Qaynarxətt: (+99470) 997 11 77
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
14-03-2019, 13:15 Oxunub: 11

Zurabişvili seçim etməlidir – Ya Azərbaycan, ya Ermənistan...

Zurabişvili seçim etməlidir – Ya Azərbaycan, ya Ermənistan...
 

Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycandan sonra Ermənistana rəsmi səfər edəcəyi gözlənilən idi.

 

Modern.az saytının məlumatına görə, səfərin birinci Bakıya edilməsi o demək idi ki, Gürcüstanın bölgədəki əsas tərəfdaşı məhz Azərbaycandır.

 

Salome Zurabişvilinin prezident seçkisindən əvvəl ermənilərin yaşadığı bölgədə verdiyi açıqlamalar isə Azərbaycanda narahatlıq yaratmışdı. Ancaq Zurabişvili Bakıdakı açıqlamalarında Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığa sadiq qalacağını bildirdi.

 

"Salome Zurabişvili martın 13-də Ermənistana səfərinə "erməni soyqırımı” abidəsinin ziyarəti ilə başladı. O "soyqırım” muzeyində də oldu. Bu o demək idi ki, Zurabişvili 100 il əvvəl ermənilərin "soyqrımla” üzləşməsinə inanır. Aydındır ki, bu Azərbaycanda və Türkiyədə xoş qarşılana bilməz. Ermənistana səfər edən rəsmilər heç də həmişə protokola görə "soyqırım” abidəsini ziyarət etmirlər. Bu o deməkdir ki, həmin rəsmilər "soyqıımla” bağlı erməni versiyasını qəbul etmirlər, Türkiyə və Azərbaycanla münasibətlərdə suallar yaratmaq istəmirlər. Salome Zurabişvili "soyqırımı” abidəsini ziyarət edirsə, demək bununla əlaqədar olaraq Türkiyə və Azərbaycandakı narazılıq onu narahat etmir”-deyə "Atlas” araşdırmalar mərkəzinin təhlilində bildirilir.

 

Salome Zurabişvili İrəvanda əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdü. Başabaş görüşdən sonra heyətlərarası görüş oldu. Paşinyan onu xatırlatdı ki, o baş nazir vəzifəsində ilk səfərini Gürcüstana edib. Başqa cür ola da bilməz. Ermənistan Gürcüstandan asılıdır. Rusiya ilə Ermənistan arasında idxal-ixrac əməliyyatları və qaz nəqli tamamən Gürcüstan üzərindən həyata keçirilir. Gürcüstan Ermənistan üçün vacib nəfəslikdir. Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpa olunmamasına baxmayaraq, Tbilisi Gürcüstan üzərindən Rusiya-Ermənistan əməkdaşlığına mane olmur. Paşinyan Zurabişvili ilə görüşdə belə bir ifadə işlətdi: "Ermənistanla Gürcüstan arasındakı münasibətlər ortaq strateji maraqlar üzərində qurulmalıdır”.

"Bu bir istəkdir. Məsələ burasındadır ki, prinsipial məsələlərdə iki ölkənin üst-üstə düşən strateji maraqları yoxdur. Rusiya Ermənistanın stareji müttəfiqi olduğu halda Gürcüstanla münasibətləri dondurulmuş haldadır. Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal altında saxlayır. Gürcüstan üçün əsas ərazi bütövlüyü prinsipidirsə, Ermənistan üçün "xalqların öz müqədərratını təyinetmə hüququ” başlıcadır. Gürcüstan NATO üzvlüyünə çalışır, Ermənistan isə əks hərbi blokda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer alıb. Ona görə də Paşinyanın Gürcüstanla "strateji maraqlar” haqqındakı ideyası reallığa söykənmir”-deyə analizdə qeyd olunub.

Salome Zurabişvili İrəvandakı çıxışında dedi ki, Gürcüstanda yaşayan ermənilərin və azərbaycanlıların sülh şəratində yaşamalarını istəyir. Zurabişvili bu sözləri ilə ona işarə edir ki, son günlərdə Gürcüstanda ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə gərginlik var. Bunun da səbəbkarı Xocalı soyqırımında iştirak edən terrorçuya abidənin qoyulması, Tbilisinin buna seyrçi qalması, azərbaycanlıların isə haqlı etiraz etmələridir. Zurabişvili ona da aydın başa düşür ki, Azərbaycanla Ermənistan arasında müharibə başlasa Gürcüstan bu prosesdən kənarda qala bilməyəcək, bu ölkədə yaşayan iki millət arasında da qarşıdurmalar olacaq.

 

Ermənistan prezidenti Armen Sarkisyan Salome Zurabilvili ilə görüşdə bölgədəki münaqişələrin fərqli olduğuna işarə edərək belə bir cümlə işlətdi: "Münaqişələr danışıqlar yolu ilə həll olunmalı, Qarabağ münaqişəsində isə xalqların özmüqədərratının təyinetmə hüququ ön planda olmalıdır”. Sərkisyan "münaqişələr fərqlidir” açıqlamasıyla sanki Abxaziya, Cənubi Osetiya münaqişəsini Dağlıq Qarabağ münaqişəsindən ayırmaq istəyir. Yəni bir növü İrəvan Gürcüstan nümunəsində Abxaziya və Cənubi Osetiyanı sözdə Gürcüstanın tərkib hissəsi kimi tanıyarkən, Dağlıq Qarabağ nümunəsində də fərqli yanaşma ortaya qoyur. Təəssüf ki, Salome Zurabişvili İrəvandakı açıqlamalarında bölgədəki bütün münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həlli vacibliyini vurğulamadı, Azərbaycanda bir söz, Ermənistanda fərqli söz dedi.

 

Salome Zurabişvilinin Ermənistan prezidentini Batumi konfransına dəvət etməsi də sual doğurdu.

 

"Çünki birincisi Batumi konfransında əsas mövzu nəqliyyat xətləri olacaq. Bölgədəki nəqliyyat xətlərinin mütləq əksəriyyəti Azərbaycandan, Gürcüstandan və Türkiyədən keçir. Azərbaycan haqlı olaraq Ermənistanı bütün bu layihələrdən təcrid edib. Bu baxımdan Ermənistan prezidenti Batumidə nəyi müzakirə edəcək ki? İkincisi Salome Zurabilvişi Batumi konfransına Azərbaycan prezidenti İlham Əliyevi də dəvət edib. İlham Əliyev gürcü həmkarına təklif edib ki, iki ölkənin birgə nümayəndələri Çində də təqdimat keçirsinlər. Bu onu göstərir ki, İlham Əliyev Çinin də Azərbaycan və Gürcüstanın iştirak etdiyi nəqliyyat dəhlizinə qoşulmasını istəyir. Ancaq əgər Batumi konfransına Ermənistan prezidenti gələcəksə Azərbaycan prezidentinin iştirakı sual altına olacaq. Çünki Azərbaycan Ermənistanla eyni regional layihələrdə iştirak etmir. Odur ki, Salome Zurabişvili seçim etməlidir”-deyə "Atlas” araşdırmalar mərkəzi qeyd edib.

XƏBƏR LENTİ
11:26 | Kəmaləddin Heydərov və icra başçısı HADİSƏ YERİNDƏ - YENİLƏNİB 11:24 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 11:21 | Problemli kreditlərlə bağlı VACİB XƏBƏR!! 11:18 | Timoşenko etiraf etdi: Krımı qaytara bilməyəcəyəm... 11:16 | Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA 11:08 | İki saatdır söndürülə bilməyən “Diqlas” Ticarət Mərkəzindən son görüntülər – DƏHŞƏTLİ VİDEO 23:42 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 15:57 | “Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam” - Faiq Ağayev 15:49 | Türkiyədə son 12 saatda ikinci zəlzələ 15:43 | İran dəyişiklik ərəfəsində: Dini liderin xalq tərəfindən seçilməsi tələb olunur 15:40 | Uşaq evdə sünnət zamanı öldü, valideynləri həbs olundu 15:35 | “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı 15:32 | Sabah hava belə olacaq - Proqnoz açıqlandı 15:27 | Hərbiçiləri aparan avtobus qəzaya düşüb - ölən və yaralanan var 15:23 | Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər 15:19 | Azərbaycanda kilosu 170 manata ət satılır 15:15 | İlham Əliyevdən çox mühüm sərəncam 14:00 | "Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib" — Qurban Qurbanov 13:30 | Tramp İŞİD üzərində qələbə çaldığını elan etdi, amma… 13:00 | Ermənistanda analar əsgərlərin Dağlıq Qarabağa göndərilməsinə qarşı etiraz aksiyası keçiriblər 12:30 | Qəşəm Nəcəfzadə oğlu barədə: “Tezliklə öləcəyəm, Kəraməti tabutuma yaxın buraxmayın – “FOTO 12:00 | İslamı qəbul edən dünya ulduzu — “Allah məni mükafatlandırdı”