada yer almayacağı təqdirdə Lionel Messi komandadan əvəzsiz bir şəkildə ayrılacaq.

Bunun üçün Messi müqaviləyə əlavə bir maddə əlavə etdirib. Orada vurğulanır ki, Katalonyada müstəqil olarsa, "Barsa" adları çıkilən liqalarda oynamaqdan imtina edərsə, Lionel heç bir kompensasiya ödəmədən sərbəst qala bilər.

Messi vergilər çıxandan sonra "Barselona"da illik 30 milyon avro qazanır.
Bu gün ÇL-də 8 matç var 19 okt 2021, 08:00 Nəsiminin icra başçısı istintaqda dindirilib 18 okt 2021, 18:34 Azərbaycanda bu işçilərin maaşı artıb 18 okt 2021, 18:12 Əli Əsədov bu qərara DƏYİŞİKLİK ETDİ 18 okt 2021, 17:17 Xəzərdə zəlzələ oldu 18 okt 2021, 16:57 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi 18 okt 2021, 16:39 Selçuk Bayraktarın atası vəfat etdi - FOTO 18 okt 2021, 14:25 "Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev 18 okt 2021, 14:05 "Üç rəngli bayrağınla çox yaşa, can Azərbaycan!” - Çavuşoğlu 18 okt 2021, 13:41 "Bizim üçün əsas müstəqillik bayramı 28 May Günüdür" - İlham Əliyev 18 okt 2021, 13:13 "Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı 18 okt 2021, 12:18 İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR 18 okt 2021, 12:06 Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ 18 okt 2021, 11:47 1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ 18 okt 2021, 11:27 Nazirlər Kabineti artımlarla bağlı təklifləri bu tarixədək təqdim edəcək 18 okt 2021, 11:25 “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək 18 okt 2021, 10:15 Pensiyalar və maaşlar artdı: nə qədər alacaqsınız? - VİDEO 18 okt 2021, 09:49 Rusiyada məktəbdə atışma oldu 18 okt 2021, 09:09 DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ 18 okt 2021, 08:54 Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi 18 okt 2021, 08:41 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür 18 okt 2021, 08:25 Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı 16 okt 2021, 18:05 Yoluxanların sayı açıqlandı 16 okt 2021, 17:53 Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM 16 okt 2021, 17:42 Tarif Şurası qazın da qiymətini QALDIRDI 16 okt 2021, 15:24