Qaynarxətt: (+99470) 997 11 77
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
2-03-2019, 12:45 Oxunub: 140

Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı: “Görünür, siyahını tutanlar...”

Rasim Balayev Prezidentlə görüşə dəvət olunmamasından danışdı: “Görünür, siyahını tutanlar...”
 
"Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ötən gün prezident İlham Əliyevin mədəniyyət xadimləri ilə görüşünə dəvət olunmamasına münasibət bildirən Xalq artisti Rasim Balayev deyib.

Rasim Balayevin sözlərinə görə, həmin görüşə çağırılmamasının səbəbləri ona da aydın deyil:

"Məni o görüşə dəvət etməmişdilər. Niyə etməmişdilər, bilmirəm. Açığı, bu barədə fikirləşmirəm də…

Mənim hökumətlə nə problemim olasıdır ki..? Keçən il "Şərəf” ordeni ilə təltif edilmişəm.

O görüşdə iştirak edənlərin necə seçildiyini bilmirəm. Siyahının Nazirlikdə, yoxsa Administrasiyada hazırlandığından məlumatım yoxdur.

Görünür, o görüşdə iştirak edən mədəniyyət xadimlərinin siyahısını tutanlar məni nəzərə almayıblar”.