Qaynarxətt: (+99470) 997 11 77
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
6-04-2019, 11:43 Oxunub: 55

Diplomatiya bitdi, müharibə başlayır - Administrasiyadan AÇIQLAMA

Diplomatiya bitdi, müharibə başlayır - Administrasiyadan AÇIQLAMA
 
ABŞ-da Venesuelaya təsir üzrə diplomatik alətlər qurtarır. 

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Amerika administrasiyasının yüksəkvəzifəli nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Vaşinqton Karakasla bağlı hərbi variantın tətbiqinə ciddi baxır. Amerika administrasiyasının nümayəndəsi mümkün hərbi müdaxilənin tarixi barədə danışmayıb.

"Gözlənilməzlik elementi son iki ayda bizim hərəkətlərimizin müvəffəqiyyətinin mərkəzindədir. Və biz təəccübləndirməyə davam edəcəyik”, - mənbə deyib.

Daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, ABŞ Kubaya neftin çatdırılmasını həyata keçirən iki Venesurla şirkəti barəsində sanksiyalar tətbiq edəcək. "Qara siyahı”ya həmçinin Venesuelanın dövlət neft şirkətinə (PDVSA) aid 34 gəmi daxil edilib.

"ABŞ prezidentinin göstərişi ilə Venesuela dövlət neft şirkətinin istifadə etdiyi 34 gəmi, həmçinin Kubaya neftin çatdırılmasını həyata keçirən iki şirkətə qarşı sanksiyalar tətbiq ediləcək. Venesuelanın nefti Venesuela xalqına aiddir”, - o, Texasda Ceyms Beyker İnstitutunda çıxış zamanı deyib.

Xatırladaq ki, ABŞ yanvarında PDVSA-ya qarşı sanksiyalar tətbiq edib, Venesuelanın 7 milyard dollarlıq aktivlərinə həbs qoyub və bütün Amerika şirkətlərinə Venesuela şirkəti ilə işləməyi qadağan edib.