Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
12-04-2019, 11:14 Oxunub: 20

Deputat İsmayıllı gəncləri ilə görüşdü - Foto

Deputat İsmayıllı gəncləri ilə görüşdü - Foto
 

Millət vəkili Novruz Aslanov aprelin 11-də İsmayıllı rayonunda Peşə Tədris Mərkəzində və İsmayıllı Humanitar və Texnologiya Kollecində tələbələr və müəllim heyəti ilə görüş keçirib. Hər iki tədris müəssisəsinin akt zalında keçirilən görüşdə 400 nəfərə yaxın gənc iştirak edib.

 

Modern.az xəbər verir ki, tədbiri müəssisə rəhbəri açaraq rayonda təhsil sahəsində görülən işlər barədə məlumat vermiş və gənclərin müxtəlif peşələrə maraqlarının daha da artmasını bildiriblər.

Novruz Aslanov öz çıxışında dövlətin gənclərə qayğısından və bu sahədə aparılan islahatlardan, gənc kadrlara yaradılan şəraitdən, onların müxtəlif yerli və beynəlxalq səviyyəli layihələrə cəlb olunmasından söhbət açıb. Xüsusilə respublikada geniş vüsət almış könüllülük hərəkatını önə çəkərək bu sahədə görülən işlər barədə məlumat vermiş, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllülük sahəsində olan bir əsrlik təcrübəsindən danışıb. Böyük maraqla izlənilən çıxışdan sonra gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılmış və deputat ona ünvanlanan suallara izahlı cavablar verib.

Rayon gəncləri ilə keçirilən bu möhtəşəm görüşə görə millət vəkilinə təşəkkür edən gənclər belə görüşlərin tez-tez keçirilməsini istədiklərini bildiriblər. Novruz Aslanov gənclərlə hər zaman görüşə hazır olduğunu bildirərək onun fəaliyyətində bu sahənin mühüm yer tutduğunu gənclərin diqqətinə çatdırıb.

Görüşdən sonra deputat Peşə Tədris Mərkəzində rayon sakinlərini qəbul etmiş, onların problemləri ilə maraqlanıb. Bir neçə şəxsi məişət problemi yerində həll olunub.


 

XƏBƏR LENTİ
14:41 | Sabah bu rayonlarda intensiv yağıntılar olacaq - XƏBƏRDARLIQ! 14:35 | Ağ Evin İrəvan uğrunda son savaşı... - GƏLİŞMƏ 14:25 | Niyam "batdı": İşçiləri maaşsız qalıb 14:16 | Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR 14:07 | Azərbaycanda nazir vəzifəsi böyüklə yazılacaq 12:12 | Hava nə vaxt isinəcək? 11:37 | Bakıda qardaşın bıçaqladığı bacıların ikisi də öldü 11:09 | Yeni tikililərin işıq problemi ilə bağlı - QƏRAR 06:30 | Əməkdar jurnalistin daha bir konserti ərsəyə gəldi 22:45 | İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər 22:40 | Biz niyə qocalırıq? – Əsrlər boyunca axtarılan cavab tapıldı 22:33 | Şahin Mustafayev Azərbaycan-İran əlaqələrindən danışdı 17:26 | "Bu, ciddi problem yaradacaq..." – Ekspertdən DİM-ə İRAD 17:17 | Rəşadla Rüfət məhkəməyə gəlmədi 17:07 | Prezident sərəncam imzaladı - 1,9 milyon manat ayrıldı 16:16 | İmamaoğlu Ərdoğanla birlikdə cənazə namazı qıldı - VİDEO 16:00 | SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ - Gecə saatlarında Bakının bu küçələrində... 15:36 | Separatçı rejim Kəlbəcərin kəndində ikimərtəbəli məktəb tikir-FOTO 15:15 | "Qəbələ" - "Zirə" - start heyətlər 14:53 | Xəyalət bankir Balayev Almaniyada yaxalandı 14:40 | Ərdoğan seçkilərlə bağlı səssizliyini pozdu: "Ağıl, vicdan..." 14:25 | “İmkanın yoxdur, uşağın məktəbə getməsin” – Məmurdan vətəndaşa “məsləhət”