Qaynarxətt: (+99470) 997 11 77
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
15-05-2019, 11:37 Oxunub: 56

Bu gün Xalq artisti Tariyel Qasımovun 80 yaşı tamam olur

 

Bu gün Xalq artisti Tariyel Qasımovun 80 yaşı tamam olur

 

 
Azərbaycanın görkəmli sənətkarı Tariyel İsgəndər oğlu Qasımov 4 fevral 1939-cu ildə Ağstafanın Köçəsgər kəndində anadan olub. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olunub. Bədən Tərbiyəsi İnstitutunda təhsil aldığı zaman Lütfi Məmmədbəyovun dram dərnəyinə getməyə başlayıb. İkinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında tamaşada rol alıb. Teatr müdriyyətinin məktubu ilə 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə - Rza Təhmasibin kursuna qəbul olunub. Üçüncü kursda ikən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabr ayının 1-dən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. İki il GTT-da işlədikdən sonra Naxçıvan Dövlət Musiqli Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdıb. 1997-ci ildən Qazax Dövlət Dram Teatrına bədii rəhbər və direktor göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Azərbaycanfilmdən başqa Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm, DEFA (Almaniya) studiyalarında filmlərə çəkilib: "Rüstəm və Söhrab” (1969-1971, Tacikfilm, 3 seriyalı, rej: Boris Kimyagərov), "Qızıl rəngi” (1975, Türkmənfilm), "Çilidə gecə” (1982, Mosfilm), "Əlvida, yaşıl yay” (1983, Özbəkfilm), "Həyatın mənası” (1983, Özbəkfilm, 2 seriyalı), "Odlu yollarla” (1981-1983, Özbəkfilm, 17 seriyalı), "Sahib” (1983, Özbəkfilm), "Sonya raport verir” (1983, 2 seriyalı), və s. kimi bir çox ölməz filmlərdə müxtəlif rollar  alıb. Son günlərdə sənətkara 80 illik yubleyi ilə bağlı təşkil olunmuş tədbir keçirildi. Olduqca maraqlı keçən tədbirdə sənətkarın ömür yolunda oynadığı rolların müzakirələri aparıldı.  Bu  yaxınlarda sənətkar tərəfindən yeni bir tamaşasına  dəvət aldım. " Sarıköynəklə Valehin nağılı" adlı tamaşa da Taryel Qasımovun  özünəməxsus ifasında çox baxımlı və maraqlı idi. Biz http://xeberekspress.az/ saytı olaraq sənətkara uzun ömür, can sağlığı arzulayır, işlərində uğurlar  diləyirik...
 

Bu gün Xalq artisti Tariyel Qasımovun 80 yaşı tamam olur

 


XƏBƏR LENTİ
12:56 | Mehriban Əliyeva və qızı Leyla Əliyeva ziyarətgahda - FOTOLAR 12:32 | 70-ə yaxın kənd İŞIQSIZ QALDI 12:14 | Dadaşovun komandası 3-cü oldu 11:37 | Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 42% artırıb 11:17 | “Harda müxalif gördünüz tüpürün üzünə” - Rektorla bağlı ŞOK İDDİA : 11:04 | Ermənistan QARIŞDI: məhkəmə binaları xalq tərəfindən tutuldu 10:40 | 42 yaşlı döyüşçü intihar edib - Özünü yandırdı 10:27 | DİM XƏBƏRDARLIQ etdi 10:14 | ABŞ üzr istədi 09:55 | Atəşkəs rejimini 21 dəfə pozub 03:30 | Suma Tapdıqova:Mənə qarşı haqsızlığ edən müsüflərdən Mehriban xanıma müraciət edirəm 20:15 | Prezident yeni SƏRƏNCAM imzaladı 20:11 | Millət vəkili bu qurumu darmadağın etdi: "Hiyləgər Bakı Nəqliyyat Agentliyi..." 20:09 | Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO 20:05 | Azərbaycana gələn turistlərin sayı açıqlandı 20:01 | Azərbaycan BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək 13:43 | Ərdoğan son NÖQTƏNİ QOYDU: S-400 razılaşması... 13:26 | Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? - TƏHLİL 13:06 | Bazar gününün havası açıqlanıb 12:36 | Azərbaycan nefti 1% ucuzlaşıb 12:10 | Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək - GƏLİŞMƏ 11:53 | Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl