Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
25-04-2019, 15:36 Oxunub: 107

“Sevda ilə anası o kişinin marketində işləyib”

“Sevda ilə anası o kişinin marketində işləyib”
 
Müğənni Sevda Yahyayeva ögey atasının səsləndirdiyi ittihamlara cavab verib. Sənətçinin 11 illik prodüseri Pərviz Əsgərov "Qafqazinfo”ya açıqlama verərək məsələyə aydınlıq gətirib. Prodüser həmin şəxsin "Səni axtarıram” proqramında yalan danışdığını qeyd edib:
"O, iddia edir ki, Sevda Yahyayevanı "Yeni ulduz” müsabiqəsinə 15 həftə aparıb. Bu, yalan söhbətdir. Sevda xanım müsabiqə dövründə metro və avtobusdan istifadə edərək çəkilişlərə özü gedib-gəlib. Bunu sözügedən müsabiqənin əməkdaşları, iştirakçılarından öyrənə bilərsiz. Sadəcə olaraq həmin şəxs efirdə özünü elə təqdim edir ki, guya Sevda xanım üzərinə böyük əməyi var, lakin qarşı tərəf onu axtarmır. 

11 il Sevda xanımla çalışmışam. Bu insan 15 il əvvəl Qobuda market rəhbəri olub. Həmin mağazada Sevda xanımın anası satıcı kimi çalışırdı. Sevda isə məktəbdən çıxıb mağazada anasına kömək edirdi. Həmin adam qışın soyuq ayında belə mağazada soba işlətməyə icazə vermirdi. Sevdagil soyuq aylarda üşüyə-üşüyə çalışırdı. Sözüm ondandır ki, Sevda heç vaxt onun üzərinə qışqırmayıb, evindən qovmayıb. Belə bir şey necə ola bilər? Onun xasiyyətində belə şeylər yoxdur. Çıxıb efirdə deyir ki, evlərini təmir etmişəm, bu da yalandır”. 

Prodüser qeyd edib ki, Nuriyyə xanım (Sevdanın anası) həmin şəxslə evli olmayıb: "Sevdanın anası çox utancaq biridir, evinə qonaq gələn birinə utanaraq salam verir. Sevda da anasına bağlı bir insandır. Evə bağlı biridir, ana-bala bağlılığı var. O, iddia edir ki, Sevda anasını qulluqçu kimi saxlayır. Heç bir ana evində qulluqçu deyil. Müğənniyə şər-böhtan atmaq olmaz. Sevda deyir ki, mövzu barədə fikir bildirməyəcəm, onların Allahı və özü bilər. O insan Sevdanın anası ilə evli olmayıb, belə söhbət yoxdur. 12 ildir ki, Sevdanı tanıyıram, həmin adamı onlarda görməmişəm. Biz qonşu olmuşuq, ailəvi dostluğumuz var. Həyatım boyu həmin şəxsi tanımamışam”.
XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu