Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
18-05-2019, 12:10 Oxunub: 28

Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək - GƏLİŞMƏ

 
Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək - GƏLİŞMƏ
Dağlıq Qarabağda eskalasiya İraq və Suriyadan bu gün qaçan islamçı döyüşçüləri bizim regiona gətirə bilər.

Axar.az xəbər verir ki, bunu rusiyalı jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

"Siz İran ətrafında hansı gərgin situasiyanın yarandığını görürsünüz. Bu gərginlik artmağa davam edir. Suriyada böyük sayda islamçı radikal qruplaşma var. Onlar anlayırlar ki, artıq İraq və Suriyada onlara yer yoxdur. Bizim məlumatımıza görə, onlar bu gün özləri üçün yeni yer axtarırlar. Əgər bizim regionda hansısa yeni eskalasiya olsa, onlar üçün bu, məsələn, Azərbaycanda peyda olmaq üçün yaxşı bəhanə olacaq. Onlar üçün bu, çox rahat nöqtədir. Buradan onlar öz fəaliyyətlərini İran, Rusiya, Cənubi Qafqaz və Mərkəzi Asiyaya yönəldə bilərlər”, - deyə o bildirib.

Paşinyan Qarabağda yeni müharibənin artıq lokal olmayacağını söyləyib. O bunu Azərbaycan, Rusiya və İranın anladığına ümid etdiyini deyib.

Qeyd edək ki, Ermənistan tərəfi artıq din kartından Azərbaycana qarşı ilk dəfə deyil istifadə edir. Belə ki, Qarabağ müharibəsi başladığı andan etibarən İrəvan dəfələrlə xristian dininə mənsub olduğu üçün müsəlman Azərbaycanın təzyiqinə məruz qaldığını təbliğ etməyə çalışır. Digər tərəfdən önəmli olan başqa məqam Qarabağın həllinə İran böhranı kontekstində yanaşma anlayışının son bir ay ərzində Rusiyada aktiv təbliğatının başlamasıdır. Belə ki, məhz erməniyönlü dairələr, KİV-lər və ekspertlər müxtəlif vasitələrlə bu böhranın Qarabağda müharibəyə təsir edəcəyini, Rusiyanın bundan kənarda qalmayacağını və öz maraqlarını qorumaq üçün bölgəyə qoşun yeritməyə hazır olacağını təbliğ etməyə çalışırlar.

Başqa bir önəmli məqam isə İraq və Suriyadan qaçan radikal qruplarla əlaqədardır. Belə ki, son araşdırmalar göstərir ki, bu dəstələrin tərkibində daha çox, Mərkəzi Asiya, Cənubi Asiya və Afrikanın nümayəndələri təmsil olunur. Onlar isə Suriya və İraqı tərk edərək vətənlərinə yox, daha çox Əfqanıstan və Liviya ərazisinə gedirlər. 
XƏBƏR LENTİ
18:05 | Müdafiə Nazirliyi ermənilərin keçirdiyi təlimin görüntülərini yaydı - Video 17:50 | Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır 17:36 | Yevlaxda qəbiristanlıqda yanğın olub 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər 16:43 | Abşeronda dava - jurnalist xəsarət aldı - FOTO 16:25 | 3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı 16:08 | Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib” 12:39 | Mişel Platini həbs olunub 12:19 | Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi 11:59 | Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi 11:47 | Fədayə Laçının heç yerdə olmayan videosu yayıldı 11:33 | Bakıda lombarda saxta qızıl verdilər 11:20 | Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi 10:51 | Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov 10:35 | 8 nəfərin güllələndiyi qan davasının - Təfərrüatı 15:51 | Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib 15:25 | Ağstafadakı kütləvi qətlin təfərrüatı məlum oldu - Şok detallar 14:02 | Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb 13:31 | Yazdığı statusa görə Yazıçılar Birliyindən çıxarıldı - QALMAQAL 13:10 | Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib 12:52 | Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü, digərləri isə... - Azərbaycanda dəhşətli hadisə (yeniləndi)