Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
27-04-2019, 14:13 Oxunub: 59

Bakının intensivləşən müharibə tədarükü... - GƏLİŞMƏ

Bakının intensivləşən müharibə tədarükü... - GƏLİŞMƏ
 
Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən ordumuzun şəxsi heyətinin xidmət, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, habelə nazirliyin digər rəhbər heyəti dünən cəbhəboyu zonada tikilməkdə olan hərbi hissələrdə olublar.

Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o sırada qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.

*****

Şübhə yox ki, bütün bunlar, o cümlədən modern silahların və döyüş sistemlərinin alınmaqda davam eləməsi ilə paralel yeni, modern hərbi hissələrin qurulması ən əvvəl Azərbaycan Ordusunun döyüş qabiliyyətini və düşmən üzərində əzici hərb üstünlüyü daha da artırmaq, müharibə zamanı qələbəmizi qaçılmaz eləmək məramı güdür; əsgər və zabitlərimizin arxa cəbhə sarıdan, öz ailələrindən arxayın olub vəzifəsini layiqincə yerinə yetirməsinə hesablanıb.

Azərbaycan sözsüz ki, müharibə istəmir, hədəfi də müharibə yox, ərazilərimizin işğaldan azad olunmasıdır. Ermənistan buna dinc yolla razılıq verəcəksə, şübhəsiz ki, müharibə də olmayacaq. Ancaq məşhur deyimdəki kimi, "sülh istəyən gərək savaşa hazır olsun”. Azərbaycan öz hərbi qüdrətini durmadan həm də ona görə artırır ki, işğalçı tərəf müharibənin yalnız birinci mərhələsinin bitdiyini, hərbi savaş variantında onu nələrin gözlədiyini yaxşı-yaxşı hesablasın və "daşı ətəyindən” töksün. Qardaş Türkiyə ilə Azərbaycanın bir neçə gün sonra (1-4 may) başlayacaq növbəti ortaq hərbi təlimində də hədəf eynidir...

******

Bu arada Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün Vaşinqton şəhərində keçiriləcəyi haqda məlumat ciddiləşib. Belə ki, jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarovla növbəti görüşün Vaşinqtonda keçiriləcəyini istisna etməyib.

"Paris və Moskvada görüşlər keçirdik. Üçüncü görüş həqiqətən Vaşinqtonda keçirilə bilərmi? Əlbəttə. Bu görüşə hazırıq. Sonrakı mərhələ olmalıdır”. Nazirin sözlərinə görə, bununla bağlı ABŞ-dan təsdiq cavabı gözlədiklərini bildirib.

Xatırladaq ki, az öncə Elmar Məmmədyarov ABŞ dövlət katibi Mayk Pompeonun görüş təklifi ilə çıxış elədiyini bildirmişdi. O da maraqlıdır ki, Vaşinqtondakı Analitik Şuranın "Avrasiya” mərkəzinin direktoru, Amerika hökumətində və siyasi dairələrində mühüm əlaqələrə malik ekspert Con Herbst bir neçə gün öncə bu mövzuda erməni KİV-ə danışarkən demişdi ki, ABŞ Rusiyanın təklif elədiyi "Lavrov planı”nı dəstəkləməyə hazırlaşmır. Yəni belə qənaət hasil olur ki, ABŞ-ın Qarabağa dair öz həll planı var. Ekspert çevrələrində bunu qeyri-formal olaraq, "Bolton planı” da adlandırırlar.

Bundan əlavə, təxminən eyni gündə nüfuzlu "Washington Times” qəzetində Nikol Paşinyan hakimiyyətinin həm rusiyayönlü xarici siyasət kursunu, həm də Qarabağla bağlı indiki mövqeyini sərt tənqid edən məqalə dərc edilmiş, məqalədə yeni müharibədən Ermənistanın qalib çıxa bilməyəcəyi, onun böyük bədbəxtliklərə və iqtisadi fəlakətlə üzləşəcəyi barədə xəbərdarlıq yer almışdı.

"Ermənistan ona qonşu dövlətlərin malik olduğu nailiyyətlər və tərəqqidən məhrum qalan, dünyada ən kasıb ölkələrdən biridir. Nə qədər dəstəklənirsə-dəstəklənsin, Ermənistan ABŞ-ın nə dostu, nə də müttəfiqi sayılır və onunla eyni dəyərləri paylaşmır. Müharibə nəticəsində Ermənistan Rusiyanın vassalına çevrilərək dünya arenasında Kremli dəstəkləyir və İranla sıx əlaqələr qurmaqdadır”. Bu da həmin məqaləndəndir.

Bu mənada Vaşinqton görüşündə ABŞ-ın İrəvana verəcəyi əsas mesajı təxmin eləmək çətin deyil... 

*****

Zatən blokada rejimində olan Ermənistan müharibəsiz də çökür. Özü də proses Nikol Paşnyan dönəmində heç də səngiməyib, əksinə, sürətlənib. Neqativ prosesin başqa bir nəticəsi kimi, ölkənin xarici borclarının artmasını qeyd eləmək olar.

Daha bir "isti” fakt: cari ilin ilk rübündə (Paşinyan dönəmi) Ermənistanın xarici ticarət dövriyyəsi 5% azalıb. Məlumatı "Joxovurd” qəzeti yayıb (axar.az). Bildirilir ki, bu ilin ilk rübündə xarici ticarət dövriyyəsi 1,6 milyard dollar təşkil edib. Ölkənin ixracı 8,6%, idxalı isə 3,1% azalıb. Ümumilikdə ixrac idxaldan iki dəfə az olub. Belə ki, ölkənin idxalatı 1,085 milyard dollar, ixracatı isə 543 milyon dollar təşkil edib.

Bu rəqəmlər Azərbaycanla Çin nəhəngləri arasında Pekində təkcə srağagün imzalanan, 1 milyard dollara yaxın həcmində yeni ticarət müqavilələri və "Bir kəmər, bir yol” konfransı çərçivəsində iri birgə layihə ilə bağlı imzalanmış strateji əməkdaşlıq saziş fonunda xüsusilə ibrətamiz görünür. Pekində prezident İlham Əliyevlə görüş zamanı isə Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 2018-ci ildə 14% artaraq, 2,5 milyard dollara çatdığını söyləyib. Kreml başçısı bu ilin avqustunda Moskvada Rusiya-İran-Azərbaycan sammitinin keçiriləcəyini də bildirib.

Göründüyü kimi, Azərbaycan Ermənistanın 1 nömrəli müttəfiqi ilə belə, daha sıx iqtisadi əlaqələrə malikdir, nəinki onun özü. Səbəblər qaranlıq deyil. Bir şeyi xüsusi qeyd edək ki, Qarabağ problemi yoluna qoyulmayınca, beynəlxalq sulara çıxışdan məhrum "izqoy” Ermənistan heç bir dövlət və xarici sərmayədar üçün iqtisadi önəm kəsb etməyəcək. Hətta müttəfiq Rusiya üçün də...
"Yeni Müsavat” 
XƏBƏR LENTİ
23:00 | Sumqayıtda polisin "sarı zolaq" ovu - VİDEO 19:20 | Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı 19:00 | Türkiyədə avtobus aşdı, ölən və yaralananlar var 18:40 | Keçmiş arvadı uşaqlarını görməyə icazə vermədi, üzünə turşu ataraq onu kor etdi 18:20 | Vilayət Eyvazovdan - YENİ TƏYİNATLAR 18:04 | Qız tərəfi oğlan evini güllələdi - Xına gecəsində silahlı münaqişə 12:47 | “Əhali bilsin ki, 40 manatdan baha bal olmur” - Arıçı təbii balın sirlərini AÇDI 12:19 | Bakıda baş verən qəzada 8 yaşlı uşaq ölüb 12:12 | Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO 12:09 | Elnarə Xəlilovaya VƏZİFƏ VERİLDİ 12:04 | Azərbaycanda qadın əməliyyatdan 1 saat sonra öldü 10:49 | Bakıda avtobus sürücüləri arasında dava düşüb 10:44 | Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VIDEO 10:37 | DSMF-Nın Gədəbəy Rayon Şöbəsi Ilə Bağlı Yayılan Məlumat Təstiqini Tapmadı – Araşdırma 10:27 | İstirahət günlərinin havası AÇIQLANDI 10:22 | Məsciddə partlayış - 5 ölü, 15 yaralı 10:19 | Ermənilər cəbhədə snayperləri işə saldı 22:56 | Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib 22:53 | Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib 22:50 | Tərtərdə traktor qaz kəmərini zədələyib 22:46 | Putin sərnişin təyyarəsini qarğıdalı sahəsinə endirən pilotlara “Rusiya Qəhrəmanı” adını verib 22:44 | Audio 56 yaşlı kişi sirkə turşusu içib intihar etdi