Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
28-03-2019, 17:43 Oxunub: 90

Ağ Ev başçısının son qərarı işğalçının “əlini yandırdı” - İrəvan çətin dönəmdə

Ağ Ev başçısının son qərarı işğalçının “əlini yandırdı” - İrəvan çətin dönəmdə
 
Bu həftənin Azərbaycanın da köklü maraqlarına toxunan ən qalmaqallı olayı ABŞ prezidenti Donald Trampın Suriyaya məxsus Coland təpələrini İsrailin ərazisi kimi tanıyan bəyannaməni imzalaması oldu. Doğrudur, bu qərar Amerika səfirliyinin Qüdsə köçürülməsi kimi sırf Ağ Ev başçısının mövqeyini ifadə edir, nəinki ABŞ dövlətinin. Yəni bundan sonrakı prezidentlərin də bu qərara hörmət edəcəyi anlamına hələ gəlmir.

İstənilən halda, beynəlxalq hüquqa qarşı, ölkələrin ərazi bütövlüyü prinsipinə qarşı təhlükəli presedent, sərhədləri zorla dəyişməyi təqdir edən pis nümunə ortadadır. Elə ilk baxışda işğalçı Ermənistanı məmnun edən də bu, ola bilər(di). Ancaq ilk baxışda. Məlum olayla bağlı işğalçı ölkədən gələn xəbərlər qənaətimizi təsdiqləyir. Erməni siyasi və ekspert çevrələrində Ağ Evin analoji yanaşmanı Qarabağla bağlı da sərgiləyəcəyi, sadəcə, arzu edilir, lakin qeyri-mümkün sayılır.

Məntiqlidir. Çünki Dağlıq Qarabağ konfliktini ərəb-İsrail konfliktindən fərqləndirən vazkeçilməz özəlliklər, mühüm tarixi-siyasi xüsusatlar var. Söhbət təkcə ondan getmir ki, Rusiyanın hərb qalası Ermənistan ABŞ-dan ötrü İsrail qədər önəm daşıya bilməz. Hamı bilir ki, İsrail və ABŞ "ət-dırnaq” kimidir. Ermənistan isə Birləşmiş Ştatların "qan düşməni” Rusiyanın vassalı qismindədir. Bunlar öz yerində. Ümumiyyətlə, rəsmi Vaşinqtonun, lap elə prezident Trampın Dağlıq Qarabağla bağlı mövqeyi qaranlıq deyil. Yalnız 1-2 təzə fakt.

Martın ortalarında ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının durumu barədə yaydığı növbəti illik hesabatda Ermənistan bir daha işğalçı kimi göstərilib. Sitat: "Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər”.

Bundan əlavə, ötən ilin oktyabrında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda olarkən açıq şəkildə bəyan eləmişdi ki, əgər baş nazir Nikol Paşinyan ölkəsinin rifahını, Rusiya asılılığından və blokadadan qurtulmasını istəyirsə, o zaman öncəliklə Azərbaycan və Türkiyə ilə münasibətləri qaydaya salmalı, Qarabağ məsələsində dönüşə nail olmalıdır. Analoji tələb bu ilin yanvarında Trampın Paşinyana göndərdiyi təbrik məktubunda yer almış və erməni tərəfində dərin məyusluq doğurmuşdu.

Nəhayət, əlverişli və mühüm strateji məntəqədə yerləşən, zəngin karbohidrogen yataqlarına malik, balanslı siyasət yürüdən Azərbaycanın ABŞ üçün, Qərb üçün dəyəri, o sırada Avropanın Rusiyadan qaz asılılığına qarşı energetik önəmi Ermənistanla müqayisədə ölçüyə gəlməz dərəcədə böyükdür və yaxın və orta perspektivdə bu önəmin dəyişəcəyi gözlənilmir. Əksinə, Azərbaycanın Qərb üçün önəmi artacaq. Trampın Colan ile ilgili görsel sonucu

Bu mənada Trampın Colan "bombası” erməniləri qətiyyən sevindirməyib, tərsinə, onların "əlini yandırıb”. Ermənilərin 30 ildir əldə edə bilmədikləri "Qarabağ alması”na görə məyusluğu artıb...

*****

Bu arada İsrail politoloqu, ermənipərəstliyi ilə tanınan Aviqdor Eskin D.Trampın Colan qərarından dolayı erməniləri şirnikləndirəcək açıqlama verib (Axar.az). Onun sözlərinə görə, Ermənistan Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanımalıdır ki, bu da Dağlıq Qarabağın "suverenliyi”nin beynəlxalq səviyyədə tanınmasına kömək eləsin.

Onun fikrincə, Colan yüksəkliklərinin tanınması Ermənistana Qarabağ üçün yeni status tələb etmək imkanı yarada bilər. O, Trampın qərarını müəyyən ölkələrin təhlükəsizliyi ilə bağlı baş verən hadisələrin (hərbi plan daxil olmaqla) nəticəsində yaranan sərhədlərin tanınmasına əsaslanan beynəlxalq siyasi təfəkkürün yeni bir yanaşması olduğunu iddia edib: "Beynəlxalq siyasi fikirdəki bu yeni istiqamətin hansısa yolla benefitsiarı olmaq üçün Ermənistan Trampın ardınca Colan yüksəkliklərini tanımalıdır. Sonradan isə Qarabağ üçün xüsusi status (ancaq ayrıca muxtar bölgə kimi yox, Ermənistanın bir hissəsi kimi) tələb etmək lazımdır”.

Amma israilli politoloqun bu "çağırışı” Ermənistanda nə qədər qəribə də olsa, məmnunluq doğurmayıb. Əksinə, bəzi siyasilərin narahatlığına səbəb olub. Onlar bu çağırışda əslində Colan təpələri kimi, Dağlıq Qarabağın da faktiki olaraq işğal edildiyinə diqqət çəkildiyini bildiriblər.

Əslində ermənipərəst yəhudi politoloqun (o, vaxtilə Dağlıq Qarabağa qanunsuz səfərlər də edib) bu çağırışı Azərbaycandan çox, Ermənistana qarşı təxribat xarakteri daşıyır, İrəvanı qəliz duruma qoyur. Çünki işğalçı ölkədən beynəlxalq hüquqa zidd seçim tələb eləməklə yanaşı, İrəvandan Dağlıq Qarabağın da Colan yüksəklikləri kimi işğal altında olduğunun etirafı istənilir.

İkinci tərəfdən, Ermənistandan onun bütün qonşularına - İran, Türkiyə, Azərbaycan, Gürcüstan, habelə əsas müttəfiq ölkə Rusiya və ərəb dünyasına qarşı mövqe tələb edilir. İrəvanın hansısa qeyri-müəyyən dividentin qarşılığında özünü bu qədər dövlətə və güclərə qarşı qoyması gözlənilmir. Ermənistan heç indiyədək Dağlıq Qarabağın "müstəqilliyi”ni tanımayıb. Ona görə ki, onun özü müstəqil, suveren dövlət deyil, Rusiyanın əlində oyuncaqdır.

Üçüncü yandan, Azərbaycanın mühüm silah tədarükçüsü və strateji tərəfdaşı olan, ərazisində yəhudi mənşəli ciddi Azərbaycan diasporunun olduğu İsrail dövlətinin istər Dağlıq Qarabağ, istərsə də qondarma "erməni soyqırımı” ilə bağlı mövqeyi çoxdan bəllidir. İsrail ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ və 7 rayonun işğal faktını təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının tərəfdarıdır. Bütövlükdə müsəlman Azərbaycanı böyük islam dünyasında İsrailin barmaqla sayılacaq dost ölkələrdən biri hesab edir. Şəkk-şübhəsiz, hansısa ermənipərəst yəhudi politoloq İsrail dövlətinin bu siyasi iradəsini dəyişə bilməz...
"Yeni Müsavat”ı 
XƏBƏR LENTİ
23:46 | Mehriban Əliyeva Vladimir Putinlə görüşəcək 23:38 | Qadın güləşçilərin Çeboksarı sınağı 23:36 | Prezident: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi” 23:34 | Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO 23:32 | Bakı sakinindən hədə-qorxu ilə 7000 manat tələb edilib 17:34 | Kliniki Tibbi Mərkəzdə YAP ın yaradılmasının 27ci ildönümünə həsr olunmuş tədbir keçirildi. 17:13 | Bu şəxslərə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI 16:51 | İlham Əliyev Zakir Fərəcovu təltif etdi 16:29 | Prezidentdən Sumqayıtdakı stadiona 5 milyon manat 16:14 | “Narazılıq var? Çox qəribə sualdır e...” – Mircavadov 15:54 | Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib 15:40 | Bu mənzilləri faizsiz, 25 ilə ala biləcəksiniz — Evi olmayanlara müjdə! - RƏSMİ 15:20 | İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə 14:07 | Afaq Aslanla bağlı ŞOK SÖZLƏR - Nadir Qafarzadə elə danışdı ki... / VİDEO 13:46 | Bakıda professor evində ölü TAPILDI 13:30 | "WhatsApp" bu telefonlarda işləməyəcək 12:37 | DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ - Bu yollar BUZ BAĞLAYACAQ 12:31 | DİQQƏT! DİQQƏT! İLİN NOMİNASİYALARI -2019 SƏSVERMƏ BAŞLADI! 12:13 | İcbari Tibbi Sığortanın ölkə üzrə tətbiqi müzakirə olunub 11:59 | Faiq Ağayev Elçin Əlibəyli haqqında GÖRÜN NƏLƏR DEDİ: "Qurşaqdan aşağı zarafatlarla..." 11:49 | Şəhid adından istifadə edib dələduzluq etdi - Bakı polisindən açıqlama 11:22 | "Erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər" - Elmira Süleymanova