Qaynarxətt: (+99470) 997 11 77
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
15-05-2019, 11:27 Oxunub: 32

DƏYƏRLİ SƏNƏTKARIMIZ ƏJDƏR HƏMIDOVUN 40 İLLİK YARADICILIGI.

 

DƏYƏRLİ SƏNƏTKARIMIZ ƏJDƏR HƏMIDOVUN 40 İLLİK YARADICILIGI.

 

 
Dəyərli sənətkarımız Əjdər Həmidov 14 avqust 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilən Ə.Həmidov bu teatrın səhnəsində bir sıra maraqlı rollar oynamışdır.

Onun Vəzir ("Lənkəran xanının vəziri" M.F.Axundov), ("Tamahkar" S.S.Axundov), Milis ("Bəxt üzüyü" V.Səmədoğlu), Məlik ("Adamın adamı" Anar), Sərsəri ("Bütün Şərq bilsin" N.Həsənzadə), Dursunəli ("Dursunəli və ballıbadı" S.M.Qənizadə) və s. kimi obrazları tamaşaçı rəğbəti qazanmışdır.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilmişdir. Bu illər ərzində o, Şeytan ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), 1-ci kafir ("Burlaxatun" N.Xəzri), Daşdəmir ("Bu dünyanın adamları" Hidayət), Vanya Koxa ("Hökmdar və qızı" İ.Əfəndiyev), Məşədi Oruc ("Ölülər" C.Məmmədquluzadə), Şou-Zəli ("Hələ "sevirəm" deməmişdilər…" R.Novruz), Dito ("Kaş araba aşmayaydı" O. İoseliani) kimi müxtəlif janrlı obrazlar yaratmışdır.

Aktyor "Azərbaycanfilm"in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaratmışdır. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirmişdir. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirmişdir.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə  Prezident Mükafatına layiq görülmüşdür.                                                                                                             14.05.2019-cu ildə sənətkarın yaradıcılığının 40 illiyi ilə bağlı  İTV kanalında çox gözəl  proqram  hazırlanmışdır. Dəvət olunmuş qonaqlar sənətkarın həyat və yaradıcılığında yadda qalan ən maraqlı epizodları xatırlayıb, nostalji hislər yaşadılar. Rəngarəng keçən proqramda sənətkarın sənətçi dostları bir - birindən maraqlı söhbətlər etdilər. Biz də http://xeberekspress.az/ ailəsi adından dəyərli sənətkarımız 40 illik yaradıcılığı haqqında  təşkil olunmuş  proqramda yaşadığımız  maraqlı günü sizlərlə  bölüşməyi özümüzə borc bildik.

DƏYƏRLİ SƏNƏTKARIMIZ ƏJDƏR HƏMIDOVUN 40 İLLİK YARADICILIGI.

 


XƏBƏR LENTİ
12:56 | Mehriban Əliyeva və qızı Leyla Əliyeva ziyarətgahda - FOTOLAR 12:32 | 70-ə yaxın kənd İŞIQSIZ QALDI 12:14 | Dadaşovun komandası 3-cü oldu 11:37 | Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 42% artırıb 11:17 | “Harda müxalif gördünüz tüpürün üzünə” - Rektorla bağlı ŞOK İDDİA : 11:04 | Ermənistan QARIŞDI: məhkəmə binaları xalq tərəfindən tutuldu 10:40 | 42 yaşlı döyüşçü intihar edib - Özünü yandırdı 10:27 | DİM XƏBƏRDARLIQ etdi 10:14 | ABŞ üzr istədi 09:55 | Atəşkəs rejimini 21 dəfə pozub 03:30 | Suma Tapdıqova:Mənə qarşı haqsızlığ edən müsüflərdən Mehriban xanıma müraciət edirəm 20:15 | Prezident yeni SƏRƏNCAM imzaladı 20:11 | Millət vəkili bu qurumu darmadağın etdi: "Hiyləgər Bakı Nəqliyyat Agentliyi..." 20:09 | Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO 20:05 | Azərbaycana gələn turistlərin sayı açıqlandı 20:01 | Azərbaycan BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək 13:43 | Ərdoğan son NÖQTƏNİ QOYDU: S-400 razılaşması... 13:26 | Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? - TƏHLİL 13:06 | Bazar gününün havası açıqlanıb 12:36 | Azərbaycan nefti 1% ucuzlaşıb 12:10 | Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək - GƏLİŞMƏ 11:53 | Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl