Qaynarxətt: (+99470) 997 11 77
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
25-04-2019, 15:16 Oxunub: 79

31 mindən yuxarı vətəndaş kompensasiyasını alıb - RƏSMİ

31 mindən yuxarı vətəndaş kompensasiyasını alıb - RƏSMİ
 
Problemli kreditlərin həlli ilə bağlı Prezident İlham Əliyevin 28 fevral tarixli fərmanı üzrə Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən "Azərpoçt" MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər. Bu gün artıq 4-cü iş günüdür ki, problemli kredit sahiblərinə kompensasiyaların ödənilməsinə başlanılıb. Son 3 günün statistikasına görə, 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb.

"Azərpoçt" MMC-dən  verilən məlumata görə, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri 3 gündə 8 milyon 444 min 073 manat 71 qəpik vəsaiti nağd formada əldə edib.

May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər. "Azərpoçt" MMC Bakı ərazisində və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.

Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.

Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt” MMC-yə müraciət etməlidirlər.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq. 45 minə yaxın vətəndaşın kompensasiyası 500 manatdan yuxarı olduğuna görə "Azərpoçt”un kartları vasitəsilə, 77 minə yaxın vətəndaş isə məbləği 500 manatdan aşağı olduğu üçün nağd şəkildə əldə edəcəklər. Problemli kreditli vətəndaşlar və onlara ödəniləcək kompensasiya barədə bütün məlumatlar "Azərpoçt” MMC-yə işin əsas icraçısı olan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ötürülüb. "Azərpoçt” MMC-nin rəsmi internet səhifəsində azerpost.az-da "Problemli kreditinzə düşən kompensasiya haqqında məlumat” bölməsindən də kompensasiyasını nağd və kart vasitəsilə alacaq vətəndaşlarla bağlı bütün məlumatlar yerləşdirilib.

Vətəndaş Azərpoçtun saytı vasitəsilə məlumatları qeyd edərkən, onun kredit məbləği, kredit aldığı bank və ya BOKT, ona düşən kompensasiya haqda ətraflı məlumat ala bilir. Eyni zamanda onun kartını ala biləcəyi şöbə və ünvanı həmin məlumatlar arasında qeyd olunub. Daha sonra vətəndaş orda göstərilən poçt şöbəsinə şəxsiyyət vəsiqəsi və onun surəti ilə yaxınlaşıb, zəruri sənədlərə imza atır. Bu əməliyyatlar yerinə yetirildikdən sonra vətəndaşa plastik kart və PIN kod təqdim olunur. Qeyd olunan ödənişlər həyata keçirilərkən müştərilərin eyniləşdirilməsinə, sistemdə olan məlumatlarla müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatların üst-üstə düşməsinə ciddi diqqət yetiriləcək.

Eyni zamanda PIN kodlar və kartlar müştərilərə təqdim edilərkən reyestrdə imza etdiriləcək və şəxsiyyət vəsiqəsinin surəti alınaraq reyestrə əlavə olunacaq. Müştərilər nəinki "Azərpoçt”un bankomatlarında və post terminallarla təhciz olunan şöbələrində plastik kart vasitəsilə, eyni zamanda Millikart MMC tərəfindən şəbəkəyə daxil olan bütün ATM-lər vasitəsilə rüsum tutulmadan,yəni komissiyasız nağdlaşdırma əməliyyatı həyata keçirə biləcəklər. Millikart MMC-nin şəbəkəsində daxil olan ATM-lər ASB (Azərbaycan Sənaye Bankı), AccessBank, Bank Melli İran, Bank of Baku, ExpressBank, Gunay Bank, NaxçıvanBank, Unibank bankları daxildir.

Problemli kredit sahibi ölkədə yoxdursa və ya vəfat edibsə, ödəniş zamin tərəfindən edilibsə, eləcə də bu və ya digər müzakirəli məsələlərdə, yalnız Qanunvericiliklə nəzərdə tutulan hallarda varislik və ya etibarnamə ilə ödənişlər həyata keçirilə biləcək. Varisliyin təyin olunması və etibarnamənin verilməsi ilə bağlı yaranan problemlərin həll olunması "Azərpoçt”un səlahiyyətində deyil. Problemli kreditlərin fiziki şəxslərə qaytarılması işində "Azərpoçt” MMC sadəcə icraçı tərəf kimi çıxış edir.

"Azərpoçt” MMC tərəfindən problemli kreditlərin ödənilməsilə bağlı göstərilən xidmətlər pulsuz həyata keçiriləcək.
XƏBƏR LENTİ
15:26 | İmkanlı şəxslərə müraciyyət 15:11 | İlham Əliyev Xələf Xələfovu təltif etdi 15:10 | Təcili olaraq işlənmiş video kolposkop alıram 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:07 | Zakir Həsənov yenə cəbhədə 15:02 | "Hakim “Leş Tofiq”ə bəraət qazandırsa, nə qədər ömrüm var onu biabır edəcəm..." 14:58 | Sabahın hava PROQNOZU: yağış, sulu qar, qar... 14:54 | Prezident icra başçısını ordenlə təltif etdi 14:47 | Tarixdə bu gün 21 sentyabr Sülh günü kimi qeyd edilir. 11:51 | “Başqa dildə olan məhsulların Azərbaycanda satılması əhali üçün təhlükəlidir...” - QALMAQAL 11:36 | Şamaxıda kütləvi dava: - tərəfləri ayıran kişinin qulağını kəsdilər 11:17 | Kremlin KTMT planı: İkibaşlı oyun - TƏHLİL 11:04 | Bakının “Rus NATO-su”ndakı gizli adamı - İrəvanda təlaş 10:51 | Azərbaycandan Türkiyə limanları vasitəsilə yük daşımalarının həcmi AÇIQLANIB 23:00 | Qəribə dələduzluq: "Qızılları imkanlı şəxslərə satacam" - TƏFƏRRÜAT 22:30 | “İradə ilə Nuranın kaprizi insanı sənətindən küsdürür” 22:00 | Dolların sentyabrın 23-nə olan məzənnəsi açıqlanıb 21:40 | Bakıda polis əməkdaşını avtomobil vurub 21:20 | Vladimir Putin Qırğızıstan Prezidenti ilə görüşüb 21:06 | 200 milyon insanın həyatı TƏHLÜKƏDƏDİR - XƏBƏRDARLIQ 17:55 | Prezident Mehriban İmanovaya YÜKSƏK VƏZİFƏ VERDİ 17:46 | Zöhrə Ağamirova Olimpiadaya vəsiqə qazanan ilk azərbaycanlı idmançı oldu