Qaynarxətt: (+99470) 997 11 77
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
14-05-2019, 15:00 Oxunub: 10

Döyülən, söyülən kişilər... - Ötən il 300-dən çox kişi zorakılığa məruz qalıb

Döyülən, söyülən kişilər... - Ötən il 300-dən çox kişi zorakılığa məruz qalıb
 

Son zamanlar "kişilərə qarşı məişət zorakılığı” ifadəsi ilə tez-tez rastlaşırıq.

Məişət zorakılığına qadınlarla yanaşı, kişilər də məruz qalır. Hətta ailədəki təzyiqlərə və söz-söhbətlərə dözə bilməyib, intihar edən kişilər də az deyil.

Maraqlıdır, kişilərin məişət zorakılığına məruz qalmasının səbəbi nədir?     

Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Redaktor.az-a açıqlamasında bildirib ki, ölkəmizdə məişət zorakılığına qarşı qanun bazası var:

"Məişət zorakılığı əsasən ailə-məişət zəminində baş verir. 2010-cu ildə məişət zorakılığının qarşısının alınması barədə qanun qəbul olunub. Qanunun əsas məqsədi məişət zorakılığı zəminində baş verən hadisələrin qarşısını almaqdır. Eyni zamanda, bu qanunda  zorakılıq zamanı zərərçəkən şəxsin sosial mühafizəsini təmin etmək əsas götürülüb. Ümumilikdə məişət zorakılığının cinayət xarakterli olan və cinayət xarakterli olmayan halları var. Cinayət xarakterli əmələ yol verilibsə, zərərə uyğun müvafiq cəzalar tətbiq olunur.

Məişət zorakılığına məruz qalan şəxslər üçün mühafizə ordeni var

Mühafizə ordeni - məişət zorakılığı törətmiş şəxsin zorakılıq tətbiq etdiyi fiziki şəxsə qarşı törədə biləcəyi  maneələrin qarşısını alan məhkəmə aktıdır. Mühafizə ordeni qısa və ya uzunmüddətli verilə bilər. Qısamüddətli mühafizə ordeni 30 günlükdür. Uzunmüddətli mühafizə ordeni isə 30 gündən 180 günə qədər şamil olunur. Mühafizə ordeni olan şəxsin təhlükəsizliyi təmin edilir. Zorakılıq tətbiq edən insanın həmin şəxsə yaxınlaşmasına və ya əlaqə qurmasına şərait yaradılmır. Yetkinlik yaşına çatmayan uşaqlar isə  müvafiq sığınacaqlara yerləşdirilir".

Hüquqşünas onu da vurğulayıb ki, məişət zorakılığı ilə məhkəməyə müraciət edən kişilər olub. Onlar əsasən döyülmə, söyülmə, əzab verilməsi və s. hallardan şikayət ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin eksperti Rahil Süleymanzadə açıqlamasında bildirib ki, məişət zorakılığının artmasına bir sıra səbəblər təsir edir:

"Məişət zorakılığı fonunda qəsdən adamöldürmə, adamöldürməyə cəhd, özünü öldürmək həddinə çatmaq və s. kimi hallar yaşanır. Bu neqativ halın qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Məişət zorakılığının 9.2% yetkinlik yaşına çatmayan uşaqlara, 3.2% yaşlı insanlara, 1.1% isə 25-45 yaşarası kişilərə qarşı törədilib”.

Qurum rəsmisi bildirib ki, məişət zorakılığının qarşısının alınması üçün müxtəlif tədbirlər həyata keçirilir:

"2000-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "Məişət zorakılığının qarşısının alınması üçün haqqında” qanun qəbul olunmuşdu. 2011-2012-ci illərdə isə qanunun icra mexanizmləri Nazirlər Kabineti tərəfindən qəbul olunmuşdu. Həmin qanunun tətbiqi indiyə qədər icra olunur. 2015-ci ildə yerli icra hakimiyyəti orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları  yaradıldı. Hər bir rayonda yaradılmış monitorinq qrupunun iclaslarında komitənin nümayəndələri də iştirak edir və baş verən zorakılıq hallarına qarşı birbaşa reaksiya verilir.

Məişət zorakılığına məruz qalan insanlar ciddi nəzarətə götürülür

Şəxs gender əsaslı zorakılığa məruz qalırsa, həmin şəxs sığınacaqlarda yerləşdirilir və dərhal mühafizə ordeni ilə təmin edilir. Məişət zorakılığı ilə bağlı müraciət edən şəxs xəsarət alıbsa, ilkin olaraq Səhiyyə Nazirliyinə müraciət olunur. Daha sonra həmin şəxsin sosial vəziyyəti ilə bağlı araşdırmalar  aparılır. Ehityac varsa,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunur. Eyni zamanda, baş vermiş hadisə ilə bağlı lazımlı tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanları ilə əlaqə saxlanılır. Həmçinin, şəxsin mənəvi və psixoloji vəziyyəti tam yaxşılaşana kimi sosial iş aparılır. Şəxs ərazi polis şöbəsində profilaktik qeydiyyata götürülür və daim nəzarətdə saxlanılır”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən il 300-dən çox kişi məişət zorakılığına məruz qalıb.


XƏBƏR LENTİ
12:56 | Mehriban Əliyeva və qızı Leyla Əliyeva ziyarətgahda - FOTOLAR 12:32 | 70-ə yaxın kənd İŞIQSIZ QALDI 12:14 | Dadaşovun komandası 3-cü oldu 11:37 | Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 42% artırıb 11:17 | “Harda müxalif gördünüz tüpürün üzünə” - Rektorla bağlı ŞOK İDDİA : 11:04 | Ermənistan QARIŞDI: məhkəmə binaları xalq tərəfindən tutuldu 10:40 | 42 yaşlı döyüşçü intihar edib - Özünü yandırdı 10:27 | DİM XƏBƏRDARLIQ etdi 10:14 | ABŞ üzr istədi 09:55 | Atəşkəs rejimini 21 dəfə pozub 03:30 | Suma Tapdıqova:Mənə qarşı haqsızlığ edən müsüflərdən Mehriban xanıma müraciət edirəm 20:15 | Prezident yeni SƏRƏNCAM imzaladı 20:11 | Millət vəkili bu qurumu darmadağın etdi: "Hiyləgər Bakı Nəqliyyat Agentliyi..." 20:09 | Əmlakımızı cinayətkar qəsdlərdən necə qorumalı? - VİDEO 20:05 | Azərbaycana gələn turistlərin sayı açıqlandı 20:01 | Azərbaycan BMT-yə gender məsələsi ilə bağlı hesabat təqdim edəcək 13:43 | Ərdoğan son NÖQTƏNİ QOYDU: S-400 razılaşması... 13:26 | Azərbaycan və Avropa İttifaqı arasında saziş niyə imzalanmır? - TƏHLİL 13:06 | Bazar gününün havası açıqlanıb 12:36 | Azərbaycan nefti 1% ucuzlaşıb 12:10 | Nikol “xristian kartını” aktivləşdirir: Qarabağa İŞİD-çilər gələcək - GƏLİŞMƏ 11:53 | Dayı bacısı qızını qaçıran 20 yaşlı gəncin boğazını kəsdi — Gəncədə DƏHŞƏTLİ qətl