Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
18-05-2019, 20:11 Oxunub: 77

Millət vəkili bu qurumu darmadağın etdi: "Hiyləgər Bakı Nəqliyyat Agentliyi..."

 
Millət vəkili bu qurumu darmadağın etdi: "Hiyləgər Bakı Nəqliyyat Agentliyi..."
 
"Mən şəxsən millət vəkili olaraq yolu hansı qurumun rəngləməli olduğunu hələ də aydınlaşdıra bilməmişəm. O qədər böyük intellekt sahibi olmalısan ki, həmin qurumu tapıb piyadaların həyatını xilas edəsən".
 
Anews.az xəbər verir ki, bu sözləri piyada keçidləri ilə bağlı problemdən danışan millət vəkili Fazil Mustafa qeyd edib. 

O bildirib ki, Bakıda piyada keçidlərində rəngi pozulmuş zolaqlar yenidən ağ boya ilə rənglənmir:
 
"Piyada keçidlərində rəngi pozulmuş zolaqların rənglənməsini əvvəllər Dövlət Yol Polisi yerinə yetirirdi. Nə zaman müraciət edirdin, dərhal gəlib həmin pozulmuş zolaqları yenidən rəngləyirdilər. İndi bu funksiya Bakı Nəqliyyat Agentliyinə verilib, artıq bu səlahiyyət dəyişikliyi olan gündən nə dayanacaqları yuyurlar, nə də bir neçə aydır rəngi solmuş zolaqları yenidən rəngləyirlər. Bir neçə dəfə yazdım, Milli Məclisdə çıxışımda ittiham etdim, bu qurumun operativ telefon nömrələrinə zəng etdirdim, adamlar boyunlarından atdılar ki, rəsmi olaraq bizə həvalə olunsa da, qeyri-rəsmi bu işə "Azəryol”un xüsusi servis qurumu baxır. Ötən həftə Zabratda məhz bu keçiddə zolaq görünmədiyinə görə dərsdən çıxan bir uşağı nənəsi ilə birlikdə avtomobil vurdu. Allah üzlərinə baxdı ki, ölüm olmadı, ancaq hər ikisi də ağır dərəcəli sınıqla hələ də xəstəxanada yatırlar. BNA hiyləgərliyin yolunu da tapıb, yüksək dövlət məmurlarının daim hərəkət etdiyi yollarda bu funksiyanı layiqincə yerinə yetirirlər. Lakin mərkəzi yoldan uzaq yerləri yalnız özəl iri obyektlərdən vəsait aldıqları zaman onların qarşısındakı zolaqları rəngləyirlər”.Millət vəkili boyanın keyfiyyəti məsələsinə də toxunub:
 
"Əslində, ağ boyanın keyfiyyəti ayrıca müzakirə mövzusudur. İnkişaf etmiş ölkələrdə boyanın tərkibinə hansısa "zibili” qatmadıqlarına görə uzun müddət yeniləməyə də ehtiyac duyulmur. Bizdə isə yeni rənglənən yer bir neçə həftədən sonra asfaltın rəngindən seçilmir.

Burada iki məqam ola bilər: ya bu boyaları qara bazarda satırlar və sənəd üzərində istifadə olunduğunu qeyd edərək böyük vəsait mənimsəyirlər, ya da həqiqətən də səlahiyyət bölgüsündə ənənəvi xaos hökm sürür. O halda Bakı Nəqliyyat Agentliyi bir qurum olaraq niyə yaradılıb? Gözləyirlər ki, hər həftə piyada keçidlərində beş-on adam ölsün, sonra bu sadə vəzifə borcunu yerinə yetirsinlər?”.
 
Millət vəkili təklifini də irəli sürüb:
 
"Aydındır ki, bizdə yol mədəniyyəti də çox aşağı səviyyədədir. Avtomobil sürücülərinin mütləq əksəriyyəti "Keçid” yazılan yerdə dayanmağa vicdan məsələsi kimi baxmır. O halda hər bir piyada bütün şəhərin küçələrində əlində ağ bayraqla gəzməlidir. Nə fərqi var, rəng eynidir, yerdə olmasın, göydə olsun. Vətəndaşlar bayrağı yelləməklə avtomobilləri dayanmağa məcbur etsinlər. Burada həm də bir təslimiyyətçilik işarəsi nəzərdə tutulur. Yəni vətəndaş qanunsuzluğun qarşısında, məmur etinasızlığının qarşısında, üstəlik də həyatına qəsd edə biləcək dəmir avtomobilin qarşısında aciz olduğunu etiraf edərək təslimiyyətini bu yolla ifadə etmiş olacaqdır”.(demokrat)
XƏBƏR LENTİ
18:05 | Müdafiə Nazirliyi ermənilərin keçirdiyi təlimin görüntülərini yaydı - Video 17:50 | Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır 17:36 | Yevlaxda qəbiristanlıqda yanğın olub 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər 16:43 | Abşeronda dava - jurnalist xəsarət aldı - FOTO 16:25 | 3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı 16:08 | Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib” 12:39 | Mişel Platini həbs olunub 12:19 | Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi 11:59 | Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi 11:47 | Fədayə Laçının heç yerdə olmayan videosu yayıldı 11:33 | Bakıda lombarda saxta qızıl verdilər 11:20 | Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi 10:51 | Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov 10:35 | 8 nəfərin güllələndiyi qan davasının - Təfərrüatı 15:51 | Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib 15:25 | Ağstafadakı kütləvi qətlin təfərrüatı məlum oldu - Şok detallar 14:02 | Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb 13:31 | Yazdığı statusa görə Yazıçılar Birliyindən çıxarıldı - QALMAQAL 13:10 | Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib 12:52 | Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü, digərləri isə... - Azərbaycanda dəhşətli hadisə (yeniləndi)