Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
11-04-2019, 17:45 Oxunub: 94

Mətbuat Şurası məktəbli qızın intiharı ilə bağlı konfrans keçirdi - FOTO

Mətbuat Şurası məktəbli qızın intiharı ilə bağlı konfrans keçirdi - FOTO
 
Mətbuat Şurası Beynəlxalq Mətbuat Mərkəzində "İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda konfrans keçirir.

Unikal.org xəbər verir ki, tədbiri açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Bakıdakı 162 saylı orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı cəmiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub: "Bəziləri düşündü ki, bu barədə danışmaq olmaz, bəziləri isə dedi ki, işıqlandırmaq lazımdır ki, bu hadisələr yaranmasın. Bu barədə müzakirə aparacağıq”.

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib ki, bu, cəmiyyətdən gizlədiləsi hadisə deyil: "Önəmli olan niyyətdir. Mətbuat azaddır, təki verdiyi informasiyalar kriminal və qeyri-qanuni çağırışlar olmasın. İnformasiya verənləri qınamaq olmaz”.

ONA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı baş vermiş xoşagəlməz olayı cəmiyyəti silkələyə bilmək baxımından istisna hadisə adlandırıb: "Millət vəkillərinin, tanınmış şəxslərin, sadə insanların bu hadisə ilə bağlı davranışları yüksək qiymətləndiriləsi haldır. Xüsusilə gənclərin intiharının kütləviləşməsinə ictimai rezonansın olması yaxşı şeydir”.