Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
21-05-2020, 15:29

Azərbaycanda polisə xəsarət yetirildi, 21 nəfər tutuldu - YENİLƏNİB + RƏSMİ

Azərbaycanda polisə xəsarət yetirildi, 21 nəfər tutuldu - YENİLƏNİB + RƏSMİ
 

Bir neçə gün əvvəl Yevlaxda "Qaraçılar məhəlləsi” adlanan küçədə polislə sakinlər arasında yaşanmış insidentə görə cinayət işi açılıb. 

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. 

"Rayonda bir nəfər cinayət məsuliyyətinə cəlb olunub, onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. 20 nəfər isə saxlanılıb, araşdırma aparılır”, - məlumatda deyilir.

 

11:05

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl koronavirusa yoluxma halları ilə əlaqədar Yevlaxda "Qaraçılar məhəlləsi” adlanan küçəyə giriş-çıxış məhdudlaşdırılıb.

Oxu.Az-ın məlumatına görə, həmin ərazidə yaşayan sakinlər tətbiq edilən karantin rejimi qaydalarına əməl etməyərək, etiraz aksiyası keçirməyə cəhd edərkən polis əməkdaşına xəsarət yetiriblər.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məhəllə Daxili işlər Nazirliyinin polis əməkdaşları və DİN-in Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır:

"Bir müddət əvvəl həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tələbini pozaraq, etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayiş kobud şəkildə pozularaq, orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib.

Hazırda onun vəziyyəti qənaətbəxşdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır”. 

Qeyd edək ki, bir neçə gün əvvəl DİN-dən saytımıza bildirilmişdi ki, Yevlaxda 80 nəfər koronavirusa yoluxub. Onlardan 53 nəfəri "Qaraçılar məhəlləsi”nin sakinləridir.

XƏBƏR LENTİ
10:52 | DİM-dən imtahanlarla bağlı daha bir XƏBƏRDARLIQ – VİDEO 10:24 | Bakıda xəstəxanada dörd ayda 50 ölüm - RƏSMİ 10:11 | Bibiheybət yolu bu tarixdə açılacaq - RƏSMİ 09:50 | Maska taxılması tələb olunan yerlərin - Siyahısı 09:48 | Şadlıq evləri və şou əhli “qan ağlayır”: "Biz rusuq ki, 50 nəfərlik toy keçirək?" 09:07 | Günəşdə baş verən partlayışın NƏTİCƏLƏRİ 23:11 | Prezident İlham Əliyev uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyanı təsdiqləyib 23:10 | DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ 23:05 | “Real” ev oyunlarını “Santyaqo Bernabeu”da keçirməkdən imtina etdi 22:58 | Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya yeni üzvlər təyin olunacaq - ADLAR 22:56 | Vilayət Eyvazov yol polisinə yeni rəis müavini təyin etdi 18:23 | Azərbaycanda daha 273 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi 18:04 | Xüsusi karantin rejimində YENİ MƏHDUDİYYƏT - RƏSMİ 17:48 | Bakı polisindən nazirlik qarşısında keçirilən aksiya ilə bağlı AÇIQLAMA 17:31 | Prezident mülki aviasiya işçilərini təltif etdi - SƏRƏNCAM 17:16 | Prezident Azərbaycandakı dini qurumlara maliyyə ayırdı - SƏRƏNCAM 16:54 | Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM 16:21 | Azərbaycanda daha bir vəzifəli şəxsə rüşvətə görə cinayət işi açıldı - RƏSMİ 15:52 | Xalq Prezidentə minnətdardır: “Sizə arxalanır və güvənirik” - MƏKTUBLAR 15:33 | Nazirdən dövlət qurumu barədə bədbin AÇIQLAMA: “Vəziyyəti ürəkaçan deyil” 13:41 | Deputatlardan Sahibə Qafarovaya TƏŞƏKKÜR 13:20 | Sabahın hava PROQNOZU