Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
11-04-2019, 18:00 Oxunub: 86

Paşinyan: “İlham Əliyevlə konstruktiv dialoqumuz olub”

Paşinyan: “İlham Əliyevlə konstruktiv dialoqumuz olub”
 
"Prezident İlham Əliyevlə açıq, düzgün və konstruktiv dialoqumuz olub”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Nikol Paşinyan Avropa Şurasının Parlament Assambleyasının suallarını cavablandırarkən deyib.

"Təəssüf ki, bizim münaqişənin detalları, həll mexanizmləri barədə təsəvvürlərimiz ümumi deyil, amma səmimi diskussiya atmosferi yaratmağımızın özü də yaxşı haldır”.

Paşinyan növbəti dəfə danışıqlar formatının dəyişdirilməsi və Qarabağın erməni icmasının danışıqlar prosesində tərəf olmasını istəyib.

"Bizim əsas hədəfimiz Azərbaycanla dialoqun davam etməsi üçün münbit şəraitin yaradılmasıdır”.