Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
8-02-2019, 11:58 Oxunub: 13

Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdü -FOTOLAR

 Qənirə Paşayeva Tovuzda sakinlərlə görüşdü -FOTOLAR
 
Millət vəkili Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb. Sakinlərlə görüşdə onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edib, müzakirələr aparıb. Bir çox xəstələri ziyarət edən millət vəkili onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, qayğıları ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ünvanlı sosial yardım, təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının daha da yaxşılaşdırılması, bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələr ilə bağlı öz təklif və fikirlərini bildiriblər, müzakirələr aparıblar. Millət vəkili tək-tək vətəndaşları dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib. Qənirə Paşayeva seçiciləri narahat edən bir sıra digər məsələləri də dinləyib və onların bəzilərini rayonda həll edib, bəzi dövlət qurumları ilə bağlı məsələləri isə Bakıya qayıdan kimi həll etməyə çalışacağına söz verib. Seçiciləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

XƏBƏR LENTİ
23:00 | İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi 21:41 | Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir 21:35 | Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir 21:25 | Ölkə prezidentinin Mehriban Əliyeva ilə bağlı qərarı bir daha özünün düzgünlüyünü təsdiqlədi — RƏYLƏR 21:18 | ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı 21:12 | Ərdoğan: "Ankarada yeni kanal tikiləcək" 18:07 | Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident fərman imzaladı 18:00 | Sumqayıtda avtobus yaşayış binasına çırpıldı, yaralılar var - VIDEO- FOTOLAR 17:54 | Manat və dolların sabaha olan məzənnəsi 17:41 | İdmançılarımız vətənə 5 medalla dönürlər 16:59 | Nazirlikdən uşaqların sosial müdafiəsi ilə bağlı açıqlama 16:55 | Kiyevdə restorana polis basqını - "Vor zakon"lar saxlanıldı 16:52 | Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:46 | “Maaşları artırın” – Nazirlikdən müraciət 16:41 | DGK quzu əti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 16:38 | Putinin daha bir qorxunc raketi - CƏMİ 5 DƏQİQƏYƏ ABŞ-I MƏHV EDƏR... 16:12 | Çingiz Abdullayevlə görüş 16:04 | İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi 15:54 | Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: "Sənətkarın oxumasını qiymətləndirmişik" 15:43 | Sabaha olan hava proqnozu açıqlandı 14:12 | Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış 13:45 | Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür