Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
17-04-2019, 16:20 Oxunub: 10

Təhsil naziri məktəb direktorlarına tapşırıq verib: "Hər bir şagirdinizi tanıyın!"

Təhsil naziri məktəb direktorlarına tapşırıq verib: "Hər bir şagirdinizi tanıyın!"
 

Aprelin 16-da təhsil naziri Ceyhun Bayramov Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan ONA-ya verilən məlumata görə, nazir görüşdə şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumi təhsil müəssisələrində olan mövcud vəziyyətin təhlil edilməsi, ümumilikdə bu sahədə aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.

Bununla yanaşı, məktəb rəhbərlərinə sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqlarını cəlb etməklə hər bir ümumtəhsil məktəbində həssas şagird qruplarının müəyyənləşdirilməsi və onlar barədə ətraflı məlumatın hazırlanması tapşırılıb, ümumtəhsil müəssisələrində baş verən fövqəladə hallarda təhsil nazirinin ”Xüsusi hallar barədə” 15 noyabr 2016-cı il tarixli əmrinin tələblərinə ciddi riayət edilməsi tələbi bir daha vurğulanıb.

 

 

Bu sahədə məlumatlandırma, maarifləndirmə, monitorinq proseslərinə ictimaiyyətin nümayəndələrinin, təhsil ekspertlərinin cəlb edilməsi, ümumtəhsil məktəblərində valideynlərin təlim-tərbiyə və idarəetmə proseslərində yaxından iştirakını nəzərdə tutan məktəb-valideyn komitələrinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlandığı qeyd olunub.   

Təhsil naziri "Məktəblinin dostu” layihəsinin əhatə dairəsinin yaxın aylarda əhəmiyyətli şəkildə genişləndirilməsi barədə də məlumat verib.

 

XƏBƏR LENTİ
14:41 | Sabah bu rayonlarda intensiv yağıntılar olacaq - XƏBƏRDARLIQ! 14:35 | Ağ Evin İrəvan uğrunda son savaşı... - GƏLİŞMƏ 14:25 | Niyam "batdı": İşçiləri maaşsız qalıb 14:16 | Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR 14:07 | Azərbaycanda nazir vəzifəsi böyüklə yazılacaq 12:12 | Hava nə vaxt isinəcək? 11:37 | Bakıda qardaşın bıçaqladığı bacıların ikisi də öldü 11:09 | Yeni tikililərin işıq problemi ilə bağlı - QƏRAR 06:30 | Əməkdar jurnalistin daha bir konserti ərsəyə gəldi 22:45 | İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər 22:40 | Biz niyə qocalırıq? – Əsrlər boyunca axtarılan cavab tapıldı 22:33 | Şahin Mustafayev Azərbaycan-İran əlaqələrindən danışdı 17:26 | "Bu, ciddi problem yaradacaq..." – Ekspertdən DİM-ə İRAD 17:17 | Rəşadla Rüfət məhkəməyə gəlmədi 17:07 | Prezident sərəncam imzaladı - 1,9 milyon manat ayrıldı 16:16 | İmamaoğlu Ərdoğanla birlikdə cənazə namazı qıldı - VİDEO 16:00 | SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ - Gecə saatlarında Bakının bu küçələrində... 15:36 | Separatçı rejim Kəlbəcərin kəndində ikimərtəbəli məktəb tikir-FOTO 15:15 | "Qəbələ" - "Zirə" - start heyətlər 14:53 | Xəyalət bankir Balayev Almaniyada yaxalandı 14:40 | Ərdoğan seçkilərlə bağlı səssizliyini pozdu: "Ağıl, vicdan..." 14:25 | “İmkanın yoxdur, uşağın məktəbə getməsin” – Məmurdan vətəndaşa “məsləhət”