Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
15-04-2019, 15:08 Oxunub: 10

"Qəbələ"dən Monroz açıqlaması - "Üzr istəyirik"

"Qəbələ"dən Monroz açıqlaması - "Üzr istəyirik"
 

"Qəbələ"nin futbolçusu Stiven Monrozun səfərdə "Keşlə" ilə keçirdikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçında ədəbsiz hərəkətə yol verməsinin səbəbi müəyyənləşib.

Xeberekspress.Az xəbər verir ki. bu barədə Sportnet.az-a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. Səfiyarlı bildirib ki, fransalı hücumçu dördüncü hakim Rövşən Rəcəbovun israrından sonra şortunu tam yuxarı qaldırıb: "Qaydalara əsasən, losin şortun rənginə uyğun olmalıdır. İndiyədək komandamız əksər oyunlara qara rəngli şortlarla çıxdığı üçün losin də qara olub. Amma bu dəfə səfər matçı olduğundan, ağ rəngli formada oynayırdıq. Monroz isə qara rəngli losin geyindiyindən, oyun vaxtı onu əynindən çıxarması tələb olunub. O da referinin tələbini yerinə yetirib, sadəcə, dəyişdirməyə macal tapmayıb. Meydana qayıtdığı vaxt dördüncü hakim ondan losini çıxarıb-çıxarmadığını soruşub. Monroz "çıxarmışam" desə də, Rəcəbov losini yığıb gizlətdiyini düşünərək, futbolçumuza qarşı israrlı davranıb. Nəticədə oyunçumuz şortunu tam yuxarı qaldırıb və bu da canlı yayıma düşüb".

Bununla belə, "Qəbələ" rəsmisi futbolçunun cəzalanacağını vurğulayıb: "İstənilən halda, Monrozun hərəkəti xoşagəlməz haldır və buna görə üzr istəyirik. Futbolçunun özü pul cəriməsinə məruz qalacaq".

Qeyd edək ki, görüş "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb.


XƏBƏR LENTİ
14:41 | Sabah bu rayonlarda intensiv yağıntılar olacaq - XƏBƏRDARLIQ! 14:35 | Ağ Evin İrəvan uğrunda son savaşı... - GƏLİŞMƏ 14:25 | Niyam "batdı": İşçiləri maaşsız qalıb 14:16 | Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR 14:07 | Azərbaycanda nazir vəzifəsi böyüklə yazılacaq 12:12 | Hava nə vaxt isinəcək? 11:37 | Bakıda qardaşın bıçaqladığı bacıların ikisi də öldü 11:09 | Yeni tikililərin işıq problemi ilə bağlı - QƏRAR 06:30 | Əməkdar jurnalistin daha bir konserti ərsəyə gəldi 22:45 | İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər 22:40 | Biz niyə qocalırıq? – Əsrlər boyunca axtarılan cavab tapıldı 22:33 | Şahin Mustafayev Azərbaycan-İran əlaqələrindən danışdı 17:26 | "Bu, ciddi problem yaradacaq..." – Ekspertdən DİM-ə İRAD 17:17 | Rəşadla Rüfət məhkəməyə gəlmədi 17:07 | Prezident sərəncam imzaladı - 1,9 milyon manat ayrıldı 16:16 | İmamaoğlu Ərdoğanla birlikdə cənazə namazı qıldı - VİDEO 16:00 | SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ - Gecə saatlarında Bakının bu küçələrində... 15:36 | Separatçı rejim Kəlbəcərin kəndində ikimərtəbəli məktəb tikir-FOTO 15:15 | "Qəbələ" - "Zirə" - start heyətlər 14:53 | Xəyalət bankir Balayev Almaniyada yaxalandı 14:40 | Ərdoğan seçkilərlə bağlı səssizliyini pozdu: "Ağıl, vicdan..." 14:25 | “İmkanın yoxdur, uşağın məktəbə getməsin” – Məmurdan vətəndaşa “məsləhət”