Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
7-02-2019, 21:30 Oxunub: 13

“Eurovision” iştirakçımızın adı martda açıqlanacaq

“Eurovision” iştirakçımızın adı martda açıqlanacaq
 

Son günlər sosial şəbəkələrdə Azərbaycanı "Eurovision-2019” mahnı yarışmasında təmsil edəcək iştirakçının kimliyi saysız-hesabsız müzakirələrə səbəb olub.

Oxu.Az xəbər verir ki, müsabiqə ətrafında gəzib-dolaşan bütün söz-söhbətlərə aydınlıq gətirmək üçün Azərbaycanın "Eurovision-2019” mahnı müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmovamətbuata geniş müsahibə verib.

O, Təl-Əvivdə ölkəmizi təmsil edəcək ifaçının və mahnının seçilməsi, eləcə də müsabiqəylə bağlı sualları cavablandırıb.

 

- "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi ilə bağlı keçirilən daxili kastinqdə vəziyyət necədir?

- İctimai Televiziya "Eurovision 2019” yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün qapalı kastinq keçirib. Hansı ki, o kastinqə 40-dan çox musiqiçi dəvət edilib və onların arasından dördü finala vəsiqə qazanıb. Həmin dörd finalçı Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir.

- Təmsilçi ilə bağlı məsələ aydın oldu. Bəs, Azərbaycanı bu yarışmada təmsil edəcək müğənninin ifa edəcəyi mahnı ilə bağlı elan edilmiş müsabiqə necə gedir?

- Bu ilin yanvarın 24-də müsabiqədə ölkəmizi təmsil edəcək mahnının və sözlərin seçimi üçün yerli, eləcə də xarici müəlliflər arasında müsabiqə elan edilib. Bununla əlaqədar 350-dan çox müraciət almışıq. Çox sevindirici haldır ki, ölkəmizi 2019-cu ildə "Eurovision” yarışmasında təmsil etmək üçün Azərbaycan müəllifləri ilə yanaşı Avropa, Amerika, Avstraliya, hətta Braziliyadan olan müəlliflər öz mahnılarını göndəriblər. Müəlliflər fevralın 7-də, yəni bu günün sonuna qədər eurovisionaz2019@gmail.com email ünvanına öz mahnılarını göndərə bilərlər.

- Ən yaxşı mahnı və təmsilçi necə seçiləcək?

- Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı dörd finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək "Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq.

- Bəs daxili seçim nə vaxt bitəcək və təmsilçinin kimliyi nə zaman açıqlanacaq?

- Təmsilçinin kimliyi mart ayından tez olmayaraq milli münsiflər heyətinin qərarından sonra məhz İctimai Televiziyada açıqlanacaq. Ümumiyyətlə "Eurovision”la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin adı ilk olaraq İctimai Televiziyada səslənəcək.

- "Eurovision 2019”dakı səhnə tərtibatı haqqında hər hansı detalları deyə bilərsinizmi?

- Hazırda bu barədə danışmaq çox tezdir, çünki nə təmsilçi, nə mahnı ilə bağlı son qərar verilməyib. Onu deyə bilərəm ki, bizim niyyətimiz "Eurovision 2019” səhnəsində müasir və tam yeni bir perfomans göstərməkdir. Əsas məqsədimiz çıxışın yaddaqalan olması, izləyicilər tərəfindən sevilməsi və bununla da öz səsini Azərbaycana verməsidir!


XƏBƏR LENTİ
23:00 | İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi 21:41 | Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir 21:35 | Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir 21:25 | Ölkə prezidentinin Mehriban Əliyeva ilə bağlı qərarı bir daha özünün düzgünlüyünü təsdiqlədi — RƏYLƏR 21:18 | ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı 21:12 | Ərdoğan: "Ankarada yeni kanal tikiləcək" 18:07 | Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident fərman imzaladı 18:00 | Sumqayıtda avtobus yaşayış binasına çırpıldı, yaralılar var - VIDEO- FOTOLAR 17:54 | Manat və dolların sabaha olan məzənnəsi 17:41 | İdmançılarımız vətənə 5 medalla dönürlər 16:59 | Nazirlikdən uşaqların sosial müdafiəsi ilə bağlı açıqlama 16:55 | Kiyevdə restorana polis basqını - "Vor zakon"lar saxlanıldı 16:52 | Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:46 | “Maaşları artırın” – Nazirlikdən müraciət 16:41 | DGK quzu əti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 16:38 | Putinin daha bir qorxunc raketi - CƏMİ 5 DƏQİQƏYƏ ABŞ-I MƏHV EDƏR... 16:12 | Çingiz Abdullayevlə görüş 16:04 | İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi 15:54 | Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: "Sənətkarın oxumasını qiymətləndirmişik" 15:43 | Sabaha olan hava proqnozu açıqlandı 14:12 | Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış 13:45 | Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür