Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
15-04-2019, 11:19 Oxunub: 11

"Bakı Metropoliteni"də 200-ə yaxın artıq ştat vahidi ixtisar olunub - RƏSMİ

"Bakı Metropoliteni"də 200-ə yaxın artıq ştat vahidi ixtisar olunub - RƏSMİ
 
"Bakı Metropoliteni” QSC-də aparılmış audit nəticəsində 922,5 min manat vergi məbləğinin müvafiq hesabat dövrləri üzrə dəqiqləşmiş vergi bəyannamələrinin təqdim edilməsi ilə dövlət büdcəsinə artıqödəmələrin hesabına ödənilməsi (əvəzləşdirilməsi) təmin olunub.

"Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilir. 

Hesabat ilində ümumilikdə təhvil verilməmiş 1 666,0 min manat məbləğində inventar və avadanlıq təhvil verilib, 1 308,6 min manat məbləğində inventar və avadanlıq isə uçota alınıb. Həmçinin yerinə yetirilməmiş 3 818,5 min manat məbləğində işlərin görülməsi və 10,8 min manat dəyərində bina və tikilinin uçota alınması təmin edilib.

Kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə 8 586,0 min manat məbləğində əsaslı təmir xərcləri müvafiq qaydada tanınıb, 666,0 min manat məbləğində artıq hesablanmış amortizasiya məbləğinə düzəliş verilib, mənzil fondunun artırılmış zərəri 183,3 min manat məbləğində azaldılıb.

Hesabat ilində həyata keçirilmiş tədbirlər üzrə 2 478,7 min manat məbləğində debitor borcun uçota alınması, 25 437,8 min manat məbləğində debitor borcun isə bağlanılması təmin edilib. Eyni zamanda 1 516,4 min manat kreditor borc uçota alınıb və 3 294,9 min manat məbləğində kreditor borc azaldılıb.

Nəzarət tədbirləri ilə 537,3 min manat artıq maliyyələşmə məbləği və 194,9 min manat müqavilə məbləğinin azaldılması təmin edilib. Aparılmış tədbirlərin nəticəsi kimi 197,5 vahid artıq saxlanılmış ştat vahidi ixtisar olunub. 
XƏBƏR LENTİ
14:41 | Sabah bu rayonlarda intensiv yağıntılar olacaq - XƏBƏRDARLIQ! 14:35 | Ağ Evin İrəvan uğrunda son savaşı... - GƏLİŞMƏ 14:25 | Niyam "batdı": İşçiləri maaşsız qalıb 14:16 | Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR 14:07 | Azərbaycanda nazir vəzifəsi böyüklə yazılacaq 12:12 | Hava nə vaxt isinəcək? 11:37 | Bakıda qardaşın bıçaqladığı bacıların ikisi də öldü 11:09 | Yeni tikililərin işıq problemi ilə bağlı - QƏRAR 06:30 | Əməkdar jurnalistin daha bir konserti ərsəyə gəldi 22:45 | İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər 22:40 | Biz niyə qocalırıq? – Əsrlər boyunca axtarılan cavab tapıldı 22:33 | Şahin Mustafayev Azərbaycan-İran əlaqələrindən danışdı 17:26 | "Bu, ciddi problem yaradacaq..." – Ekspertdən DİM-ə İRAD 17:17 | Rəşadla Rüfət məhkəməyə gəlmədi 17:07 | Prezident sərəncam imzaladı - 1,9 milyon manat ayrıldı 16:16 | İmamaoğlu Ərdoğanla birlikdə cənazə namazı qıldı - VİDEO 16:00 | SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ - Gecə saatlarında Bakının bu küçələrində... 15:36 | Separatçı rejim Kəlbəcərin kəndində ikimərtəbəli məktəb tikir-FOTO 15:15 | "Qəbələ" - "Zirə" - start heyətlər 14:53 | Xəyalət bankir Balayev Almaniyada yaxalandı 14:40 | Ərdoğan seçkilərlə bağlı səssizliyini pozdu: "Ağıl, vicdan..." 14:25 | “İmkanın yoxdur, uşağın məktəbə getməsin” – Məmurdan vətəndaşa “məsləhət”