Qaynarxətt: (+99470) 997 11 77
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
17-05-2019, 17:41 Oxunub: 26

Vətəndaşlarımız əcnəbilərlə ailə qurmağa niyə maraqlıdır? - Sosioloqdan açıqlama

Vətəndaşlarımız əcnəbilərlə ailə qurmağa niyə maraqlıdır? - Sosioloqdan açıqlama
 

Əvvəllər ölkəmizdə ailə həyatı qurmaq istəyən insanlar əcnəbilərlə nikaha soyuq yanaşırdılar.

Son 20-30 il ərzində isə beynəlmiləl ailə qurmağa meyl edən vətəndaşlarımızın sayı çoxalıb.

"Sağlam Toplum" İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı Redaktor.az-a açıqlamasında əsas səbəbin oğlanlarımızın ifrat qısqanclığı və psixoloji təzyiqi ilə bağlı olduğunu bildirib:

"Əcnəbilərlə nigaha dövrün tələbi, iqtisadi problemlər və ya psixoloji amillər təsir edir. Xarici vətəndaşla nikaha girən azərbaycanlılar arasında oğlanlara nisbətən qızların sayı çoxluq təşkil edir. Qızlarımız xüsusən də Türkiyə vətəndaşları ilə ailə qurmaqda maraqlıdır. Eyni zamanda, Rusiya vətəndaşı ilə ailə quran gənclərimizin də sayı çoxdur. Bəzən qızlarımız daha artıq sərbəstlik axtarışında olduqları üçün bu yolu seçirlər.

İndiki gənclər azadruhlu olmağa önəm verirlər

Gənclərimiz ailədə qadağalarla üzləşmək istəmirlər. Sərbəstliyə önəm verən bu gənclər həyat yoldaşından asılı olmaq istəmir. Halbuki insan ailə qurandan sonra "mən” anlayışı ikinci plana keçir. Evliliyin əsas öhdəliklərindən biri atdığın addımı həyat yoldaşınla bölüşməkdir.

"Əcnəbidən gəlin olmaz” deyimi çox yanlışdır

Əncəbilərlə ailə qurmağın demoqrafik göstəricilərə mənfi təsiri yoxdur. Bir çox valideynlər nikah məsələsində mədəniyyətlərin, adət-ənənələrin fərqliliyini önə çəkir və nikaha razılıq vermirlər. Bu düşüncə doğru deyil. Əncəbilərlə ailə quran kifayət qədər vətəndaşlarımız var ki, fərqliliyə adaptasiya ola biliblər.  

Əcnəbilərlə ailə quran gənclərimiz diqqətli olmalıdır

İnsan alveri baxımından gənclərimiz nikah bağlamadan öncə yaxşı düşünməlidirlər. Ölkədən çıxmadan öncə, rəsmi nikah bağlanmalı  və getdikləri ölkədə nikaha düşməlidirlər. Hər iki dövlət onları ailə kimi tanıdıqdan sonra risk halları azalır. Sırf dini kəbinə arxayın olmaq düzgün deyil. Çünki rəsmi nikahın olmaması deportasiya kimi hallara yol aça bilər”.

Qeyd edək ki, 2019-cu ilin 2 ayı ərzində azərbaycanlılarla  xarici ölkə vətəndaşları arasında 274 nikah bağlanıb.


XƏBƏR LENTİ
18:05 | Müdafiə Nazirliyi ermənilərin keçirdiyi təlimin görüntülərini yaydı - Video 17:50 | Paşinyan Aprel döyüşlərinin məğlub generallarını orduya qaytarır 17:36 | Yevlaxda qəbiristanlıqda yanğın olub 17:14 | Sabah dollar neçəyə olacaq? 17:00 | Azərbaycanlı və gürcü ekspertlər Keşikçidağ məbəd kompleksinə gedəcəklər 16:43 | Abşeronda dava - jurnalist xəsarət aldı - FOTO 16:25 | 3 uşaq anasını qaçırıb vəhşicəsinə öldürdülər - Səfirlik işə qarışdı 16:08 | Zakir Həsənov: “Şəhid mayor mənim əmrimi icra edib” 12:39 | Mişel Platini həbs olunub 12:19 | Son dəqiqə: sərhəddə partlayış, zəlzələ meydana gəldi 11:59 | Əflatun Amaşov qəzet və jurnallarla bağlı təklif verdi 11:47 | Fədayə Laçının heç yerdə olmayan videosu yayıldı 11:33 | Bakıda lombarda saxta qızıl verdilər 11:20 | Azərbaycanlı miqrantlar Yunanıstana keçə bilmədi 10:51 | Ermənilər çalışırlar ki, nəsə etsinlər, ancaq biz buna imkan verməməliyik - Zakir Həsənov 10:35 | 8 nəfərin güllələndiyi qan davasının - Təfərrüatı 15:51 | Gürcüstan prezidentinin sarayı qarşısında “kartof aksiyası” keçirilib 15:25 | Ağstafadakı kütləvi qətlin təfərrüatı məlum oldu - Şok detallar 14:02 | Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb 13:31 | Yazdığı statusa görə Yazıçılar Birliyindən çıxarıldı - QALMAQAL 13:10 | Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib 12:52 | Bazara girib 8 nəfəri güllələdi, 4-ü öldü, digərləri isə... - Azərbaycanda dəhşətli hadisə (yeniləndi)