Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
21-02-2020, 13:46

"Qarabağ"da hər şey əla idi" - Beqoviç

"Qarabağ"da hər şey əla idi" - Beqoviç

 

"İlk ayım problemsiz keçdi. Klubda və şəhərdə hər şeydən məmnunan. "Milan”a gələndə onun böyük bir klub olduğunu görmək olar”.

Qol.az xəbər verir ki, bu sözləri mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da keçirmiş Asmir Beqoviç deyib. Bosniyalı qolkiper ölkəsinin mətbuatına müsahibəsində "Milan”a transferindən danışarkən "Qarabağ”dakı çıxışının ona çox faydalı olduğunu bildirib:

"Qarabağ"da vəziyyət əla idi. Bir çox oyunlarda meydana çıxdığım üçün indi burada yüksək səviyyəli matçlara hazırlaşmaq çətin olmur".

Bosniya və Herseqovina millisinə qayıdışı ilə bağlı sualı cavablandıran təcrübəli qapıçı yenidən yığmada çıxış etməyə hazır oduğunu qeyd edib: "Millidə oynamaq mənim üçün problem deyil. Bilirəm ki, yığmanın qapısını qoruya bilərəm. Çünki təcrübəm var. Ən əsası, yaxşı nəticə qazanmaqdır. Yeni baş məşqçi Bajeviç ədaləti adamdır. Mənimlə görüşdü, xeyli söhbət etdik".

Beqoviç komanda yoldaşı Zlatan İbrahimoviçlə bağlı da danışıb: "Zlatan yaxşı futbolçu və yaxşı oğlandır. Tez-tez Bosniya dilində danışırıq, mədəniyyətimizi sevir. Düşünürəm ki, İbrahimoviç bizim mentalitetimizə sahibdir. O, əsl liderdir. Bəzən məndən ölkəmiz haqqında soruşur”.

XƏBƏR LENTİ
12:11 | SON DƏQİQƏ: Azərbaycanlı idmançı koronavirusdan öldü 11:35 | Hökumət yoxsul vətəndaşların kreditlərinə niyə güzəşt etmədi? - GƏLİŞMƏ 11:24 | "Qida Təhlükəsizliyi Agentliyi nə qədər taxıl və un ehtiyatı qaldığını açıqlamalıdır..." - qiymət sürətlə bahalaşır 11:07 | "Azsığorta"da BÖHRANLI MƏNZƏRƏ - xalis mənfəəti 83% azalıb 10:45 | Türk alimlər sevindirdi : ''May ayında koronavirus ...'' 10:19 | Millət vəkilindən pozitiv paylaşım – Video 10:06 | Covid 19-peyvəndin inkişafı və ağciyərdəki dəyişikliklər 09:50 | SMS müraciətlərində gecikmələrlə bağlı rəsmi açıqlama 09:30 | Hacı Əbdül vəfat etdi 22:18 | İşıqpulu ilə bağlı əhaliyə vacib xəbər 19:59 | KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye 17:44 | Prezident KİVDF-yə yeni rəhbər təyin etdi - Sərəncam 17:23 | Vüqar Səfərli vəzifədən azad edildi - Sərəncam 17:04 | Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur - RƏSMİ 16:31 | SON DƏQİQƏ: Rusiyada güclü partlayış baş verib 15:22 | Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı 14:36 | Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır - YENİLƏNİB 14:08 | Temperatur aşağı düşəcək, güclü külək əsəcək - XƏBƏRDARLIQ 13:44 | Avtomobillə sərnişindaşıma qadağan olunacaq - AÇIQLAMA 13:13 | DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi - Diqqət! 12:35 | Bazarlarda qiymətlər niyə qalxır... - REPORTAJ 11:33 | Azərbaycanda tibb işçilərində koronavirus aşkarlandı