Qaynarxətt: (+99470) 997 11 77
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
12-03-2019, 17:29 Oxunub: 54

Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR

Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
 

Metronun yeni – Bənövşəyi xəttinin hazırda inşa edilən və şərti adı "B-03" olan stansiyasının tikintisi davam edir.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib.

Onun sözlərinə görə, bu xəttin "Memar Əcəmi" stansiyası kimi çoxsəviyyəlidir. Lakin mərtəbə də adlandıra biləcəyimiz səviyyələrin sayı "Memar Əcəmi"dəki kimi 5 deyil, 3-dür.

"Stansiyada çıxışlarla birlikdə sərnişinlərin səviyyədən-səviyyəyə keçidini 17 eskalator təmin edəcək və sağlamlığı məhdud sərnişinlər üçün liftlər quraşdırılacaq", - deyə qurum rəsmis bildirib.

Bəxtiyar Məmmədov deyir ki, xəttin stansiyalarının əsas üstünlüklərindən biri yeddi vaqon üçün nəzərdə tutulmasıdır:

"Bu mənada "B-03" də istisna ola bilməz. Ümumən hazırda tikintinin gedişinə uyğun olaraq, bəzi sahələrdə divar-döşəmə örtüyün vurulmasına işləri də aparılır.

Əhəmiyyətli yeniliklərdən biri "B-03"ün keçid stansiyası olmasıdır. "Memar Əcəmi" Bənövşəyi xətdən Yaşıl xəttə keçid funksiyasını daşıyırsa, "B-03" Mavi xəttə keçid stansiyası olacaq.

Onun bu cəhəti indidən – tikinti dövründə nəzərə alınır. Gələcəkdə Yasamal yaşayış sahəsi ilə Bakıxanov qəsəbəsini birləşdirəcək mavi xəttin şərti adı "M-03" olan stansiyasına aparan piyada tuneli başlanğıcını buradan götürəcək".

Qeyd edək ki, xəttin "Memar Əcəmi" stansiyası ilə "B-03" stansiyaları arasında dəmir yolunun çəkilməsi başa çatmaq üzrədir. B.Məmmədov deyir ki, stansiya arzasında inşa olunan dönmə kamerasında isə yoldəyişidirici elementlər quraşdırılır:

"İki mənzildə yol infrastrukturu işlərinin son mərhələsi kimi, stansiyanın hər iki yolunun üstquruluş elementlərinin quraşdırılması işləri davam edir.

Qeyd edək ki, Bakı metropoliteni tarixində ilk dəfə məhz "Memar Əcəmi-B-03" mənzilində dəmir yolu dəmir-beton bloklar üzərində çəkilir. Bu bloklar ağac şpallardan uzunömürlüyü, istismar şərtlərinin sadəliyi, asan qulluğu ilə seçilir.

Ən əsası, dəmir-beton bloklar "Bakı Metropoliteni" QSC-nin dəmir-beton konstruksiyaları istehsalatı sahəsində qurulmuş yeni sexdə hazırlanır. Bu məqsədlə Almaniyanın "Vollert" şirkəti ilə əməkdaşlıq şəraitində sex ən müasir texnoloji avadanlıqlardan istifadə olunmaqla qurulub.

Bu isə çəkilən xərci əsaslı şəkildə azaldır. Həm də yerli kadr potensialını gücləndirməyə imkan verir. Yeri gəlmişkən, keçmiş SSRİ metropolitenləri arasında müasir "Vollert-Rheda" sisteminin quraşdırılmasına da məhz bu mənzildə başlanılıb.

Ən səmərəli variant kimi qəbul edilmiş "Vossloh-300 UTS" tipli rels bəndləri və yeni tipli yoldəyişdiricilər artıq quraşdırılır.

Metronun yol inşaatçıları bu işləri "Nərimanov" elektrik deposunda salınan sınaq yolunda mənimsəyiblər. Daha sonra isə "Xətai" stansiyasının dalanında tunel şəraitində öyrənilən bu proses yeni xətdə uğurla tətbiq edilir".
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏRBakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR


XƏBƏR LENTİ
11:26 | Kəmaləddin Heydərov və icra başçısı HADİSƏ YERİNDƏ - YENİLƏNİB 11:24 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 11:21 | Problemli kreditlərlə bağlı VACİB XƏBƏR!! 11:18 | Timoşenko etiraf etdi: Krımı qaytara bilməyəcəyəm... 11:16 | Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA 11:08 | İki saatdır söndürülə bilməyən “Diqlas” Ticarət Mərkəzindən son görüntülər – DƏHŞƏTLİ VİDEO 23:42 | “Yeni Həyat”dan şikayət: Prezident ailəsinin adından istifadə edən şirkət əslində kimindir? 15:57 | “Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam” - Faiq Ağayev 15:49 | Türkiyədə son 12 saatda ikinci zəlzələ 15:43 | İran dəyişiklik ərəfəsində: Dini liderin xalq tərəfindən seçilməsi tələb olunur 15:40 | Uşaq evdə sünnət zamanı öldü, valideynləri həbs olundu 15:35 | “Meydan TV”-nin rəhbəri Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı 15:32 | Sabah hava belə olacaq - Proqnoz açıqlandı 15:27 | Hərbiçiləri aparan avtobus qəzaya düşüb - ölən və yaralanan var 15:23 | Ermənistanda bunt qaldıran əsgərləri Qarabağa sürgün etdilər 15:19 | Azərbaycanda kilosu 170 manata ət satılır 15:15 | İlham Əliyevdən çox mühüm sərəncam 14:00 | "Neftçi"nin çempion olacağına dair mənə heç nə deyilməyib" — Qurban Qurbanov 13:30 | Tramp İŞİD üzərində qələbə çaldığını elan etdi, amma… 13:00 | Ermənistanda analar əsgərlərin Dağlıq Qarabağa göndərilməsinə qarşı etiraz aksiyası keçiriblər 12:30 | Qəşəm Nəcəfzadə oğlu barədə: “Tezliklə öləcəyəm, Kəraməti tabutuma yaxın buraxmayın – “FOTO 12:00 | İslamı qəbul edən dünya ulduzu — “Allah məni mükafatlandırdı”