Qaynarxətt: (+99470) 997 11 77
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
14-03-2019, 17:48 Oxunub: 20

Arif Kərimov doğma bacısı oğlunu “sifariş edib”?

Arif Kərimov doğma bacısı oğlunu “sifariş edib”?
 
Rusiya və Azərbaycan arasında strateji partnyorluq möhkəmlənməkdə davam edir. Bu gün iki ölkə arasında mövcud olan qarşılıqlı əlverişli əməkdaşlıq praktik olaraq həyatın bütün sahələrini əhatə edir və tam əsaslarla güman etmək olar ki, gələcəkdə iki ölkə arasında mövcud olan dostluq yalnız dərinləşəcək. Lakin, təəssüflər olsun ki, tarixi və mədəni baxımdanbir biri ilə  bağlı olan Rusiya və Azərbaycan xalqlarının əməkdaşlıqlarının möhkəmləndirilməsi bəzilərinə xoş gəlmir.
 
Elə insanlar var ki, onlar öz şəxsi maraqları naminə bu əməkdaşlığın inkişafının qarşısını almağa hazırdır və bu yöndə hər hansı təxribata əl atmağa qadirdirlər. 
 
2013-cü ilin yayında Rusiya Prezidenti Vladimir Putin Bakıya böyük tarixi əhəmiyyətli rəsmi səfər etdi və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar apardı. Yüksək səviyyədə baş tutan görüş, gözləndiyi kimi, iki milli lider arasında mövcud qarşılıqlı inam və tam anlaşma səraitində keçdi. Lakin, iki xalq üçün vacib olan Rusiya dövlət başçısının səfərindən öz maraqlarının həyata keçməsi üçün istifadə etmək istəyənlər də oldu. Müəyyən əsaslar ona dəlalət edir ki, bu cür şər niyyətlilərdən biri də FLMMM (Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti) lideri Arif Kərimov idi. Öz məkrli planlarını həyata keçirmək naminə o, hətta öz qohumlarını da qurban verməyə hazır idi.
 
2013-cü ilin avqustunda Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iki Rusiya vətəndaşı: Arif Kərimovun bacısı oğlu Eldar Məmmədov və FLMMMın (Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti) Moskva şöbəsinin təsisçilərindən biri olan Tariyel Sərkəsov – saxlanılmışdılar. Putinin Bakıya səfərindən sonra Arif Kərimovun digər qohunu – Ayaz Azaxov saxlanılmışdı. Bir neçə aydan sonra saxlanılanlar sərbəst buraxılmışdı. Lakin bu məsələdə vacib olan odur ki, ehtimallara görə, Arif Kərimov baş verənləri öz maraqları naminə istifadə etməyə qərar verdi. Belə ki, Rusiyalı vətəndaşların saxlanılmasından sonra Arif Kərimov müxtəlif KİV-lər vasitəsiylə başladı belə təbliğat aparmağa ki, quya Azərbaycan hakimiyyəti Rusiya vətəndaşlarına və ləzgi millətinin nümayəndələrinə qarşı repressiya aparmağa başlayıb. Sözsüz ki, Arif Kərimovun əlində buna dəlalət edən heç bir sübut yox idi və ola da bilməzdi. Lakin mətbuatda qaldırılan hay-küyün özü bir fakt kimi bir çox məqamlardan xəbər verir. Güman etmək olar ki, Arif Kərimov tərəfindən aparılan informasiya hücumunun əsas hədəfi  - onun doğmaca bacısı oğlu RU-Enerji neftservis korporasiyasının sahibi Azad Babayev idi. Arif Kərimov, ehtimala görə, o zaman ümid edirdi ki, KİV-lərdə həyata keçirilən müxtəlif manipulyasiyaların və təxribatların köməyiylə o, Azad Babayevin Azərbaycanda uzun müddətli həbsinə nail olacaq.
 
Lakin, özünün kamilliyi və yüksək peşəkarlığı ilə seçilən Azərbaycanın hüquq-mühafizə orqanları və məhkəmə sistemi gözləndiyi kimi mətbuatın təzyiqinə dayanıqlılıq göstərərək öz işində yalnız qanunlara əsaslandı. Hal-hazırda hüquq-mühafizə orqanlarda olan mənbələr həmin təxribatın bəzi təfərrüatları ilə bölüşüblər. Onların məlumatına görə, Arif Kərimov Rusiya hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri ilə yaxşı əlaqələrə malik idi. Mənbələrin dediyinə görə, təxribatda həmçinin Arif Kərimovun doğma oğlu – Naftaqaz şirkətinin sahibi Tokay Kərimov da fəal iştirak edib. Arif Kərimovun niyyəti Azad Babayevi həbs etdirib onun biznesini ələ keçirmək idi.
 
Lakin, "reyder”lərin "Azərbaycanda həbsxanada Azad Babayevi uzun müddətə qapad” adlı xüsusi əməliyyətı pozuldu. Amma buna baxmayaraq onlar ayrı yollarla olsa da bir az sonra öz məqsədlərinə nail ola bildilər. Keçmiş top-menecerlərin qənaəinə görə (https://og.ru/business/2018/10/18/99812), RU-Enerji Qrupa qarşı reyder zəbti baş verdi. Bəzi qənaətlərə görə reyder hücumu bəzi yüksək çinli hüquq-mühafizə orqanları nümayəndələrin dəstəyi ilə həyata keçirildi.
 
Bütün bunlar şirkətin və onun rəhbəri Azad Babayevin imicinə qarayaxmalarla və kriminalitet tərəfindən açıq şəkildə nümayiş edilən hədə-qorxularla müşayiət olunurdu. Bundan sonra RU-Enerji Qrupun səhmləri və şirkətin əmlakı geydirmə birgünlük-firmalar vasitəçiliyi ilə FLMMM (Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti) lideri Arif Kərimovun doğma oğlu – Tokay Kərimovun sahibi olduğu Naftaqaz şirkətinin tərkibinə daxil olan "Naftaqaz-Qazma” şirkətinə ötürüldü. Hal-hazırda istintaq orqanları şirkətin müflisləşmə səbəblərini araşdırırlar və fərziyələrdən biri kimi məhz reyder zəbti göstərilir. Şirkətin keçmiş əməkdaşları bu məsələyə dair öz şahid ifadələrini veriblər və ümid edirlər ki, reyder qrupuna qarşı cinayət işi qaldırılacaq.  
 
Bu nə dərəcədə mətbuatda çoxdandır "ulu kombinator” adlandırılan Tokay Kərimova və onun atası Arif Kərimova təhlükəli ola bilər? Yəqin ki, onlar özlərini qanun qarşısında təmiz hesab edirlər, çünki bütün bu işi ustalıqla həyata keçirə biliblər. Lakin internetdə "NQ-Menecment” SC qrupunun və bütün onun törəmə strukturlarının qəsdlə müflisləşdirilməsinə görə Tokay Kərimov, reyder zəbtlərinin təşkilinə görə Arif Kərimov cəzalarını alacaqlarına ümid bəsləyən kifayət qədər şərhlərə rast gəlmək olar.
 
Bundan başqa, "RU-Enerji Qrup”un keçmiş top-menecerlərin dediklərinə görə, Tokay Kərimov istintaqa "RU-Enerji”nin rəhbərliyini islaholunmaz fırıldaqçılar kimi təqdim edərək onlara qazdığı quyuya artıq özü düşüb.
 
İş ondadır ki, "Naftaqaz-Qazma” şirkəti və "Naftaqaz” şirkəti qəsdən edilən iri həcmli müflisləşmənin astanasındadırlar.
 
Yalnız "Naftaqaz-Qazma” şirkətinin borcları üç milyarddan artıqdır.  Məhkəmələr podratçılar, kreditorlar və vergi orqanları tərəfindən təqdim edilən Iddia ərizələrlə doludur. Bizim mənbələrin dediklərinə görə (https://bespredel.org/rukovodstvo-naftagaza-i-naftagaz-bureniya-delayut-vmzh-v-evrope/), şirkət sahiblərinin və rəhbərlərinin başlıca məqsədi – bütün mümkün olan varidatı mənimsəmək, şirkətləri müfləşdirmək və xaricə qaçıb gizlənməkdir. 
 
"Naftaqaz” şirkətinin sahibi Tokay Kərimov; onun atası, FLMMM (Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti) lideri Arif Kərimov; Tokay Kərimovun qardaşı Tural Kərimov və, çox güman, "Naftaqaz-Qazma” şirkətinin baş direktoru İslam Nəzərəliyev sənədlərini Avropada yaşamaq icazəsini almaq üçün təqdim ediblər (http://www.kompromatural.ru/rosneft-gazpromneft-vzyatki-gladki-naftagaz-burenie-fns) və artıq orada Məhdud məsuliyyətli Cəmiyyətləri qeydiyyatdan keçiriblər.
 
Bizim mənbələrin məlumatına görə, həmin şəxslərdən ibarət qrup bu cür reyder hücumlarını bir çox ləzgi biznesmenlərə qarşı təşkil ediblər.
 
Hüquq-mühafizə orqanları həmin insanların hərəkətlərini diqqətlə izləyirlər. Ümid edirik ki, onlar, tez bir zamanda bu hadisəyə reaksiya verəcəklər.  Ən əsası isə, Rusiya və Azərbaycan xalqlarının möhkəm dostluğuna heç bir təxribatlar xələl gətirə bilməz. Necə ki, kimlərinsə kommersiya maraqları iki Vladimir Putin və İlham Əliyevin iradəsinə təsir göstərə bilməz.

Anews.az
XƏBƏR LENTİ
11:26 | Kəmaləddin Heydərov və icra başçısı HADİSƏ YERİNDƏ - YENİLƏNİB 11:24 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 11:21 | Problemli kreditlərlə bağlı VACİB XƏBƏR!! 11:18 | Timoşenko etiraf etdi: Krımı qaytara bilməyəcəyəm... 11:16 | Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA 11:08 | İki saatdır söndürülə bilməyən “Diqlas” Ticarət Mərkəzindən son görüntülər – DƏHŞƏTLİ VİDEO 23:42 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 15:57 | “Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam” - Faiq Ağayev 15:49 | Türkiyədə son 12 saatda ikinci zəlzələ 15:43 | İran dəyişiklik ərəfəsində: Dini liderin xalq tərəfindən seçilməsi tələb olunur 15:40 | Uşaq evdə sünnət zamanı öldü, valideynləri həbs olundu 15:35 | “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı 15:32 | Sabah hava belə olacaq - Proqnoz açıqlandı 15:27 | Hərbiçiləri aparan avtobus qəzaya düşüb - ölən və yaralanan var 15:23 | Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər 15:19 | Azərbaycanda kilosu 170 manata ət satılır 15:15 | İlham Əliyevdən çox mühüm sərəncam 14:00 | "Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib" — Qurban Qurbanov 13:30 | Tramp İŞİD üzərində qələbə çaldığını elan etdi, amma… 13:00 | Ermənistanda analar əsgərlərin Dağlıq Qarabağa göndərilməsinə qarşı etiraz aksiyası keçiriblər 12:30 | Qəşəm Nəcəfzadə oğlu barədə: “Tezliklə öləcəyəm, Kəraməti tabutuma yaxın buraxmayın – “FOTO 12:00 | İslamı qəbul edən dünya ulduzu — “Allah məni mükafatlandırdı”