Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
14-02-2019, 10:29 Oxunub: 10

Mehriban Əliyeva çətin şəraitdə yaşayan qadınla bağlı tapşırıq verdi

Mehriban Əliyeva çətin şəraitdə yaşayan qadınla bağlı tapşırıq verdi
 

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verib.

Oxu.Az xəbər verir ki, hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq.

Eyni zamanda, N.Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib.

Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, bir müddət əvvəl yayılan məlumata görə, Bərdə rayonunda süpürgəçi işləyən Nazilə Musayevanın azyaşlı oğlu ilə küçədə yatdığı bildirilirdi. 

Ayda 123 AZN maaş alan kirayə pulunu vaxtlı-vaxtında ödəyə bilmədiyi üçün evdən çıxarılmışdı. N.Musayevanın səkkiz yaşlı oğlu maddi imkansızlıqdan təhsilini davam etdirə bilmir.


XƏBƏR LENTİ
23:00 | İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi 21:41 | Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir 21:35 | Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir 21:25 | Ölkə prezidentinin Mehriban Əliyeva ilə bağlı qərarı bir daha özünün düzgünlüyünü təsdiqlədi — RƏYLƏR 21:18 | ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı 21:12 | Ərdoğan: "Ankarada yeni kanal tikiləcək" 18:07 | Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident fərman imzaladı 18:00 | Sumqayıtda avtobus yaşayış binasına çırpıldı, yaralılar var - VIDEO- FOTOLAR 17:54 | Manat və dolların sabaha olan məzənnəsi 17:41 | İdmançılarımız vətənə 5 medalla dönürlər 16:59 | Nazirlikdən uşaqların sosial müdafiəsi ilə bağlı açıqlama 16:55 | Kiyevdə restorana polis basqını - "Vor zakon"lar saxlanıldı 16:52 | Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:46 | “Maaşları artırın” – Nazirlikdən müraciət 16:41 | DGK quzu əti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 16:38 | Putinin daha bir qorxunc raketi - CƏMİ 5 DƏQİQƏYƏ ABŞ-I MƏHV EDƏR... 16:12 | Çingiz Abdullayevlə görüş 16:04 | İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi 15:54 | Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: "Sənətkarın oxumasını qiymətləndirmişik" 15:43 | Sabaha olan hava proqnozu açıqlandı 14:12 | Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış 13:45 | Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür