Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
30-04-2019, 17:44 Oxunub: 101

Orta məktəb müəllimi oğurlandı – AZƏRBAYCANDA ŞOK OLAY

Orta məktəb müəllimi oğurlandı – AZƏRBAYCANDA ŞOK OLAY
 
Azərbaycanda adam oğurluğunda təqsirli bilinən 1991-ci il təvəllüdlü Lənkəran şəhər sakini Ruslan Məcidzadə və 1970-ci il təvəllüdlü Yevlax rayon sakini Vasif Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xeberekspress.az teleqraf.com-a istinadən xəbər verir ki, Ruslan Məcidzadə və Vasif Hüseynov cinayət işi ayrı icraatda araşdırılan şəxslərlə 21 fevral 2017-ci il tarixdə Beyləqan rayonunun Eyvazalılar kənd sakini Əsmər Abbasovanın oğurlanması ilə bağlı razılığa gəliblər. Onlar bununla Ağdam rayon Prokurorluğunda ibtidai istintaqı aparılan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsinə nail olmaq istəyiblər.

Müəyyən pul mükafatı müqabilində Əsmər Abbasovanı təkrar oğurlayaraq Eldəniz Mehdiyevlə bir müddət gizli ər-arvad münasibətlərində yaşatmaq, təqsirləndirlən şəxslər barəsində şikayət və tələbinin olmadığını təsdiqləyən ərizə almaq, ərizəni hüquq-mühafizə orqanlarına göndərməsini təmin etmək barədə sövdələşiblər.

Ruslan Məcidzadə və Vasif Hüseynov mütəşəkkil dəstənin digər üzvlərinin sifarişi ilə 29 may 2017-ci il tarixdə "Mercedes-Benz” markalı avtomobillə Lənkəran şəhərindən Beyləqan rayonuna gəliblər.

Əsmər Abbasovanın yaşadığı Beyləqan rayonunun Eyvazalılar kəndinin girəcəyinə yaxınlaşıblar. Orada Əsmərin evdən çıxıb məktəbə getməsini gözləyiblər.

Əsmər Abbasova evdən çıxıb, piyada məktəbə doğru getdikdə dəstə üzvləri onun arxasınca hərəkət ediblər, zorla onu avtomobilə mindiriblər.

Adam oğruları müəlliməni Ağcabədi rayonuna gətiriblər.

Əsmər Abbasovanı həmin yerdə gözləyən Elxan Abzarovun idarə etdiyi "KİA RİO” markalı avtomobilə mindiriblər, Vasif Hüseynovun qohumuna məxsus, həmin vaxt heç kimin yaşamadığı Yevlax şəhərindəki evə aparıblar.
 

Əsmər Abbasovanı Eldəniz Mehdiyevə təhvil verib, bunun müqabilində qrupun digər üzvündən hər birinə 795 manat alıblar.

İstintaq orqanı tərəfindən Ruslan Məcidzadə və Vasif Hüseynovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu) və 144.2.6-cı (tamah məqsədi ilə və ya sifarişlə adam oğurluğu törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Asim Hacıyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmənin hökmü ilə Ruslan Məcidzadə və Vasif Hüseynovun hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyiblər.

Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Apelyasiya şikayətləri təmin olunub.

Ruslan Məcidzadənin cəzası 10 aya, Vasif Hüseynovun cəzası isə 4 aya qədər endirilib.

Qeyd edək ki, mütəşəkkil dəstənin digər üzvlərinin barəsində olan cinayət işi ayrıca icraatda araşdırılıb.
XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI