Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
7-02-2019, 10:26 Oxunub: 19

Bu gün Mübariz İbrahimovun doğum günüdür

Bu gün Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür.

Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter və vətən sevgisi qəhrəman edir. Mübariz İbrahimov da öz varlığı ilə, atəş kimi ürəyi ilə Azərbaycanda qəhrəmanlıq salnaməsi yazmağı bacardı, igidlər, şəhidlər karvanına qoşuldu.

Oxu.Az xəbər verir ki, İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində təhsil almağa başlayıb, 2005-ci ildə orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb.

Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

İki il mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən orduya qayıtmağa qərar verib və öz arzusu ilə gizir rütbəsində, cəbhə bölgəsində hərbi xidmətə başlayıb.

Bəziləri onu qəhrəman kimi ölkəyə tanıdan o günü birmənalı qiymətləndirə bilmir. Bu günlərdə onun qəhrəmanlığını şübhə altına alan bir psixoloqun cavabını da xalq layiqincə verib, qəhrəmanın adına kölgə salınmasının qarşısını alıb. Hər gün  pozulan atəşkəs rejimində şəhid düşən, yaralanan əsgər qardaşlarının taleyi, Qarabağ savaşında evsiz-eşiksiz qalmış milyonlarla soydaşımız, əsirlikdəki ana-bacılarımız barədə düşüncələr o cəsur ürəyə rahatlıq vermir, intiqam duyğularını alovlandırırdı.

Gizir Mübariz İbrahimov 2010-cu il iyunun 19-da Tərtər istiqamətində, gecə saat 23:30 radələrində təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir.

Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olur. Onun meyitini düşmən geri qaytarmaq istəmir, şəkillərini sosial şəbəkələrdə paylaşırdılar. Lakin bu şəkillər Azərbaycanın igid balasını hər kəsə daha çox sevdirdi, hər kəs bir nəfər kimi qəhrəmanın cəsədinin geri verilməsini tələb edirdi.

Dövlət başçısının səyləri və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində şəhid  Mübariz İbrahimovun noyabrın 6-da qarşı tərəfdən alınıb və xalq tərəfindən təntənəli şəkildə dəfn edilib.

Noyabrın 7-də Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən vida mərasiminə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev də qatılıb. Şəhid İkinci Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsi əbədiləşdirilib. 

Adı dillər əzbəri olan qəhrəmanımız bu gün də unudulmur, sevgi ilə yad edilir, hərbi xidmətə yollanan əsgərlərimizə nümunə olaraq göstərilir. Qardaş Türkiyədə də Mübariz İbrahimovun adı sevgi ilə anılır. Qonşu ölkədə yayımlanan və böyük izləyici ordusuna malik "Savaşçı” teleserialında da Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edilib.

"Sən necə Mübariz İbrahimovu tanımırsan? O, Azərbaycanın qəhrəmanıdır. Təsəvvür edirsən, bu insan təkbaşına düşmən tərəfə keçib. Öncə postu ələ keçirib və 24 saat - şəhid olana qədər vuruşub, 50 nəfəri öldürüb. Əsl əfsanə budur. Mübariz əsl əfsanədir”.

Filmdə iki əsgər arasında gedən söhbət bu şəkildə idi.

2018-ci il dekabrın 18-də Azərbaycan - Ukrayna Beynəlxalq Alyansı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfinə medal təsis edib. M.İbrahimovun şərəfinə medalın təsis edilməsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub.

Vətən durduqca, onu sevən insanlar yaşadıqca Mübariz də ürəklərdə yaşayacaq və seviləcək.

XƏBƏR LENTİ
23:00 | İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi 21:41 | Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir 21:35 | Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir 21:25 | Ölkə prezidentinin Mehriban Əliyeva ilə bağlı qərarı bir daha özünün düzgünlüyünü təsdiqlədi — RƏYLƏR 21:18 | ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı 21:12 | Ərdoğan: "Ankarada yeni kanal tikiləcək" 18:07 | Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident fərman imzaladı 18:00 | Sumqayıtda avtobus yaşayış binasına çırpıldı, yaralılar var - VIDEO- FOTOLAR 17:54 | Manat və dolların sabaha olan məzənnəsi 17:41 | İdmançılarımız vətənə 5 medalla dönürlər 16:59 | Nazirlikdən uşaqların sosial müdafiəsi ilə bağlı açıqlama 16:55 | Kiyevdə restorana polis basqını - "Vor zakon"lar saxlanıldı 16:52 | Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:46 | “Maaşları artırın” – Nazirlikdən müraciət 16:41 | DGK quzu əti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 16:38 | Putinin daha bir qorxunc raketi - CƏMİ 5 DƏQİQƏYƏ ABŞ-I MƏHV EDƏR... 16:12 | Çingiz Abdullayevlə görüş 16:04 | İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi 15:54 | Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: "Sənətkarın oxumasını qiymətləndirmişik" 15:43 | Sabaha olan hava proqnozu açıqlandı 14:12 | Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış 13:45 | Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür