Qaynarxətt: (+99470) 997 11 77
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
19-04-2019, 14:40 Oxunub: 26

Ərdoğan seçkilərlə bağlı səssizliyini pozdu: "Ağıl, vicdan..."

Ərdoğan seçkilərlə bağlı səssizliyini pozdu: "Ağıl, vicdan..."
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərindən sonra İstanbulla bağlı yaranan qalmaqal və müzakirələrə münasibət bildirib.

Publika.az xəbər verir ki, tvitter hesabından düşüncələrini bölüşən prezident hər kəsi müzakirələri sonlandırmağa çağırıb.

"Ölkəmizin qarşısında 4,5 illik planlarını arasıkəsilmədən həyata keçirmək kimi məqsədi var. Seçki müzakirələrini geridə qoyaraq iqtisadiyyat və təhlükəsizlik başda olmaqla, əsl gündəmimizə geri qayıtmalıyıq. Dövr qucaqlaşma, birlik və bərabərliyimizi pərçimləmək dövrüdür. Qayəmiz millətimizin rifahını yaxşılaşdırmaq, təhlükəsizlik və azadlıq balansını qoruyaraq dövlətimizə qarşı təhdidləri uzaqlaşdırmaqdır. Türkiyəni 2023-cü il hədəflərinə çatdırmaqdır. Terrorla mübarizəimizi qətiyyətlə davam etdirərkən ölkəmizin ehtiyacı olan islahatları həyata keçirməyə davam edəcəyik. Gücümüzü millətdən alaraq daim ortaq ağıla, vicdana, millətimizi bir araya gətirən ortaq dəyərlərə üstünlük verəcəyik. Kimsəni yadlaşdırmadan, uzaqlaşdırmadan siyasət yelpiyindəki hər kəslə TÜRKİYƏ ORTAQ MƏXRƏCİNDƏ görüşməyin mübarizəsini aparacağıq” -, Ərdoğan qeyd edib.

Qeyd edək ki, bələdiyyə seçkilərində Əkrəm İmamoğlunun kiçik fərqlə Binəli Yıldırıma qalib gəlməsi uzun müddət müzakirə və mübahisə mövzusu oldu. Partiyalar səslərin yenidən hesablanmasını tələb etmiş, hətta seçkilərin yenidən keçirilməsi ilə bağlı təkliflər irəli sürülürmüşdü. Bunun nəticəsində Əkrəm İmamoğluna bələdiyyə sədrliyi vəsiqəsi seçkidən 17 gün sonra verildi.