Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
31-05-2020, 16:15

Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ

 

Azərbaycan Premyer Liqasının bərpa olunacağı tarix açıqlandı - RƏSMİ

 

 

Futbol üzrə Azərbaycan Premyer Liqası iyunun 21-də bərpa olunacaq.


Oxu.Az xəbər verir ki, bu barədə qərar bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında keçirdiyi ikinci iclasda verilib.

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının rəhbər şəxsləri və AFFA-nın baş həkimi Vyaçeslav Xomenkonun iştirak etdiyi videoiclasda aşağıda qeyd olunanlarla bağlı razılıq əldə olunub:

 
 

1. 2020-ci il iyunun 1-dən etibarən Premyer Liqa klublarının məşqləri, 2020-ci il iyunun 21-də Premyer Liqa və Azərbaycan Kubokunun oyunları bərpa olunsun;

2. Premyer Liqa oyunlarının bərpasından əvvəl klublarının futbolçu və məşqçi heyəti mütləq şəkildə COVID-19 testinə cəlb olunsun. Sonrakı dövrlərdə testin təkrar keçirilib-keçirilməməsi barədə qərarı hər bir klub fərdi qaydada qəbul edə bilər;

3. Premyer Liqa və Kubok oyunlarının təqvimi PFL tərəfindən hazırlanaraq yaxın günlərdə klublara göndəriləcək;

4. Oyunlar bərpa olunduqdan sonra hər hansı futbolçu və ya məşqçinin COVID-19 testi müsbət nəticələnəcəyi təqdirdə, AFFA müvafiq dövlət strukturları ilə danışıqlardan sonra mövcud təlimatlara uyğun hərəkət edəcək;

5. COVID-19 pandemiyası ilə bağlı klub və futbolçular arasında imzalanmış mövcud müqavilələrə müvafiq bəndlərin əlavə olunması PFL və klublar arasında müzakirə olunacaq.

Qeyd olunanlarla yanaşı, iclasda məqşlərin və oyunların təşkili zamanı texniki proseslər ətraflı müzakirə olunub, Nazirlər Kabineti yanında operativ qərargahın qərar və tövsiyələrinə riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.

Klublar Komitəsinin iclasında müzakirə olunan bir sıra məsələlər yekun qərarların qəbul olunması üçün İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə daxil olunacaq.


XƏBƏR LENTİ
12:52 | Neftçilər Xəstəxanasının direktoru: “Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir” 12:45 | Kamran Əliyevdən yeni TƏYİNAT - ÖZƏL 12:14 | Bakıda karantin postları yenidən quruldu 11:11 | İnternetin zəifliyi nə ilə əlaqədardır? - KATV1-dən AÇIQLAMA 10:28 | 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi ilə bağlı MÜHÜM AÇIQLAMA 10:02 | Nazirlik cəbhədə baş verənlərlə bağlı məlumat yaydı 09:41 | Rəsmi məzənnələr açıqlandı 09:38 | Kreml və rəsmi İrəvan arasında qırılan körpülər... - Faydalana biləcəyəkmi? 19:41 | Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı - REKORD SAYDA ÖLÜM 19:04 | Mehriban Əliyeva Böyük Şor gölündəki vəziyyətlə bağlı tapşırıqlar verdi 18:22 | Müdafiə nazirinin yeni müavini kimdir? - Nizam Osmanovun DOSYESİ 18:01 | Müğənni karantini pozdu 17:37 | Meyvə-tərəvəzin qiymətləri ərşə qalxıb 17:05 | Azərbaycanda saxta arayış verən xəstəxananın vəzifəli şəxsləri ilə bağlı cinayət işi açıldı - RƏSMİ 16:02 | Prezident Dövlət Agentliyinin səlahiyyətini azaltdı - FƏRMAN 15:23 | Bakıya qanunsuz sərnişin daşıyanlar həbs edildilər 14:48 | Mehriban Əliyeva ATU-nun koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə götürdü 14:27 | Bu rayona giriş-çıxış məhdudlaşdırıldı - Postlar quruldu 13:27 | “Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir 12:59 | Azərbaycanlı idmançılar məşhur turnirin müqaviləsini imzalamaqdan imtina edib 12:22 | Birinci sinifə qəbul üzrə onlayn Apellyasiya Komissiyasının fəaliyyəti başa çatdı 11:58 | İlham Əliyev Bakıda açılışda - FOTO