Qaynarxətt: (+99470) 997 11 77
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
14-03-2019, 13:47 Oxunub: 13

Prezident İlham Əliyev: "Azərbaycanın nəqliyyat təşəbbüsləri geniş beynəlxalq əməkdaşlıqla nəticələnir"

 
 

Azərbaycan enerji təhlükəsizliyinə böyük töhfələr verir, böyük sərmayələr qoyur. Mühüm beynəlxalq enerji şirkətləri ilə bir yerdə gördüyümüz işlər təkcə xalqımıza mənfəət gətirmir, eyni zamanda, Azərbaycanda və regionda on minlərlə yeni iş yeri yaradır və təbii ki, beynəlxalq əməkdaşlığa öz töhfəsini verir.

Xeberekspress.az.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan neft kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi: "Bu, tarixdə ilk dəfə bizim sayəmizdə mümkün oldu. Bu gün biz Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Albaniya, Yunanıstan və İtaliyanı birləşdirən nəhəng qaz kəməri layihəsini həyata keçiririk. Söhbət yekunlaşmaq üzrə olan TAP kəmərindən gedir. Biz Cənub Qaz Dəhlizini ötən il istismara verdik və həmin ilin iyun ayında onun komponenti olan TANAP kəməri də istifadəyə verildi. Azərbaycan qazı həmin kəmər vasitəsilə artıq nəql olunur və ümid edirəm ki, gələn il biz bu layihəni tam şəkildə başa çatdıracağıq. Bu, regionda ən nəhəng infrastruktur layihəsidir, ona qoyulan bütün sərmayələrin həcmi təqribən 40 milyon ABŞ dollarına bərabərdir. Burada biz güclü beynəlxalq maliyyə təsisatlarının dəstəyini görürük, burada korporativ maliyyə vəsaitləri istifadə olunur. Yəni, bu, ölkələr və şirkətlər arasında olan sıx əməkdaşlığın nümunəsidir və təbii ki, bizim planlarımız daha irəli gedən planlardır. Biz artıq Balkan ölkələri, Bosniya və Herseqovina, Xorvatiya, Monteneqro ilə anlaşma memorandumları imzalamışıq və ümid edirəm ki, növbəti mərhələdə sıx əməkdaşlığa başlayacağıq".

İlham Əliyev bildirib ki, bu layihəyə cəlb olunmaq istəyən ölkələrin coğrafiyası da gündən-günə artır: "Bu, bir daha onu göstərir ki, bizim nəqliyyat təşəbbüslərimiz geniş beynəlxalq əməkdaşlıqla nəticələnir. Biz enerji və nəqliyyat sahəsində geniş əməkdaşlıq formatı yarada bilmişik. Burada Asiya, Avropa ölkələri və təbii ki, Avropa İttifaqına üzv olan dövlətlər iştirak edir. Bu, çox böyük bir nailiyyətdir, böyük sərvətimizdir və biz yalnız bu prosesin ilkin mərhələsindəyik. Bu proses başa çatdıqdan sonra böyük iqtisadi mənfəət olacaq, on minlərlə yeni iş yeri yaranacaq və təbii ki, bu, ölkələri biri-birinə daha da sıx bağlayacaq".


XƏBƏR LENTİ
11:26 | Kəmaləddin Heydərov və icra başçısı HADİSƏ YERİNDƏ - YENİLƏNİB 11:24 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 11:21 | Problemli kreditlərlə bağlı VACİB XƏBƏR!! 11:18 | Timoşenko etiraf etdi: Krımı qaytara bilməyəcəyəm... 11:16 | Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA 11:08 | İki saatdır söndürülə bilməyən “Diqlas” Ticarət Mərkəzindən son görüntülər – DƏHŞƏTLİ VİDEO 23:42 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 15:57 | “Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam” - Faiq Ağayev 15:49 | Türkiyədə son 12 saatda ikinci zəlzələ 15:43 | İran dəyişiklik ərəfəsində: Dini liderin xalq tərəfindən seçilməsi tələb olunur 15:40 | Uşaq evdə sünnət zamanı öldü, valideynləri həbs olundu 15:35 | “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı 15:32 | Sabah hava belə olacaq - Proqnoz açıqlandı 15:27 | Hərbiçiləri aparan avtobus qəzaya düşüb - ölən və yaralanan var 15:23 | Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər 15:19 | Azərbaycanda kilosu 170 manata ət satılır 15:15 | İlham Əliyevdən çox mühüm sərəncam 14:00 | "Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib" — Qurban Qurbanov 13:30 | Tramp İŞİD üzərində qələbə çaldığını elan etdi, amma… 13:00 | Ermənistanda analar əsgərlərin Dağlıq Qarabağa göndərilməsinə qarşı etiraz aksiyası keçiriblər 12:30 | Qəşəm Nəcəfzadə oğlu barədə: “Tezliklə öləcəyəm, Kəraməti tabutuma yaxın buraxmayın – “FOTO 12:00 | İslamı qəbul edən dünya ulduzu — “Allah məni mükafatlandırdı”