Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
30-03-2019, 14:39 Oxunub: 104

“Şərurlu İsfəndiyar”ın özəl vertalyotu, şəhidin kiçik evi…VƏ SONUN BAŞLANĞICI

“Şərurlu İsfəndiyar”ın özəl vertalyotu, şəhidin kiçik evi…VƏ SONUN BAŞLANĞICI
 
Bir iş adamının imza atdığı rüsvayçılıq dövlətin üst səviyyəsindən gələn müdaxilə ilə neytrallaşdırıldı. Dövlət bir daha göstərmiş oldu ki, şəhidinə, qəhrəmanlarına sahib çıxır, onu hansısa oliqarxın haqsızlığı qarşısında tək qoymur və bu həmişə belə olacaq.
 
Bəli, söhbət "Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan tikinti maqnatının şəhid ailəsinin evini əlindən almasından və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın işə qarışmasından sonra ədalətin bərpa olunmasından gedir.
 
"İşin əsli böylə, hakim bəy...”
 
Sfera.az xatırladır ki, Ali Məhkməyə kassasiya şikayəti verən aprel şəhidimiz, polkovnik-leytenant Sənan Axundovun ailəsinə qarşı qanunsuz qərar çıxarılıb. Qanunsuz qərarın çıxarılmasına isə iş adamı "Şərurlu İsfəndiyar" sifariş verib. Belə ki, bir neçə il bundan əvvəl Sənan Axundov sağlığında Kamran MMC-nin tikdiyi binadan 50 kvadratmetr yer götürüb, sonra "Kamran” MMC-nin işçiləri fırıldaq etdiklərinə görə cinayət işi başlanılıb və binanın 11 mərtəbəsini "Şərurlu İsfəndiyar” alıb. Və əlavə 5 mərtəbə də tikib. Sakinlərlə şərti belə olub ki, binadakı mənzillər üçün yenidən onun istədiyi qiymət ödənilməlidir.
 
Sənan Axundov şəhid olandan sonra...

 
Sənan Axundov sağ olanda öz hüququnu qoruyub və məhkəmələrin birində qanuni qərar çıxarılıb ki, binadakı 50 kvadratmetirlik yerin sahibi onun özüdür. "Şərurlu İsfəndiyar” isə dayanmayıb... Sənan şəhid olandan sonra "Şərurlu İsfəndiyar” onun ailəsini məhkəməyə verib və məhkəmə prosesini qazanıb.

Yeni tərkibli hakimlər belə qərar çıxarıblar ki, iddiaçı ailənin əlindəki sənədləri "Kamran” MMC verdiyinə görə saxta sayılır. Lakin eyni sənədlərlə binada öz haqqını tələb edib, mənzilinə sahib olan digər adamlar da var.
 

Həm də ki, bina sakinlərinin hamısı "Kamran” MMC dən aldıqları sənədləri, "Şərurulu İsfəndiyar”ın şirkətinin verdiyi sənədlərlə əvəzləyiblər.
Şəhid Sənan Axundovun ailəsi bir neçə dəfə binada özlərinə aid olan yerdə təmir-bərpa işləri aparıblar. İsfəndiyarın qoçuları isə bu otaqları vurub-uçurublar. Hətta əri ölən qadının düşdüyü hal da onları pis niyyətlərindən, bəd əməllərindən çəkindrməyib.
Son isə bəllidir: Müxtəlif məhkəmə çəkişmələrinin sonunda, Ali Məhkəmə yenidən "Şərurlu İsfəndiyar”ın xətri inciməsin deyə, onun xeyrinə qərar çıxararaq, şəhid ailəsinin adına olan 50 kvadratmetirlik yeri əllərindən aldı.
 
Şəhid ailəsinə Mehriban Əliyevadan dəstək...


Son iki gün ərzində ölkə gündəminə çevrilən bu olay iş adamının haqsızlığına qarşı ciddi dirənişlərlə müşahidə olundu. Şəhid ailəsinə edilən belə bir saymazyana münasibət haqlı olaraq etiraz doğurur və "Şərurlu İsfəndiyar” qınanılırdı. Amma bütün bunlar belə tikinti maqnatı olan milyonerin ürəyində mərhəmət yaratmaqda aciz imiş. Adam elə belə də olmalıymış kimi davranır, geri çəkilmək niyyətinin yoxluğunu nümayiş etdirirdi. Amma Birinci vitse-prezidenti Mehriban Əliyevanın məsələyə operativ müdaxiləsi şəhid ailəsinin haqqını bərpa etməklə yanaşı dövlətin öz qəhrəmanlarını, onların ailələrini hansısa oliqarx qarşısında yalnız qoymayacağını isbatlamış oldu.


Mehriban Əliyevanın göstərişi ilə aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsinə yeni mənzil verildi. Məlum olub ki, Heydər Əliyev Fondunun nümayəndələri ötən gün şəhidin ailəsi ilə görüşüb. Sənan Axundovun ailəsinə bildiriblər ki, Mehriban Əliyevanın tapşırığı əsasında onların problemi həll olunur və Bakının Nərimanov rayonunda ailəyə yeni mənzil verilir.
 
Və "Şərurlu İsfəndiyar” üçün sonun başlanğıcı...


Baş verənlər artıq "Şərurlu İsfəndiyar”ın tərcümeyi-halına silinməyəcək bir ləkə kimi düşüb. Bu ləkənin unudulacağı, ona yenidən etimad göstəriləcəyi isə kifayət qədər çətin görünür. Bu isə ictimai rəydə birmənalı şəkildə qınanılan tikinti maqnatı üçün sonun başlanğıcı sayıla bilər. Təsadüfi deyil ki, baş verənlərlə bağlı bir nəfər də olsun nə mediada, nə də sosial şəbəkələrdə "Şərurlu İsfəndiyar”ı müdafiəyə yönəlmiş bir cümlə də işlətməyib. Bu, birmənalı olaraq iflasdı, bu o deməkdir ki, onun müdafiəsi hətta nəzəri baxımdan da mümkün deyil. Təsadüfi deyil ki, artıq onun təmsil olunduğu hakim partiyadan çıxarılmasının vacibliyi haqda çağırışlar səslənir və bu yöndə hərəkətlənmələrin olduğu bildirilir.


Bildirək ki, biabırçı addımı ilə medianın gündəminə gələn "Şərurlu İsfəndiyar” YAP-ın rəhbərliyində təmsil olunur. O, 2006-cı ildən hakim partiyanın üzvü olub. "Şərur” Mənzil Tikinti Kooperativinin sədri olan İ. Axundov YAP Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin və Şuranın üzvüdür. O, rəhbərlikdə millət vəkilləri Eldar İbrahimov, Əli Hüseynli, Kəmaləddin Qafarov, icra başçısı Elxan Allahverdiyev və digərləri ilə eyni səlahiyyəti daşıyır.
İ. Axundovun şəhid ailəsinin mənzilini əlindən alması və birinci xanım Mehriban Əliyevanın problemə müdaxiləsindən sonra onun YAP sıralarından xaric olunacağı gözlənilir.
 
"Onun vertolyotu var, özəldi, özəldi...”


Yəqin illər əvvəl Bakıda, Türkiyə səfirliyinin qarşısında baş vermiş səs-küylü atışma hadisəsi çoxlarının yadından çıxmayıb. Sfera.az indi, üstündən illər keçəndən sonra bu olayı unudanlar üçün vacib olan xatırlatmanı edir, buyurun:
 
2005-ci ildə həmin şərurlu maqnatın oğlu Şahin Axundov Türkiyə səfirliyinin qarşısında mübahisə etdiyi Anar İsmayılov adlı şəxsin avtomobilinə "Vinçester”dən, yaxud tapançadan bir neçə dəfə atəş açmışdı. O vaxt "Şərurlu İsfəndiyar” oğlunu məsuliyyətdən yayındırmağa nə qədər can atsa da ölkə rəhbərliyinin işə müdaxiləsindən sonra "şərurlu kovboy” həbs olundu və 5 il həbs cəzasına məhkum edildi. Bu, onun oğlanları ilə bağlı ilk insident deyildi. Ardı da var...


Daha sonra bəlli olmuşdu ki, "Şərurlu İsfəndiyar”ın digər oğlu Allahverdi Axundov təhsil aldığı ali məktəbə 650 min dollarlıq "Lamborghini” ilə gedib-gəlir. "Şərurlu İsfəndiyar” ilk vaxtlar bunu danmağa çalışsa da sonradan bunun mümkün olmadığını gördükdə danışmış və "gül vurmuşdu”. Belə ki,İsfəndiyar Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı suala belə cavab verib: "Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?"
 
Sözün və yazının bitdiyi yer…


Göründüyü kimi, pul, çoxşaxəli əlaqələr və özünü hüdudsuz küllü-ixtiyar sahibi hiss etməsi "Şərurlu İsfəndiyar”ın gözlərini o qədər tutub ki, özünün vertalyota sahib olmasını normal saydığı halda, bu vətən uğrunda canından keçmiş şəhidin ailəsinə 50 kvadrat metrlik kiçik bir evi belə çox görür. Bu artıq sondur, həm "Şərurlu İsfəndiyar”ın sonu, həm də yazının…Çünki yazılası nəsə qalmadı…
 
XƏBƏR LENTİ
17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI 13:42 | "Liverpul" Premyer Liqa tarixində ən bahalı saziş bağlamağa hazırlaşır 13:39 | Şənbə günü hava necə olacaq? 13:18 | Türkiyədə gizli neft satan azərbaycanlılar saxlanıldı 13:09 | İş axtaranlara ŞAD XƏBƏR 12:32 | Vilayət Eyvazovdan polislərə tapşırıq: "Nəzakətli olmaq lazımdır" - VİDEO 12:10 | Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar 11:24 | Mədət Quliyevdən yeni təyinat 10:54 | Bu il ilk dəfə dərsə gedəcək şagirdlər, tələbələr… - STATİSTİKA