Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
28-03-2019, 16:41 Oxunub: 94

Neftçilər sosial evlərin verilməsi ilə bağlı güzəştli kateqoriyaya daxil edilir?

 Neftçilər sosial evlərin verilməsi ilə bağlı güzəştli kateqoriyaya daxil edilir?
 

Nazirlər Kabineti sosial evlərin verilməsi ilə bağlı müəyyən edilmiş güzəştli kateqoriya siyahısına neftçilərin daxil edilməsi ilə bağlı təklifə münasibət bildirib.

Xeberekspress.Az Trend-ə istinadən xəbər verir ki, Nazirlər Kabineti bildirib ki, güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı kateqoriya müəyyən edilərkən əsas amil olaraq, aztəminatlı ailələrin mənzil-məişət şəraitinin və sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Eyni zamanda, güzəştli kateqoriyaların dairəsinin genişləndirilməsi ipoteka kreditləşməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin artırılmasını zəruri edir. Belə ki, 2018-ci ildə güzəştli ipoteka kreditlərinin verilməsi üçün dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılmasına baxmayaraq, hazırda bu növ ipoteka kreditlərindən faydalanmaq üçün 186 milyon manatdan artıq məbləğdə müraciətlər daxil olub:

 

"Digər tərəfdən, qeyd etmək lazımdır ki, son statistik məlumatlara əsasən, xam neft və təbii qaz hasilatı üzrə muzdla işləyən işçilərin sayı 21019 nəfər və mövcud işçilərin orta aylıq nominal əməkhaqqı 3 583, 7 manat təşkil edir. Bu isə güzəştli kateqoriya siyahısına aid edilən digər şəxslərin orta gəlirliyi ilə müqayisədə daha yuxarı göstəricidir. Belə olan halda, bu siyahıya neftçilərin daxil edilməsi güzəştli ipoteka kreditlərindən istifadə imkanlarını daha da məhdudlaşdıracaq. Qeyd olunanları nəzərə alaraq, neftçilərin sosial evlərin verilməsi ilə bağlı müəyyənləşdirilmiş güzəştli kateqoriya siyahısına daxil edilməsi ilə bağlı təklif məqsədəuyğun hesab edilməyib".


XƏBƏR LENTİ
22:20 | 10 yaşlı uşağı maşın vurdu 22:00 | Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzil verilib (FOTO) 21:40 | Lənkəranda 59 yaşlı ruhi xəstə itkin düşdü 21:20 | Bağçada 50-dən çox uşaq kəskin qoxulu maddədən zəhərləndi 21:00 | Manatın sabaha MƏZƏNNƏSİ 18:40 | "Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək" - İlham Əliyev 18:00 | Lavrovun qalmaqallı Qarabağ açıqlaması: Məqsəd nədir? - GƏLİŞMƏ 17:21 | BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yadı 17:08 | Prezidentdən icra başçılarına SƏRT XƏBƏRDARLIQ: Hansısa bəd əmələ düçar olsanız... 16:42 | Deputat məmurların gəlir deklarasiyası məsələsini QALDIRDI 16:37 | ADPU-nun Quba Filialında 12 Noyabr-Konstitusiya Günü ilə əlaqədar tədbir keçirilib 16:15 | Sürücülərin DİQQƏTİNƏ! 40-60 AZN cərimələnə bilərsiniz 15:50 | Prezidentin bu gün təyin etdiyi icra başçısı Ağdərədə güllə yarası alıb - FOTO 15:35 | Bakıda FACİƏ: iki fəhlə kanalizasiya quyusuna düşərək öldü 15:26 | Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək 15:25 | Sumqayıtda "Dövlət Bayrağı Günü" ilə bağlı bayraq yürüşü keçirilib 15:21 | Sabah Bakıda yağış yağacaq 14:46 | “Azərbaycanda iqtisadi artım gələn il də davam edəcək” - OQTAY ƏSƏDOV 14:31 | “WhatsApp” bu istifadəçiləri bloklayır 14:30 | “Bakcell-in Ukraynanın MTC mobil operatorunu alması böyük uğurdu” - OSMAN GÜNDÜZ 14:17 | İcra başçısı təyin olunan deputatdan ilk AÇIQLAMA 13:58 | Şirvanın YENİ icra başçısı kimdir? - DOSYE