Qaynarxətt: (+99470) 997 11 77
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
4-12-2019, 20:10 Oxunub: 13

AVRO-2020-nin Bakıdakı oyunlarına biletlər satışa çıxarıldı

AVRO-2020-nin Bakıdakı oyunlarına biletlər satışa çıxarıldı
 


UEFA Avro-2020 oyunları üçün biletlər bu gündən etibarən artıq satışdadır.

Oxu.Az xəbər verir ki, bilet satışının ikinci mərhələsinin bu tarixdə başlanması 30 noyabr tarixində keçirilən püşkatmadan sonra komandaların hansı qrupda və ev sahibi şəhərlərdə oynamasının bəlli olması ilə əlaqədardır.

Azarkeşlər bu gündən 18 dekabr saat 17:00-a qədər yalnız www.euro2020.com/tickets saytı vasitəsilə UEFA Avro-2020 oyunlarına biletlər üçün müraciət edə biləcəklər.



Qeyd edək ki, hər bir oyuna bilet üçün müraciət edənlərin sayı satışa buraxılan bilet sayını keçərsə, bilet satışı lotereya sistemi vasitəsilə həyata keçiriləcək. Lotereya qalibləri onlara email bildiriş gəldikdən sonra ödənişi həyata keçirib biletlərini əldə edəcəklər. Əgər loterayada iştirak edən müraciətçilərin sayı satışa buraxılan bilet sayından az olarsa, boş qalan biletlər yanvar ayından etibarən birbaşa satışa çıxarılacaq.

Müraciətçilər özü də daxil olmaqla, maksimum dörd bilet ala bilər. Oyunlara biletlər üç kateqoriyada təqdim olunur. Birinci kateqoriya 125 avro, ikinci kateqoriya 70 avro, üçüncü kateqoriya 30 avro dəyərində olacaq. Fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutulan biletlər oturacağın yerindən asılı olmayaraq, ən aşağı qiymətə satılan 3-cü kateqoriya biletləri ilə eyni qiymətə - 30 avroya satılacaq və onları müşayiət edən bir nəfər üçün bilet pulsuz veriləcək.

Qeyd edək ki, çempionata ev sahibliyi edəcək digər doqquz şəhərdən fərqli olaraq Bakı, Buxarest və Budapeştin ev sahibiliyi edəcəyi oyunlar üçün biletlər daha ucuz qiymətlə təklif olunur.

UEFA Avro-2020 rəsmi qonaqpərvərlik satış paketləri (VIP biletlər) haqqında məlumat əldə etmək üçün EURO2020.com/hospitality linkinə keçid edə bilərsiniz.

Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu – həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması – Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00
Uels - İsveçrə

17 iyun, saat 20:00
Türkiyə - Uels

21 iyun, saat 20:00
İsveçrə - Türkiyə

4 iyul, saat 20:00
¼ final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko” stadionunda keçirəcək.

XƏBƏR LENTİ
16:51 | Prezidentin iki köməkçisi Dövlət Neft Fondu Müşahidə Şurasında təmsil olunacaq 16:35 | Yeni Suraxanıda yol təmirinə 7,8 milyon manat ayrıldı - SƏRƏNCAM 16:21 | Yeni Zelandiyada vulkan püskürdü - 5 nəfər öldü, itkin düşənlər var 16:07 | Vilayət Eyvazov polis mayoruna vəzifə verdi 15:33 | SON DƏQİQƏ – Xırdalanda güclü partlayış, yaralı var 15:19 | “Qarabağ”ın qış transferləri - Kimlər gedir, kimlər gəlir? 14:52 | 2019-cu ildə boşanma xəbəri ilə gündəmə gələnlər - Siyahı 14:32 | Evini sığortalatdırmayanlar niyə cərimələnir? - Ekspertdən açıqlama 14:09 | Ölkəmiz Vyetnamda xeyriyyə yarmarkasında təmsil olunub 13:57 | Sabah bu ərazilər işıqsız qalacaq - "Azərişıq"dən XƏBƏRDARLIQ 13:20 | “Azərbaycanın Mehriban Siması” kitabı oxuculara təqdim olundu 12:49 | İlham Əliyev Rusiyanın iqtisadi inkişaf nazirini qəbul etdi - FOTO 12:15 | Seçkiyə qatılacaq partiya sədrləri: - Deputat olmaq istəyənlərin SİYAHISI 11:34 | Dəm qazı ölümləri ilə bağlı cinayət işi başlanıb 11:22 | 2020-ci ilin iqtisadi proqnozları: neft , dollar və manat... - GƏLİŞMƏ 10:14 | Azərbaycanda 30 şirkət ləğv edildi - SİYAHI 09:58 | Qar yağacaq, güclü külək əsəcək - Həftənin ilk gününün havası 09:43 | Milli futbolçumuzun ailəsində DƏHŞƏT – Bacısı intihar etdi 09:31 | Uşaqları yersiz müayinə edib, şüalanmaya məruz qoymaq... Pediatrdan XƏBƏRDARLIQ 09:06 | Deputatların aldığı məvacib – Maaş, bayrampulu, tətilpulu, pensiya… – Kimə nə qədər düşür? 00:17 |  Məşhur xanəndə -Xalq artisti Hacibaba Hüseynovun nəvəsi Fatimə Hüseynova bir müddətlik fasilədən sonra yenidən səhnəyə qayitdi.-VİDEO 17:24 | Azərbaycanlı idmançıların başına dəhşətli hadisə gəldi - Təfərrüat