UEFA səfər oyunları üçün Azərbaycan klublarına vəsait ayıracaq

İdman
7-08-2020, 16:55

UEFA səfər oyunları üçün Azərbaycan klublarına vəsait ayıracaq

 

UEFA avrokubokların təsnifat mərhələlərinin oyunları üçün səfərə yollanacaq komandalara pul ayıracaq.

Bu barədə "Report"a "Qarabağ"ın baş meneceri Asif Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qonaq komandanın çarter reysinin təşkili məqsədilə həmin klublara 40 000 avro ödəniləcək.

Qeyd edək ki, 2020/2021 mövsümündə Azərbaycanı Çempionlar Liqasında "Qarabağ", Avropa Liqasında isə "Neftçi", "Keşlə" və "Sumqayıt" təmsil edəcək. Hər 4 komanda mübarizəyə I təsnifat mərhələsindən başlayacaq. Təsnifat görüşləri 1 oyundan ibarət olacaq.