Qaynarxətt: (+99470) 997 11 77
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 
5-02-2019, 11:25 Oxunub: 17

Bu həftə Opera və Balet Teatrında üç balet, bir opera göstəriləcək

Bu həftə Opera və Balet Teatrında üç balet, bir opera göstəriləcək
 

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu həftə dörd səhnə əsəri ilə tamaşaçılarının görüşünə gələcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində fevralın 6-da Pyotr Çaykovskinin "Romeo və Cülyetta” birpərdəli baleti təqdim olunacaq. Quruluşçu baletmeysteri ukraynalı xoreqraf Georgi Kovtun olan səhnə əsərinin xronometrajı 35 dəqiqədir. Baletdə Romea obrazını Murad Kərimov, Cülyetta obrazını isə Liana Praga canlandıracaq. Balet Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək. Bundan başqa, həmin gün "Şəhrizad” xronometrajı 35 dəqiqə olan birpərdəli baleti də izləniləcək. Quruluşçu baletmeysteri Tamilla Şirəliyeva olan səhnə əsərində Nigar İbrahimova, Samir Səmədov, Faiq Qubadov və Fərid İbrahimov çıxış edəcəklər.

Fevralın 9-da Cakomo Puççininin "Boqema” ikipərdəli operası, 10-da isə "Dahi hekayəçi” baleti tamaşaçıların ixtiyarına veriləcək. Balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilib. Səhnə əsərinin süjet xəttini yazıçının "Kənd xoruzu və flüger”, "Qar kraliçası”, "Düyməcik”, "Qalay əsgər”, "Sehrli dibçək”, "Kralın təzə libası” kimi dünyaca məşhur olan nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Baletdə teatrın balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edəcək.

Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijinal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları heç şübhəsiz ki, uşaqlar və onların valideynlərinin çox xoşuna gələcək.


XƏBƏR LENTİ
23:00 | İradə Gülməmmədova Saray qəsəbəsində növbəti səyyar qəbulunu keçirdi 21:41 | Daxili İşlər Nazirliyi polis orqanlarında işə qəbul elan edir 21:35 | Bakı Metropoliteninə 7 yeni ventilyator gətirilir 21:25 | Ölkə prezidentinin Mehriban Əliyeva ilə bağlı qərarı bir daha özünün düzgünlüyünü təsdiqlədi — RƏYLƏR 21:18 | ŞOK! Messi "Barselona"dan gedir: tarix və yeni klubu açıqlandı 21:12 | Ərdoğan: "Ankarada yeni kanal tikiləcək" 18:07 | Bu şəxslər hər ay 300 manat təqaüd alacaq - Prezident fərman imzaladı 18:00 | Sumqayıtda avtobus yaşayış binasına çırpıldı, yaralılar var - VIDEO- FOTOLAR 17:54 | Manat və dolların sabaha olan məzənnəsi 17:41 | İdmançılarımız vətənə 5 medalla dönürlər 16:59 | Nazirlikdən uşaqların sosial müdafiəsi ilə bağlı açıqlama 16:55 | Kiyevdə restorana polis basqını - "Vor zakon"lar saxlanıldı 16:52 | Bayıl sürüşmə zonasında 98 ev söküləcək 16:46 | “Maaşları artırın” – Nazirlikdən müraciət 16:41 | DGK quzu əti ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib 16:38 | Putinin daha bir qorxunc raketi - CƏMİ 5 DƏQİQƏYƏ ABŞ-I MƏHV EDƏR... 16:12 | Çingiz Abdullayevlə görüş 16:04 | İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə təsdiq edildi 15:54 | Mətanət Xasıyevaya verdiyi nəmərdən danışdı: "Sənətkarın oxumasını qiymətləndirmişik" 15:43 | Sabaha olan hava proqnozu açıqlandı 14:12 | Avropada Qarabağ üçün birləşək! - Böyük mitinqə çağırış 13:45 | Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür