Qaynarxətt: (+99470) 997 11 77
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
30-12-2017, 16:16 Oxunub: 262

Artur Rəsizadə yeni ilin ilk aylarında yola salınır — Yerinə kimin gəldiyi məlumdur

Artur Rəsizadə yeni ilin ilk aylarında yola salınır — Yerinə kimin gəldiyi məlumdur













Yeni baş nazir olacaq namizəd hazırda nazirdir; iqtidar 2018- üçün tam fərqli taktika planlaşdırır.
Yeni ildə Azərbaycanda bir çox önəmli proseslərin baş verəcəyi gözlənilir. Bura həm siyasi, həm mədəni, həm də idman sahəsində baş verəcək hadisələr aiddir. İctimaiyyətin daha çox diqqət yetirdiyi müstəvi isə siyasət səhnəsi, hakimiyyətlə bağlı və hakimiyyətdaxili proseslərdir. Xüsusilə müxtəlif yüksək postlarda baş verəcək dəyişikliklər insanları daha çox maraqlandırır.

"Ölkə.Az" “Yeni Müsavat”-a istinadən xəbər verir ki, 2018-ci ilin ilk ayları Azərbaycan hakimiyyətində ciddi kadr əvəzləmələri ilə yadda qalacaq. Bu əvəzləmələrdən ən mühümü ölkənin baş naziri postu ilə bağlı olacaq. Redaksiyamıza mötəbər mənbələrdən verilən bilgiyə görə, yaşlı baş nazirimiz Artur Rasizadə daha gənc birisi ilə əvəz ediləcək. Maraqlıdır ki, onun yerinə hazırda nazir postu tutan birinin gətiriləcəyi haqda iddialar var.

Qeyd edək ki, Nazirlər Kabineti uzun illər boyu Azərbaycanda tənzimləyici qaydaları, müxtəlif qanun layihələrini işləyib hazırlayan əsas mərkəz rolunu oynayıb. Verilən məlumata görə, Nazirlər Kabinetinə 1996-cı ildən rəhbərlik edən A.Rəsizadə yaşlı olmasına rəğmən, hakimiyyətin iqtisadi blokunda aparılan bir çox islahatların, dəyişikliklərin əsas ideya müəlliflərindən biridir. Cənab Rəsizadənin həmçinin dövlət-hakimiyyət orqanlarındakı uzunmüddətli iş təcrübəsi, həmçinin yüksək savadı və bacarığı ilə yanaşı, iddiasızlığı və subordinasiya qaydalarına ən ciddi şəkildə əməl etdiyi üçün daim hörmətinin saxlandığı, ölkə rəhbərliyinin onun əksər hallarda uğurlu nəticə verən təkliflərinə sıcaq yanaşaraq çoxunu qəbul etdiyi bildirilir.
Son illərdə Azərbaycan Nazirlər Kabinetinin çoxsaylı səlahiyyətləri alınaraq digər strukturlara verilib. Lakin buna baxmayaraq, Nazirlər Kabineti ölkənin sosial-iqtisadi həyatında tənzimləyici funksiyasını saxlamaqda, müvafiq qaydaları hazırlayaraq qəbul edən əsas orqan olaraq qalmaqdadır.

Yeni ildən isə A.Rəsizadənin daha gənc və daha çevik işləyəcək başqa bir şəxslə əvəzlənməsi nəzərdə tutulması ondan xəbər verir ki, iqtidar qarşıdakı seçki ili üçün tam fərqli taktika seçib.

Dəyişikliyin mart ayının sonlarınadək reallaşacağı gözlənilir.
XƏBƏR LENTİ
23:00 | Trampı dəstəkləyən gözəlin tacı əlindən alındı 22:30 | Azərbaycan fəlakətin astanasındadır - Alimlərdən xəbərdarlıq 22:00 | Övladını vegan kimi qidalandıran cütlüyə 18 ay həbs cəzası verilib 21:40 | Putin ABŞ-la bağlı göstəriş verdi 21:20 | Ağlasığmaz məmur saxtakarlığı: Pensiya almaq üçün pasportda yaşını 34 il artırdı 21:00 | Hacı Əliyev baş leytenant rütbəsi almasından danışdı 18:00 | Putin "Orta və yaxın mənzilli raketlərin ləğvi"nə dair müqavilə barədə bəyanatla çıxış edib 17:40 | 91 yaşlı adamın ağ ciyərindən baxın nə çıxdı - FOTO 17:20 | Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış 17:07 | Abşeron Rayon İcra Hakimiyyətinin rəsmi açıqlaması 17:04 | Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb 16:55 | İntihar edən gənclərdən yeni xəbər 16:25 | Dərslər başlamadan bunları edin - Həkim 16:10 | Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA 15:18 | “Muğam dünyasına səyahət” layihəsi çərçivəsində növbəti konsert 15:15 | Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi 15:13 | Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır" 15:11 | Azərbaycanın xarici dövlət borcu açıqlandı 15:09 | SON DƏQİQƏ: Bakıda güclü yanğın 14:13 | İşğal olunmuş əzəli Azərbaycan torpaqlarında dini abidələr vandal münasibətlə üzləşib - Bəyanat 14:09 | Paytaxtın bu ərazisində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur 14:06 | Ankara-Moskva münasibətlərində SOYUQ KÜLƏK - Ekspert səbəbləri AÇIQLADI