22 Noyabr 2020, Bazar
25 sen 2021, 15:06 | Hadisə
Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır?


Kriminal dünyada yeni savaş: "Lotu Quli"nin qisası alınır?

 


Ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifov (Lotu Quli) və onun klanına qarşı əks cəbhədə dayanan gürcü əsilli "qanuni oğru” Zaxari Kalaşov (Şakro Molodoy) kriminal aləmin ali statusundan məhrum edilə bilər. 

Artıq Şakro Molodoya qarşı böyük bir cəbhə formalaşıb. Nüfuzli "qanuni oğru”lar Tariel Onianı (Taro) və Merab Canqveladzenin (Merab Suxumski) rəhbərlik etdiyi Suxumi klanı Zaxari Kalaşovla son dəfə haqq-hesab çəkmək niyyətindədir.

Məlumatlara görə, bu günlərdə Şakro Molodoyla bağlı son qərarın verilməsi üçün Türkiyədə böyük "sxodka” təşkil olunub. Toplantıya Suxumu klanına daxil olan "qanuni oğru”larla yanaşı, Şakro Molodoyu qəbul etməyən kriminalitetlər də dəvət olunub. 

"Sxodka”nın Şakro Molodoya yaxınlığı ilə seçilən "qanuni oğru” Aslan Kobuladzenin Kutaisi türməsindən və Rustavidəki koloniyadan onun adına gələn "qara pullar”ın taleyinə aydınlıq gətirilməsi üçün təşkil olunduğu bildirilsə də, əsas məqsəd  Zaxari Kalaşovu küncə sıxışdırmaq olub. 

Aslan Kobuladze əvvəlcə rəsmi dəvət tələb edib. Sonra ümumiyyətlə "yox”a çıxıb. 

Məlumat üçün deyək ki, Kobuladze "obşak”ın pullarına nəzarət üçün oğlunu mükəlləf edib ki, bu da kriminal qaydalara ziddir. Bildirilir ki, Kobuladzenin oğlu bu məsul vəzifəni  icra edəcək qədər nüfuza malik deyil. İkincisi isə kriminal dünyada "obşak” "ailə təsərrüfatı" hesab edilmir.

Suxumi klanı düşünür ki, Kobuladze bu üsulla "qara pullar”ı təyinatı üzrə xərcləməyib. Onun "sxodka”ya gəlməkdən imtina etməsi isə şübhələrin təsdiqi kimi qəbul edilə bilər. Çünki qaydalara əsasən, "sxodka”dan yayınan "qanuni oğru” artıq ittihamları qəbul etmiş hesab olunur. Ən yaxşı halda ona qarşı şübhələrin əsassız olmadığına və qarşı tərəfin müvafiq qərar çıxarmasına rəvac verir. Beləliklə, Aslan Kobuladze hər an "qanuni oğru” statusunu itirə bilər. 

İddialara görə, Suxumi klanı mövzunu Şakro Molodoyun sıradan çıxarılmasına qədər uzatmaq niyyətindədir. 

Zaxari Kalaşov Nadir Səlifov və onun klanını sıradan çıxarmaq üçün ən çox çalışan kriminalitet olub. "Lotu Quli" ilə Suxumi klanının yaxınlaşması da bu üzdən baş verib. Şakro Molodoyun sıradan çıxarılması Nadir Səlifovun qisasının alınması kimi də qəbul edilə bilər

Qaynarinfo

Bu gün ÇL-də 8 matç var 19 okt 2021, 08:00 Nəsiminin icra başçısı istintaqda dindirilib 18 okt 2021, 18:34 Azərbaycanda bu işçilərin maaşı artıb 18 okt 2021, 18:12 Əli Əsədov bu qərara DƏYİŞİKLİK ETDİ 18 okt 2021, 17:17 Xəzərdə zəlzələ oldu 18 okt 2021, 16:57 Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi 18 okt 2021, 16:39 Selçuk Bayraktarın atası vəfat etdi - FOTO 18 okt 2021, 14:25 "Xudafərin körpüsü Azərbaycan xalqının istedadının sübutudur" - İlham Əliyev 18 okt 2021, 14:05 "Üç rəngli bayrağınla çox yaşa, can Azərbaycan!” - Çavuşoğlu 18 okt 2021, 13:41 "Bizim üçün əsas müstəqillik bayramı 28 May Günüdür" - İlham Əliyev 18 okt 2021, 13:13 "Tarixi Qələbəmiz regionun inkişafında yeni dövrün başlanğıcıdır" - Dövlət başçısı 18 okt 2021, 12:18 İlham Əliyev və Mehriban Əliyeva Füzuli aeroportunda - FOTOLAR 18 okt 2021, 12:06 Prezident İlham Əliyev xalqa MÜRACİƏT ETDİ 18 okt 2021, 11:47 1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ 18 okt 2021, 11:27 Nazirlər Kabineti artımlarla bağlı təklifləri bu tarixədək təqdim edəcək 18 okt 2021, 11:25 “Qızıl Amnistiya” gəlir: 15 min məhkuma şamil ediləcək 18 okt 2021, 10:15 Pensiyalar və maaşlar artdı: nə qədər alacaqsınız? - VİDEO 18 okt 2021, 09:49 Rusiyada məktəbdə atışma oldu 18 okt 2021, 09:09 DAHA BİR BÖHRAN: Evlərin qiyməti niyə artır... - GƏLİŞMƏ 18 okt 2021, 08:54 Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi 18 okt 2021, 08:41 Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür 18 okt 2021, 08:25 Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı 16 okt 2021, 18:05 Yoluxanların sayı açıqlandı 16 okt 2021, 17:53 Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM 16 okt 2021, 17:42 Tarif Şurası qazın da qiymətini QALDIRDI 16 okt 2021, 15:24