Qaynarxətt: (+99470) 997 11 77
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
13-03-2019, 17:56 Oxunub: 10

Rusiyada və İranla sərhəddə baş verənlər Azərbaycana təzyiq ola bilər? - RƏYLƏR

Rusiyada və İranla sərhəddə baş verənlər Azərbaycana təzyiq ola bilər? - RƏYLƏR
 
Son zamanlar Rusiyada azərbaycanlılarla bağlı baş verən hadisələr, medianın gündəmində yer alan İran-Azərbaycan sərhəddindəki toqquşmalar cəmiyyətdə fərqli fikirlərin formalaşmasına səbəb olub. Hətta bu hadisələrin bir-biri ilə bağlı olduğu, təsadüfən deyil, Azərbaycana qarşı təzyiq xarakteri daşıdığı barədə iddialar irəli sürülür.

Cəmiyyətdə yayılan bu informasiyalara Milli Məclisin deputatları da laqeyd qalmadı.

Rasim Musabəyov Modern.az-a açıqlamasında vurğulayıb ki, Rusiya və İranla baş verən iki hadisə arasında bağlılıq olduğunu düşünmür. Deputatın fikrincə, Rusiyanın daxilində baş verən, orada yaşayan azərbaycanlılara təsir edən hadisələr bu dövlətin öz daxili məsələləridir:

"Rusiya hazırda qarışıq durumdadır, sanksiyalar altındadır. İndiyə qədər miqrantların çalışdığı bazarlar vasitəsilə xaricə külli miqdarda vəsait çıxarılırdı. Ona görə, Rusiya bazarlarında araşdırılma aparılması və digər bu kimi addımları Azərbaycana təzyiq kimi qəbul etmək düzgün deyil. Azərbaycanlı olan, orada çalışan kütləyə qarşı da Rusiya dövlətinin hər hansı xüsusi təzyiqi yoxdur. Ayrı-ayrı iş adamları isə artıq uzun illərdir Rusiya vətəndaşlığını qəbul ediblər. Orada yaşayan iş adamlarımızın çoxu etnik cəhətdən dağ yəhudiləridir, Rusiya vətəndaşlarıdırlar. Azərbaycanda anadan olub, böyüdüklərinə görə, biz onları həmyerlimiz kimi qəbul edirik, amma onların əksəriyyəti Rusiyada yaşayır, orada biznes qurublar”. 

İranla sərhəddə baş verənlərə də aydınlıq gətirən deputat xatırladıb ki, bu cür insidentlər mütəmadi yaşanır:

"Görünür, İran tərəfi sərhədlərimizi sınağa çəkir. Hesab edirəm ki, sərhədlərimizin etibarlı qorunması ilə bağlı tədbirləri gücləndirməliyik. İran vətəndaşları Azərbaycana qanunsuz soxulsalar, bunun cavabını aldıqları təqdirdə yenidən təxribata cəhd etməyəcəklər.

Ümumilikdə sadaladığımız hadisələrin arxasında dövlətlərarası münasibətlərə kölgə salacaq məqamların, hər hansı siyasi mesajların olduğunu düşünmürəm”.

Aydın Mirzəzadənin sözlərinə görə, İran və Rusiya ilə baş verən hadisələr eyni dövrə təsadüf etsə də, tamamilə bir-birindən fərqli məqamlardır:

"İran tərəfdən vaxtaşırı sərhədi pozaraq, Azərbaycana külli miqdarda narkotik vasitə və ya silah keçirmək istəyən şəxslər yaxalanır. Təəssüf ki, belə cəhdlərin qarşısı alınarkən bəzən itikilər də olur. Bütün bunlar göstərir ki, İran tərəfi ilə sərhədin onlar istiqamətindən daha yaxşı qorunması haqqında məsləhətləşmələrə ehtiyac var. Düzdür, İranın Azərbaycanla sərhəd hissəsi daha çox dağlıq ərazilərdən ibarətdir. Yenə də qonşu ölkə sərhəd qorunmasındakı problemlərini aradan qaldırmaq üçün Azərbaycan təcrübəsindən yararlana bilər. Hələ ki Azərbaycandan İrana sərhədini pozaraq, oraya keçmək cəhdlərinə rast gəlinməyib.

Nəzərə alsaq ki, İran böyük ölkədir. Burada dövlətə tabe olmayan böyük özəl sektor var. Mümkündür ki, İranda müəyyən dairələr bu vasitə ilə Azərbaycanı içəridən pozmağa cəhd etsin. Belə hadisələr fonunda İran tərəfindən qətiyyətli addımların atılmasına ehtiyac var”. 

A.Mirzəzadə bildirib ki, Rusiya tərəfdən bazarlarda yoxlama aparılması sadəcə qanunsuz miqrasiyanın qarşısının alınması, pərakəndə satışın nizama salınması məqsədi güdürsə, heç bir iradımız ola bilməz:

"Əksinə, biz də vətəndaşlarımıza Rusiya qanunlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Rusiyada birbaşa azərbaycanlıların yoxlanması, onlara qarşı hüquqi əngəllərin yaradılması barədə məlumat yayılarsa, qonşu dövlətlə müzakirələr aparılacaq. Biz Rusiyanın öz ərazisində, ticarətdə, miqrasiya məsələlərində qayda-qanun yaratmaq addımlarına hörmətlə yanaşırıq. Hesab edirik ki, vətəndaşlarımızın hüquqları heç bir halda pozulmamalıdır”. 

Fərəc Quliyev isə düşünür ki, qeyd edilən epizodlar dövlətlərasrası münasibətlərdə çox kiçik elementlərdir: 

"Bunlar adi baş verə biləcək, hər gün rastlaşdığımız hadisələrdir. Rusiyada azərbaycanlıların çalışdığı bazarda aparılan axtarışların izahı oldu ki, sadəcə miqrantlarla bağlı araşdırma aparılır. Onlar yoxlanandan sonra bir neçəsi saxlandı, tədbir görüldü. Hazırda bazar da öz fəaliyyətinə davam edir.

İran-Azərbaycan sərhədində də bir həftə ərzində iki sərhəd pozuntusu qeydə alındı, insident yaşandı. İran tərəfi bu məsələdə məsuliyyət daşıyır, çünki öz vətəndaşlarının sərhədi pozmasına mane olmalıdır. Burada sadəcə məsuliyyətsizlikdən söhbət gedir.

Hesab edirəm ki, bu da xüsusi qurulmuş plan deyil, sadəcə təsadüfən eyni vaxtlarda baş verən hadisələrlə qarşı-qarşıyayıq. Dövlətlərarası münasibətlərə bunu aid etmək, hər hansı sətiraltı mesaj olduğunu düşünmək düzgün deyil”. 
XƏBƏR LENTİ
11:26 | Kəmaləddin Heydərov və icra başçısı HADİSƏ YERİNDƏ - YENİLƏNİB 11:24 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 11:21 | Problemli kreditlərlə bağlı VACİB XƏBƏR!! 11:18 | Timoşenko etiraf etdi: Krımı qaytara bilməyəcəyəm... 11:16 | Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA 11:08 | İki saatdır söndürülə bilməyən “Diqlas” Ticarət Mərkəzindən son görüntülər – DƏHŞƏTLİ VİDEO 23:42 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 15:57 | “Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam” - Faiq Ağayev 15:49 | Türkiyədə son 12 saatda ikinci zəlzələ 15:43 | İran dəyişiklik ərəfəsində: Dini liderin xalq tərəfindən seçilməsi tələb olunur 15:40 | Uşaq evdə sünnət zamanı öldü, valideynləri həbs olundu 15:35 | “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı 15:32 | Sabah hava belə olacaq - Proqnoz açıqlandı 15:27 | Hərbiçiləri aparan avtobus qəzaya düşüb - ölən və yaralanan var 15:23 | Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər 15:19 | Azərbaycanda kilosu 170 manata ət satılır 15:15 | İlham Əliyevdən çox mühüm sərəncam 14:00 | "Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib" — Qurban Qurbanov 13:30 | Tramp İŞİD üzərində qələbə çaldığını elan etdi, amma… 13:00 | Ermənistanda analar əsgərlərin Dağlıq Qarabağa göndərilməsinə qarşı etiraz aksiyası keçiriblər 12:30 | Qəşəm Nəcəfzadə oğlu barədə: “Tezliklə öləcəyəm, Kəraməti tabutuma yaxın buraxmayın – “FOTO 12:00 | İslamı qəbul edən dünya ulduzu — “Allah məni mükafatlandırdı”