Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
10-02-2019, 12:07 Oxunub: 11

TDƏŞ-in baş katibi: Türk Şurasının Bakıda keçiriləcək sammiti orta və kiçik biznesin inkişafına həsr olunacaq

TDƏŞ-in baş katibi: Türk Şurasının Bakıda keçiriləcək sammiti orta və kiçik biznesin inkişafına həsr olunacaq
 

Qırğızıstanın "Kabar” Milli İnformasiya Agentliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdad Amreevin müsahibəsini dərc edib.

AZƏRTAC xəbər verir ki, müsahibədə təşkilatın fəaliyyətindən söhbət açılır, TDƏŞ-in 2018-ci ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən sammitində əldə edilən razılaşmaların yerinə yetirilməsi haqqında danışılır. Bildirilir ki, Macarıstan ilk dəfə iclasda müşahidəçi qismində iştirak edib.

Müsahibədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev bir il əvvəl İnvestisiya Fondunun yaradılması təşəbbüsünü irəli sürüb. İqtisadi istiqamətdə belə bir fondun yaradılması mühüm məsələdir. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə Türk İnteqrasiyası Fondunun yaradılmasını təklif edib. Bu iki təşəbbüs əsasında fond yaratmaq istiqamətində iş aparılır. Baş katib deyib ki, bu, iqtisadi əlaqələrə, kiçik və orta biznesin inkişafına müsbət təsir göstərəcək. Bu günlərdə isə Azərbaycan tərəfi ilə belə qərara aldıq ki, növbəti sammit Bakıda keçirilsin. Bu sammit orta və kiçik biznesin inkişafına dəstəyə həsr olunacaq.

Bağdad Amreev qeyd edib ki, keçən il Daşkənddə Türk Şurasının üzvü olan dövlətlərin Ticarət Sənaye Palataları rəhbərlərinin görüşü keçirildi. Burada təşkilatın daimi üzvü olan dörd dövlətdən əlavə Özbəkistan və Türkmənistan da iştirak edib. "Bu görüşdə isə ümumu Ticarət Sənaye Palatası yaratmaq qərarına gəldik və konsepsiyanın hazırlanmasına başlandı. Elə bilirəm ki, yaxın iki ay ərzində bu konsepsiya tam hazır olacaq və müvafiq müqavilə imzalanacaq”, - deyə o bildirib.


XƏBƏR LENTİ
23:00 | İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi 21:41 | Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir 21:35 | Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir 21:25 | Ölkə prezidentinin Mehriban Əliyeva ilə bağlı qərarı bir daha özünün düzgünlüyünü təsdiqlədi — RƏYLƏR 21:18 | ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı 21:12 | Ərdoğan: "Ankarada yeni kanal tikiləcək" 18:07 | Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident fərman imzaladı 18:00 | Sumqayıtda avtobus yaşayış binasına çırpıldı, yaralılar var - VIDEO- FOTOLAR 17:54 | Manat və dolların sabaha olan məzənnəsi 17:41 | İdmançılarımız vətənə 5 medalla dönürlər 16:59 | Nazirlikdən uşaqların sosial müdafiəsi ilə bağlı açıqlama 16:55 | Kiyevdə restorana polis basqını - "Vor zakon"lar saxlanıldı 16:52 | Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:46 | “Maaşları artırın” – Nazirlikdən müraciət 16:41 | DGK quzu əti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 16:38 | Putinin daha bir qorxunc raketi - CƏMİ 5 DƏQİQƏYƏ ABŞ-I MƏHV EDƏR... 16:12 | Çingiz Abdullayevlə görüş 16:04 | İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi 15:54 | Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: "Sənətkarın oxumasını qiymətləndirmişik" 15:43 | Sabaha olan hava proqnozu açıqlandı 14:12 | Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış 13:45 | Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür