Qaynarxətt: (+99470) 997 11 77
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
14-05-2019, 10:53 Oxunub: 26

Sumqayıtda ər arvadını iş yerində bıçaqladı — TƏFƏRRÜAT

Sumqayıtda ər arvadını iş yerində bıçaqladı — TƏFƏRRÜAT
 
Sumqayıt şəhərində əri tərəfindən bıçaqlanan qadın xəstəxanada vəfat edib.

Xeberekspress.az xəbər verir ki, mayın 3-də şəhərin Nəriman Nərimanov küçəsində yerləşən mərkəzi bazarda 1972-ci il təvüllüdlü Əmənova Gülnaz Saməddin qızı həyat yoldaşı tərəfindən bıçaqlanıb. Kişi daha sonra bıçaqla özünə də xəsarətlər yetirib. Onların ikisi də xəstəxanaya yerləşdirilib.
Lakin G.Əmənova ötən gecə vəfat edib.

Qeyd edək ki, hadisədən əvvəl əri ilə dalaşan qadın acıq edərək atası evinə gedib. Bundan sonra həyat yoldaşı onun ticarət mərkəzində işlədiyi eynək dükanına gəlib. O, evdən gedən xanımını iş yerində bıçaqlayıb.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb.(olke..az)