Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
30-12-2017, 16:21 Oxunub: 230

Azərbaycanda film kimi cinəyətin ÜSTÜ AÇILDI — ŞOK TƏFƏRRÜAT

Azərbaycanda film kimi cinəyətin ÜSTÜ AÇILDI — ŞOK TƏFƏRRÜAT















Respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb.
"Ölkə.Az" Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşklarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Təxirəsalınmaz tədbirlərlə Bahar Məmmədovanı qətlə yetirməkdə əsaslı şübhələr yarandığından Vüqar İsayev tutulub.

İlkin araşdırmalar zamanı V.İsayevin 1997-ci ilin oktyabr ayında Bahar Məmmədovanı evlənmək məqsədilə qaçırdıqdan sonra Şıxlar kəndinin ərazisindəki meşə zolağına aparması, aralarında baş verən münaqişə zəminində Baharın boynunu qıraraq onu qəsdən öldürməsi, çuxurda basdıraraq üzərinə daş və qaya parçaları yığması, beş ay müxtəlif ünvanlarda gizləndikdən sonra Rusiya Federasiyasının Arxangelsk şəhərinə getməsi müəyyən edilib.

Araşdırmalar nəticəsində o da məlum olub ki, V.İsayev 2005-ci ildə Rusiya Federasiyasının ərazisində də qətl hadisəsi törədərək uzun müddətə azadlıqdan məhrum edilib, cəzasını çəkdikdən sonra isə cari il dekabrın 25-də Masallı rayonuna qayıdıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakı ilə Şıxlar kəndi ərazisindəki qətlin baş verdiyi ehtimal olunan əraziyə baxış keçirilib və oradan B.Məmmədovanın meyidinin qalıqları aşkar edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI