Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
11-02-2019, 10:38 Oxunub: 15

Dövlətə xəyanətdə şübhəli bilinən Mingəçevir sakini həbs edildi - FOTO

Dövlətə xəyanətdə şübhəli bilinən Mingəçevir sakini həbs edildi - FOTO
 

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Xeberekspress.Az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
23:00 | İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi 21:41 | Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir 21:35 | Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir 21:25 | Ölkə prezidentinin Mehriban Əliyeva ilə bağlı qərarı bir daha özünün düzgünlüyünü təsdiqlədi — RƏYLƏR 21:18 | ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı 21:12 | Ərdoğan: "Ankarada yeni kanal tikiləcək" 18:07 | Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident fərman imzaladı 18:00 | Sumqayıtda avtobus yaşayış binasına çırpıldı, yaralılar var - VIDEO- FOTOLAR 17:54 | Manat və dolların sabaha olan məzənnəsi 17:41 | İdmançılarımız vətənə 5 medalla dönürlər 16:59 | Nazirlikdən uşaqların sosial müdafiəsi ilə bağlı açıqlama 16:55 | Kiyevdə restorana polis basqını - "Vor zakon"lar saxlanıldı 16:52 | Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:46 | “Maaşları artırın” – Nazirlikdən müraciət 16:41 | DGK quzu əti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 16:38 | Putinin daha bir qorxunc raketi - CƏMİ 5 DƏQİQƏYƏ ABŞ-I MƏHV EDƏR... 16:12 | Çingiz Abdullayevlə görüş 16:04 | İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi 15:54 | Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: "Sənətkarın oxumasını qiymətləndirmişik" 15:43 | Sabaha olan hava proqnozu açıqlandı 14:12 | Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış 13:45 | Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür