Qaynarxətt: (+99470) 997 11 77
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
10-04-2019, 17:39 Oxunub: 25

Xalq artisti Elinanın intiharı ilə bağlı GÖRÜN NƏLƏR DEDİ - VİDEO

Xalq artisti Elinanın intiharı ilə bağlı GÖRÜN NƏLƏR DEDİ - VİDEO
 

"Bir azərbaycanlı, vətəndaş, ana, cəmiyyət adamı və milyonların dilində əzbər "Məktəb illəri" mahnısının bəstəkarı olmağım və ən əsası, vicdanım məni bunları yazmaga vadar etdi".

Xeberekspress.az "Qafqazinfo"a xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Səmədzadə sosial şəbəkədə yazıb. Məşhur bəstəkar bildirib ki, hamı 8-ci sinif şagirdi Elina Hacıyevanın faciəvi ölümünə biganə qalmamalıdır:

 

"Məktəbdə ölüm baş verib. Şagird intihara sürüklənib. Ya da söyülərək, döyülərək, yuxarıdan yerə atılıb. "Ailəsində problem, psixoloji vəziyyətində problem" ifadələri altında, əslində, bir məktəbin daxili problemləri gizlənir. Uşaq intihar üçün niyə məktəbi seçir? Niyə məktəb uşaqlarına "sus" əmri verilib və niyə valideynlər xəstəxanada ölüm ayağında olan övladın yanına buraxılmayıb?!

"Məktəb ikinci ailədir, evdir" deyərdilər. "məktəbdə intihar", "məktəbdə əxlaqsızlıq" , "məktəbdə alver" - kimi yazı başlıqlarına son zamanlar tez - tez rast gəlinir və hamı oxuyur, izləyir, yan keçir. Hər şeyə ötəri baxa bilərsiz, gülüb, istehza edib yan keçə bilərsiz. Uşaq ölümlərindən başqa... Adını intihar, xəstəlik qoysalar belə...

Bu hadisə belə soyuqqanlılıqla yaddaşlardan itə bilməz. İctimaiyyət buna münasibət bildirməlidir. Şəhərin mərkəzində, şəhid Etibar Əliyevin adını daşıyan, Murtuza Muxtarovun inşa etdiyi binada yerləşən 100 yaşlı Azəbaycan məktəbində cinayət baş verib. Bəli, bəli cinayət. Hər bir intiharın arxasında bir cinayət, bir müəmma durur. Susdurmaq cəhdləri varsa, bu, daha bir cinayətdir.

Bu məktəbdə təcili şəkildə hər sahədə yoxlanılma aparılmalı, şagird-müəllim-direktor münasibətləri, təlim-tərbiyə metodları araşdırılmalıdır.
Bir mahnıya, kiminsə açıq -saçıq geyiminə, tərbiyəsiz hərəkətinə biganə qalmayıb xərclədiyiniz enerjini bu hadisəyə kökləyin. Reallığa baxın. Həyat sosial şəbəkənin bir dəqiqəlik videoları deyil. O videoların arxasında yüzlərlə günahkar ailə, məktəb, xəstəxana və hüquqları müdafiə etməli olan hüquq mühafizə orqanları var. Susmayaq! Şikayət edək! Bu günümüzü, gələcəyimizi qoruyaq!!!

Məktəb böyükdən kiçiyə hamının həyatında var və biganəliklər davam edərsə, belə xəbərlərlə daha tez - tez qarşılaşa bilərik. Susmayaq! Şikayət edək! Etiraz bildirək! Övladlarımızın həyatını, zəkasını, savadını, taleyini müdafiə edək. Bir azərbaycanlı balasının nakam ruhunu şad edək".

 

XƏBƏR LENTİ
14:41 | Sabah bu rayonlarda intensiv yağıntılar olacaq - XƏBƏRDARLIQ! 14:35 | Ağ Evin İrəvan uğrunda son savaşı... - GƏLİŞMƏ 14:25 | Niyam "batdı": İşçiləri maaşsız qalıb 14:16 | Rusiyada işləyən vətəndaşlarımıza ŞAD XƏBƏR 14:07 | Azərbaycanda nazir vəzifəsi böyüklə yazılacaq 12:12 | Hava nə vaxt isinəcək? 11:37 | Bakıda qardaşın bıçaqladığı bacıların ikisi də öldü 11:09 | Yeni tikililərin işıq problemi ilə bağlı - QƏRAR 06:30 | Əməkdar jurnalistin daha bir konserti ərsəyə gəldi 22:45 | İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər 22:40 | Biz niyə qocalırıq? – Əsrlər boyunca axtarılan cavab tapıldı 22:33 | Şahin Mustafayev Azərbaycan-İran əlaqələrindən danışdı 17:26 | "Bu, ciddi problem yaradacaq..." – Ekspertdən DİM-ə İRAD 17:17 | Rəşadla Rüfət məhkəməyə gəlmədi 17:07 | Prezident sərəncam imzaladı - 1,9 milyon manat ayrıldı 16:16 | İmamaoğlu Ərdoğanla birlikdə cənazə namazı qıldı - VİDEO 16:00 | SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ - Gecə saatlarında Bakının bu küçələrində... 15:36 | Separatçı rejim Kəlbəcərin kəndində ikimərtəbəli məktəb tikir-FOTO 15:15 | "Qəbələ" - "Zirə" - start heyətlər 14:53 | Xəyalət bankir Balayev Almaniyada yaxalandı 14:40 | Ərdoğan seçkilərlə bağlı səssizliyini pozdu: "Ağıl, vicdan..." 14:25 | “İmkanın yoxdur, uşağın məktəbə getməsin” – Məmurdan vətəndaşa “məsləhət”